Qarabag Media
Haqqımızda Əlaqə

Öldükdən sonra orqanlar satıla bilərmi?- HÜQUQŞÜNAS MÖVQEYİ


Tarix:26-01-2016, 07:36 Kateqoriya:Manşet / Hüquq

Öldükdən sonra orqanlar satıla bilərmi?- HÜQUQŞÜNAS MÖVQEYİ Şəxsin daxili orqanlarını hansı hallarda digərinə köçürmək olar? Qanunda hansı hallar nəzərdə tutulub?

Mövzu ilə bağlı suallarımızı vəkil Asif Abdullayev cavablandırıb.

“Şəxs özünün sağlığında və ölümündən sonra, daxili orqanlarının istifadə edilməsinə razılıq verə bilər. Mövcud qanunvericiliyə əsasən, donorluğa həm şəxsin sağlığında, həm də ölümündən sonra yol verilir.

Şəxs sağlığında donorluğa (öz orqanlarının digər şəxsə köçürülməsi) yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər.

Əgər, şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.

Sağlığında donorluqdan yazılı şəkildə imtina edən şəxsin ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.
Donorun sağlığında ondan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın. Donor olan şəxs, əməliyyat nəticəsində hansı ağırlaşmaların əmələ gələ biləcəyi barədə dəqiq məlumat almaq hüququna malikdir.

Bu orqanların transplantasiyasına icazə verilir : ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri , sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar.”/femida.az/

Miri Məcidli










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”