Qarabag Media
Haqqımızda Əlaqə

“Donuz qripi” təhlükəsi: Bütün təhsil müəssisələri dezinfeksiya olunacaq


Tarix:4-02-2016, 07:26 Kateqoriya:Manşet / Cəmiyyət

“Donuz qripi” təhlükəsi: Bütün təhsil müəssisələri dezinfeksiya olunacaq“Donuz qripi” təhlükəsinə qarşı liseylər, gimnaziyalar, kolleclər və universitetlərdə dezinfeksiya işləri aparılacaq.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib.

O bildirib ki, dezinfeksiya işlərinə fevrala ayının birinci 15 günlüyündə başlanılacaq: “Bizim dezinfeksiya tədbirlərini həyata keçirməyimiz üçün heç bir problem yoxdur”.

Direktor müavini qeyd edib ki, liseylər, gimnaziyalar, universitetlər və kolleclərdə dezinfeksiya işləri dərs qrafikindən kənar vaxtlarda aparılacaq: “Müəssisə rəhbərləri ilə danışılacaq. Əvvəlcədən razılaşdırılacaq ki, dezinfeksiya işləri tədris qrafikindən kənara vaxtlarda aparılsın”.

V. Abdullayev onu da əlavə edib ki, dezinfeksiya işləri Bakı, Sumqayıt və Gəncə şəhərlərini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb. “Donuz qripi” təhlükəsi ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında xüsusi palatalar ayrılıb.

“Donuz qripi” təhlükəsinə qarşı Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripixəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”