Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda “zapravka”da işçini döyən generalın qohumu çıxdı


Tarix:28-01-2016, 06:37 Kateqoriya:Manşet / Hadisə

Bakıda “zapravka”da işçini döyən generalın qohumu çıxdı"Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki davada adı hallanan İsa Əzizov nə bacım, nə də qardaşım oğludur". ANS PRESS-in məlumatına görə, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.

Lakin deputat İ.Əzizovun onların uzaq qohumu olduğunu təsdiqləyib: "Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik".

Mətbuatda İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək tutulub.

Onlar yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəliblər. Avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Məlumata görə, ötən ilin mayında məhz İsa Əzizov və dostları Bakıdakı “Famous” karaoke klubunda qızları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. Polis həmin şikayət əsasında cinayət işi qaldırsa da guya İsa Əzizovu axtarışa vermiş və tapa bilmirdi.

Bakıda artıq ikinci səs-küylü cinayət hadisəsini törədən İsa Əzizov kinqboksinq üzrə Azərbaycan çempionudur.










SON XƏBƏRLƏR
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xaçmazdakı olayın şok DETALLARI
20 Yanvar hadisələrindən 30 il ötür
Ölkəyə qanunsuz dərman gətirənlər saxlanıldı - FOTO
Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib
İran Ukraynanın xahişini yerinə yetirdi – Qara qutu göndərildi
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb
MSK DSK-nın qərarını ləğv edib
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir