Qarabag Media
Haqqımızda Əlaqə

Verməyin düşmənə heyifdi LAÇIN


Tarix:30-06-2018, 23:56 Kateqoriya:Manşet / Yazarlar

Verməyin düşmənə heyifdi LAÇIN Laçın ağır günlərini yaşayırdı. Ətraf rayonlardakı azərbaycanlılar yaşayan kəndlərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi vəziyyəti daha da gərginləşdirirdi. Laçının strateji əhəmiyyəti böyük idi. Bu rayonu işğal etməklə Dağlıq Qarabağ erməniləri de-fakto Ermənistana çıxış yolu əldə edirdilər. Laçının igid oğulları erməni daşnaklarının bu planından xəbərdar idi. Ona görə də əldə silah azğın düşmənlə ölüm-dirim savaşına qalxmışdılar. Laçındakı vəziyyəti daha çox ağırlaşdıran vahid hərbi komandanlığın olmaması və silah-sursat çatışmazlığı idi. Lakin bütün bunlara baxmayaraq, Laçının ər oğulları doğma torpağı canı-qanı bahasına qoruyurdular.
Bu ağır günlərdə silaha sarılan, ətrafında yüzlərlə döyüşçünü birləşdirən Laçın igidlərindən biri də Kamil Baladə oğlu Nəsibov idi.

Kamil Nəsibov sovet ordusu sıralarında üç illik xidməti ərzində “karabin”dən başqa silah görmədiyi halda tələbəlik illərində hərb elminin sirlərini mükəmməl şəkildə əxz eləmişdi. Laçın rayon Hərbi Komissarlığı tərəfindən ixtisasartırma kursuna göndərilən Kamil Nəsibov az sonra Sankt-Peterburqda təkmilləşdirmə kursunu da başa vurmuşdu. Artıq baş leytenant rütbəsini daşıyan Kamil Nəsibov bütün döyüş texnikasının dilini bilməklə yanaşı, həm də əsl topçu idi.

Döyüş əməliyyatı üçün hazırlıq gedirdi. Düşmənlərin ətraf kəndlərə basqınları gündən-günə artırdı. Növbəti döyüşlərin birində erməni yaraqlılarının atəş nöqtəsini susdurmaq lazım idi. Kamilgilin lazımi sursatı olmadığı üçün düşmənə yetərincə cavab verə bilmirdilər. Yeganə çıxış yolu kəşfiyyatçılarımızın erməni postlarını ələ keçirməsi idi. Odur ki, Kamil üç nəfər kəşfiyyatçı ilə düşmən postuna tərəf irəlilədi. Bir azdan güclü atəş səsi dərədə əks-səda verdi. Təxminən üç saatdan sonra əsgərlərimiz xeyli sayda avtomat, qumbara, və bir əsirlə geri qayıtdılar.

Tanınmış jurnalist Salatın Əsgərova Kamil Nəsibovdan müsahibə götürəndən sonra Şuşaya getmək qərarına gəldi. Heç bir təkid onu yolundan döndərə bilmədi. O, getdi... namərd gülləsinə tərəf... Elə həmin gün Salatının ermənilər tərəfindən qətlə yetirilməsi bütün Azırbaycanı sarsıtdı. Kamil Nəsibov qatillərin tapılıb məhv edilməsinə and içəndə böyük bir alay onun səsinə səs verdi və qısa zamanda Şuşanın Qaladərəsi, Turşsu kəndlərində döyüşlər başladı. Üç saat çəkən vuruşda ermənilər xeyli canlı qüvvə və bir PDM itirərək geri çəkildilər. Bu döyüşdə Salatının qatillərini həbs etmək mümkün oldu.

1992-ci ilin may ayı idi. Hərbi birləşmələr arasında pərakəndəlik hökm sürürdü. Kəndlərin böyük əksəriyyəti boşalmış, yalnız Qayğı qəsəbəsi istiqamətində iki dəstə qalmşdı. Onlardan da biri Kamil Nəsibovun başçılıq etdiyi dəstə idi. Döyüşlər getdikcə şiddətlənir, ancaq kömək gəlmirdi. Üç gün idi ki, dəstə az-susuz idi. Sursat çatışmırdı. Əlavə qüvvənin gəlməyəcəyini dəqiqləşdirən döyüşçülər cəsarətli həmlə ilə mühasirəni yarıb bölüyü xilas edə bildilər. Elə həmin vaxtdan 40-50 nəfərlik dəstə ermənilərə qarşı partizan müharibəsinə başladı.

Kamil Nəsibovun döyüşçüləri qartal kimi düşmənin üzərinə şığıyır, onlara ağır zərbə endirirdilər. Bir həftə ərzində Aşağı Fərəcan, Yuxarı Fərəcan, Baldırğanlı, Səfiyan, Suarası kəndləri düşməndən təmizlənmiş di. Əfsuslar olsun ki, bu dəfə də kömək gəlmədi.

Kamilin planı Qonaqgörməz yüksəkliyini ələ keçirməklə Laçın dəhlizinə nəzarəti tam təmin etmək idi. Elə bu məqsədlə dəstə səhər saat 6:00-da hücuma keçdi. Gözlənilməz zərbə düşməni çaşbaş saldığı üçün ağır itki verərək qismən geri çəkilməyə məcbur oldu. Ancaq yüksəklik hələ də quldurların əlində idi. Ağır texnikadan yetərincə istifadə etməmişdilər. Əsgərlərimizin sürətli irəliləyişi qarşısında qaçmağı üstün tutan quldurlar silahdan istifadə etmək gücündə deyildilər. Elə bu an əsas hədəfdən – yüksəklikdən əsgərlərimizin başına od yağdırdılar. Dəstə düzənlikdə idi, sığınacaq üçün nə imkan vardı, nə də müqavimət göstərmək üçün şərait. Kamil yenə də öndə idi. Onun dəli nərəsi hər kəsi irəli səsləyirdi. Sən demə namərd düşmən Kamili qarabaqara izləyirmiş...

Silahdaşları onun yarasını sarıyıb döyüş meydanından çıxarmağa çalışdılar. Amma yenə də qan şoralanırdı. Kamil ağır-ağır nəfəs alır, rəngi qürub günəşi tək saralırdı. Çətinliklə də olsa, özünü toparlayıb: “Dayanın, sizə sözüm var... Düz dörd il əvvəl silaha sarılanda and içmişəm ki, ya torpaqlarımızı düşməndən təmizləyəcək, ya da bu torpaq uğrunda şəhid olacağam. Hiss edirəm ki, son nəfəsimdir, icazə verin torpağa borcumu qaytarım” – dedi.

Yanı üstə çevrilməyə çalışdı. Torpağı qucaqlayıb öpdü: “Bağışla, Laçın, borcumu axıradək yerinə yetirə bilmədim”- deməyi bacardı.
Elə bu vaxt Laçın alayının kiçik bir dəstəsi özünü yetirdi.

Mühasirəni yarıb çıxan əsgərlərimiz artıq döyüş bölgəsindən xeyli uzaqlaşmışdı. Bu zaman Kamilin zəifləyən səsi bir daha eşidildi:
-Daha bəsdir, məni yerə qoyun...

Sonra əlini döyüş yoldaşının çiyninə qoyub: “Verməyin düşmənə, hayıfdı Laçın! Dünyanın heç bir guşəsində belə yer tapa bilməzsiniz” - dedi.


Verməyin düşmənə heyifdi LAÇINKamil Nəsibov döyüşlərdə göstərdiyi misilsiz şücaətə görə ölümündən sora Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bəli, istəkli oxucular, bir zaman gələcək ki, nənələr nəvələrinə söyləyəcək: -Biri vardı, biri yoxdu, Laçın elində Kamil adlı igid bir qəhrəman vardı. Beləcə, Kamil də Laçının igid oğlu Sultan bəy, Xosrov bəy kimi dillərə düşəcək, heykəlləşəcək, qranitləşəcək.

Ötərxan ELTAC










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”