Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan rayonları su altında qaldı


Tarix:6-10-2015, 00:24 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan rayonları su altında qaldı Bu gün Azərbaycanın bir neçə rayonuna leysan yağışlar yağıb.

Karabakhmedia.az-ın məlumatına görə, bəzi rayonlarda gecədən, bəzilərində isə səhər saatlarından başlayan güclü yağışlar selin yaranmasına səbəb olub.

Hadisənin baş verdiyi rayonlardan biri Goranboydur. Sakinlərin sözlərinə əsasən, bu gün səhər radələrindən başlamış güclü leysan yağışları küləklə müşayiət olunub.

Nəticədə yaranan sel suları Goranboy rayonunun Səfikürd kəndi də daxil olmaqla, digər bir neçə kəndlərə də ziyan vurub. Belə ki, su arxları dolub daşaraq kənardakı evlərə, əkin sahələrinə ziyan vurub, həyətləri lil qatı örtüb. Eyni zamanda, həyətyanı sahələrə, tövlələrə, mal-qaraya ziyan dəyib, toyuq-cücəni sel aparıb.

Təbii fəkalət cənub bölgəsindən də yan keçməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasının məlumata görə, ən güclü yağış Lənkəran rayonu ərazisində müşahidə olunub.

Burada təxminən 12 saat ərzində yağan yağıntıların həcmi 53 mm olmaqla aylıq normanın 21 faizini təşkil edib. Astara rayonunda da yağıntıların həcmi 34,6 mm təşkil edərək, aylıq normadan 10-21 faiz yuxarı həddə çatıb.

Həmçinin, güclü külək səbəbindən bəzi yerlərdə ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, rayonunun 40-a yaxın kəndinə, eləcə də şəhərin bir çox hissəsinə gecə saatlarında enerji verilişi dayanıb.

ANS PRESS-in şimal bürosundan aldığımız məlumata görə, hadisə şimal bölgələrində də baş verib. Belə ki, güclü leysan yağışları ən çox Quba və Xaçmaz bölgələrində müşayiət olunub.

Şəhərin şimalındakı Arvançay çayı daşıb, küçələrdə keçilməz lil qatı yaranıb. Sel 40-a yaxın toyuq və cücəni tələf edib, minik avtomobillərinin içinə su dolub. Sakinlərin sözlərinə görə, gecə səhərədək həyətlərdən bir metr hündürlüyündə sel suları axıb.

Şəhərin şimalındakı 16 mənzillik yaşayış binasının sakinləri sel və lil qatına görə uşaqları evdən bayıra çıxara bilmədiklərindən məktəbə göndərməyiblər. Hazırda rayonda leysan yağışı davam edir.

Rayon Fövqəladə Hallar Komissiyasının rəisi Yetkin Məmmədovun sözlərinə görə, hazırda müraciətlərə baxılır, dəyən ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında