Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyada azərbaycanlı baş gizir həmyerlisi mayoru öldürdü


Tarix:28-01-2016, 00:29 Kateqoriya:Manşet / Hadisə

Rusiyada azərbaycanlı baş gizir həmyerlisi mayoru öldürdüRusiya Federasiyası Komi Respublikasında iki azərbaycanlı hərbçi arasında silahlı münaqişə yaşanıb.

BAKU.WS-in Lifenews saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli qadın koloniyasında baş verib. Koloniyada işləyən baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb.

Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş. Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb. O ağır yaralanıb.

İlkin məlumatda bildirilir ki, Şahin Əliyev və Xalid Həsənov dost olublar. Onların münasibətləri Şahin Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. O, ötən ilin noyabr ayında arvadından boşanıb. Şahin Əliyev Azərbaycana qayıtmağı planlaşdırırmış. Dostu isə bu fikrə qarşı olub. Bu səbəbə görə dostlar dəfələrlə dalaşıblar.

Hazırda dostunu öldürən baş gizir xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”