Qarabag Media
Haqqımızda Əlaqə

BAKIDAN UZAQ “BAKI”


Tarix:4-02-2016, 07:44 Kateqoriya:Manşet / Müsahibə

BAKIDAN UZAQ “BAKI”Qonağımız Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnodar şöbəsi üzrə rəhbəri Şahlar Novruzovdur. Onunla Rusiyada görüşərək, bizi maraqlandıran sualları cavablandırmağı xahiş etdik. Olduqca ciddi və eyni zamanda bir o qədər də zarafatcıl Şahlar Novruzovu olduğu kimi oxuculara təqdim edirik.
Bakıdan uzaq “Bakı”...
- Sizi çox çətinliklə tapdım. Məkanınız şəhərdən xeyli uzaqda yerləşir.

- Elədir. Əslində, əvvəl ünvanımız başqa idi. Yaxınlıqda çoxlu azərbaycanlılar olan bazar yerləşir. Mənə məxsus “Bakı” kafesi də burada yerləşdiyi üçün, elə burada məskunlaşmağı daha məqsədəuyğun hesab etdik.
- Kafenizin adını “Bakı” adlandırmağınız yəqin ki səbəbsiz deyil. Ümumiyyətlə, Bakı üçün çoxmu darıxırsınız?
-Mən əslən Şamaxıdan olsam da, Azərbaycanın ürəyi olan paytaxt Bakını bütün həmvətənlilərim kimi hədsiz dərəcədə sevirəm. Kafeni “Bakı” adlandırmaqla eyni zamanda həm də bizi tanımayan və Rusiyaya qonaq qismində təşrif buyuran azərbaycanlılara bu kafedə vətənimizin dadlı xörəklərinin hazırlandığı haqqında sanki məlumat ötürməyə çalışmışıq.
- Çox gözəl. Ümumiyyətlə diqqət yetirirəm ki, məkan gölün üzərində qurulmuş estakadalar üzərində tikilib. Sanki doğrudan da Bakıdayıq.
- Elə məhz bu atmosfer buraya bütün azərbaycanlıları cəlb edir. Eyni zamanda bura Dağıstan, gürcü və digər millətlərin nümayəndələri də təşrif buyurur. Bütöv olaraq isə kafeni yaxın qohum- əqrəbam işlədir.

Rusiyaya öyrəşmişəm...
- Ənənəvi, bəlkə də vərdiş etdiyiniz bir sual ilə müraciət edəcəm. Azərbaycan üçün darıxırsınız?

- Tam səmimi cavab verirəm: artıq 30 ildir ki, Rusiyada yaşayıram. Azərbaycanda doğulsam da, Rusiya vətəndaşıyam. Uzun illər çəkdiyim əziyyət nəticəsində müəyyən nailiyyətlər əldə etmişəm. Bugünkü gün Rusiyada iş adamı kimi tanınıram. Vətənim üçün darıxanda tez təyyarəyə bilet alaraq, doğmalarımı görməyə gedirəm, amma bütövlükdə darıxmağa vaxt olmur. Rusiyaya artıq öyrəşmişəm.
- Necə düşünürsünüz, Azərbaycanda bu uğurları əldə edə bilməyəcəkdiniz?
- Yox, qətiyyən o fikirdə deyiləm, amma yenə də hər bir məsələni qismətlə bağlayıram.
Talelərini əcnəbi xanımlarla...
- Rusiyada bir çox Azərbaycan vətəndaşları ilə qarşılaşıram ki, burada qalmaq üçün, öz talelərini əcnəbi xanımlarla bağlamaq məcburiyyətində qalırlar. Sizcə bu da qismətlə bağlıdır
?
- Əlbəttə. Amma, insanın öz təfəkkürü də böyük rol oynayır. Təbii ki, ailə seçimində zövq məsələsi də önəmlidir. Heç kəsi istəmədiyi insanla yaşamağa məcbur etmək olmaz.
- Bir çox nənə və babalarımızın nəvələrinin uzaq Rusiyaya gedərək tilsimlə evlənməkləri fikrinə cavab olaraq nə söyləyərdiniz?
- (Gülür) Deyərdim ki, bu yalnız təsəllidir. Reallıqda isə hər şey tamam başqadır.
- Şahlar müəllim, üzr istəyirəm, amma sizə şəxsi sual ilə müraciət etmək məcburiyyətində qaldım. Xanımınız azərbaycanlıdır?
- Bəli, Şamaxıdan öz yerlimdir və bizi hətta müəyyən qohumluq əlaqələri belə birləşdirir.
Səhvlərim istisna deyil...
- Rusiyada yaşayan və azərbaycanlı xanıma sadiq olan alicənab Azərbaycan kişisini tanıdığımı sevinclə hər kəsə bildirə bilərəm?

- (Gülür) Nə bilirsiniz? Artıq 30 ildən artıqdır ki, Rusiyada yaşayıram, təbii ki, mənim də gənclik səhvlərim istisna deyil.
- Səmimiliyinizə görə təşəkkür edirəm. Ayın əvvəlində sizə zəng etdikdə, Azərbaycanda olduğunuzu söylədiniz.
- Bəli, Avropa oyunlarının açılışına getmişdim.
- Necə təsir bağışladı sizə?
- Əla. Yüksək səviyyədə keçirildi. İnan ki, Azərbaycan möhtəşəm yarışların keçirilməsinə sahibliyi öz üzərinə götürdükdən sonra, azərbaycanlıların hörməti bütün dünyada daha da artdı.
- Qərib diyarda indi daha rahat və daha fərəhlə gəzirsinz, eləmi?
- Doğrudan da, ulu öndərin sözləri yerinə düşür; “mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Elə mən də çox fəxr edirəm, azərbaycanlı olduğum üçün qürur duyuram. Rusiya və getdiyim digər ölkələrdə hər kəs məndən Bakının çox gözəl olduğu və qısa zaman çərçivəsində dünyanın ən gözəl şəhərlər sırasına daxil olduğundan bəhs edir. Buna görə ölkə başçısı prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm.
İlham Əliyev- güclü şəxsiyyətdir...
- Sizin zahirən bir qədər İlham Əliyevə bənzədiyiniz söyləyən olubmu? Görkəminiz, danışığınız, gülüşünüz belə mənə prezidentimizi xatırladır.

- (Təbəssümlə) Bəli, deyən olub. Bu bənzətmə məndə xoş təəssürat yaradır. Ümumiyyətlə isə, İlham Əliyev olduqca güclü şəxsiyyətdir. Zənnimcə, elə bir çətin məsələ yoxdur ki, cənab prezident onun öhdəsindən asanlıqla gəlməsin. O, Azərbaycan üçün misilsiz bəxşişdir.
- Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar şöbəsinin diaspor rəhbəri olmağınızla yanaşı, vətəndə baş verən siyasi və ədəbi yeniliklərdən də geri qalmırsınız. Ümumiyyətlə diaspora başçılıq etmək çətindirmi?
- İnanın ki, olduqca çətindir. Bizə daha çox problemi olan insanlar müraciət edirlər. Rusiyaya gələrək pulu qurtaran, adı hansısa problemdə hallanan insanların dadına çatmağa çox zaman vaxt olmur. Mən bir iş adamıyam, diaspor isə daha çox ictimai mühitdə aktivliyi olan insanları sevir. Bununla belə, çalışıram ki, bacardıqca əlimdən gələn köməyi insanlardan əsirgəməyim.
- “Tarixi şəxsiyyətlər” jurnalında ölkəmizin birinci xanımı Mehriban Əliyeva haqqında müəllifi olduğunuz “Azərbaycanın əsl portreti- Mehriban Əliyeva” məqaləsini oxudum. Azərbaycandan kənarda yaşasanız da, vətəndə baş verən bütün siyasi hadisələri izləməyiniz diqqətimdən yayınmadı.
Televiziyada doğma kanalları izləyirik...

- Mən yenə vurğulayıram; Azərbaycan hüdudlarından kənardayıq- doğrudur. Amma ürəyimiz vətən eşqi ilə döyünür, beynimiz xalqımızı, doğmalarımızı düşünür. Evdə, çöldə Azərbaycan mətbəxi, ailədə, işdə- Azərbaycan dilində danışırıq, televiziyada belə doğma kanallarımızı izləyirik. Vətəndə baş verən heç bir hadisəyə biganə qalmırıq. Xalqımızın sevincli və kədərli günündə hər zaman yanındayıq.
Mehriban xanım Əliyevaya gəldikdə isə- olduqca güclü xanımdır. O, zərif çiyinlərinə olmazın ağırlıqda yük götürdü və bunun öhdəsindən layiqincə gəldi. Mən öz məqaləmdə də vurğulamışam; Mehriban Əliyevanın adı Azərbaycanda mərhəmət, qayğı və xeyriyyəçilik ənənələrinin dirçəlməsində böyük rolu olan Heydər Əliyev fondunun prezidenti olaraq bütün qəlbləri işıqlandırmaqdadır...
Sonda müsahibimlə vidalaşaraq, “Bakı” kafesinin yerləşdiyi gölə ötəri nəzər saldım. Güclü yağış yağdığından gölün rəngi bulanıq görünürdü. Ürəyimdə haradasa sərin hava ilə həmahəngik təşkil edən bir təsəlli ruzigarı əsdi, ancaq nə qədər gözəl olsa da, Xəzəri əvəz edə bilmədi. Doğrudan da, Azərbaycanımız yaradan tərəfindən bizə bəxş edilmiş misilsiz sərvətdir...

Aynur Nurlu


BAKIDAN UZAQ “BAKI”

BAKIDAN UZAQ “BAKI”










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar