Qarabag Media
Haqqımızda Əlaqə

QHT Şurası MŞ-na və hüquq-mühafizə orqanlarına müraciət edəcək


Tarix:30-01-2016, 12:49 Kateqoriya:Manşet / Hüquq

QHT Şurası MŞ-na və hüquq-mühafizə orqanlarına müraciət edəcəkBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, millət vəkili Azay Quliyev haqqında xeber.info saytında yazı dərc edilib.

QHT Şurasının mətbuat xidmətindən Karabakhmedia.az-a bildirilib ki, əvvəllər də müxtəlif qərəzli məlumatların yayımlanmasına baxmayaraq, Şura indiyədək bu tipli media orqanlarının hüquqi qaydada cəzalandırılmasının tərəfdarı olmayıb: "Şura hesab edir ki, media, cəmiyyətin müxtəlif məzmunlu zəruri informasiya ilə təminatını həyata keçirən və inkişafa xidmət edən vətəndaş cəmiyyətinin aparıcı institutlarından biridir. Bunu əsas götürərək Şura şəffaflıq və aşkarlıq prinsiplərinə sadiq qalaraq hər zaman yerli və beynəlxalq KİV-lərlə əməkdaşlığa böyük önəm verib.

Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının dəfələrlə xəbərdarlığına baxmayaraq, hələ də qanunazidd əməllərindən əl çəkməyən, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan, dövlət orqanlarının və ictimai-siyasi xadimlərin işgüzar nüfuzuna kölgə salmağa çalışan yazılı və internet mediası nümunələri də mövcuddur. Onların bu tip qarayaxma fəaliyyətinin davamlı xarakter almasını və şifahi xəbərdarlıqlarımızın nəticə verməməsini əsas götürərək, Şura yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb.
Şura bununla yanaşı bütün media təmsilçilərinə müraciət edir və onları mətbuat adına ləkə gətirən, jurnalistikanın ali məqsədlərindən tamamilə uzaq olan, söz və ifadə azadlığından sui-istifadə edərək şər və böhtanı özlərinin həyat tərzinə çevirən “jurnalistlər”in əməllərinə münasibət bildirməyə çağırır".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”