Qarabag Media
Haqqımızda Əlaqə

"Pensiya yaşı çatıb gününü keçirən məmurlarla xüdahafizləşməliyik"


Tarix:28-01-2016, 23:05 Kateqoriya:Manşet / Cəmiyyət

"Pensiya yaşı çatıb gününü keçirən məmurlarla xüdahafizləşməliyik""Pensiya yaşı çatıb gününü keçirən məmurlara "xüdahafiz" deməliyik. Pensiya yaşı çatıb lakin dəyişməz olan, baxmayaraq ki, kimsə əvəzolunmaz deyil, amma ehtiyac olan şəxsləri dəstəkləməliyik. Ola bilər ki, həmin şəxsi başqa adla, yəni müşavir və ya digər statusla vəzifədə saxlamaq olar".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli dövlət orqanlarında çalışan dövlət qulluqçularının ixtisara düşməsi ilə bağlı sualı şərh edərkən deyib.

"Prezidentin dediyi kimi bu aralar bütün ixtisarları azaltmaq, hətta mümkün qədər ixtisara yer verməmək lazımdır. Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmazdan əvvəl ilk olaraq ixtisara salmamaq barədə düşünsün. Yəni, insanları ixtisar etmədən gəlirlərini azalt. Maya dəyəri çoxalsın, gəlirlər azalsın.

Hər zaman sahibkarların üzərinə düşülür. Prezident demişkən, gəlin məmurun əlindən vuraq. Sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq. Mətbuatı bu istiqamətə yönəltməliyik. Mətbuat isə əksinə, daha çox sahibkarın üzərinə düşür. Kiminsə qohumunun sahibkar olması məsələsi araşdırılır. Hansısa sahibkar kiminsə qohumu olsa da, iş yeri yarada bilib. İş yerlərinin saxlanması üçün əlimizdən gələni etməliyik", - H.Rəcəbli vurğulayıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”