Qarabag Media
Haqqımızda Əlaqə

Polis evə nə vaxt girə bilər? - SİYAHI


Tarix:26-01-2016, 05:28 Kateqoriya:Manşet / Hüquq

Polis evə nə vaxt girə bilər? - SİYAHIAzərbaycanda polisin məhkəmə qərarı olmadan ev sahibinin iradəsinə zidd olaraq yaşayış yerinə daxil olmasını şərtləndirən əsaslar artırılacaq.

Karabakhmedia.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Polis haqqında” qanunun 24-cü (Polis əməkdaşı tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması) maddəsinin II hissəsinə əlavə və dəyişikliklər nəzərdə tutulur.

Layihəyə görə, hakimin qərarı olmadan polis əməkdaşlarının yaşayış yerinə orada yaşayanların iradəsinə zidd olaraq daxil olmasını şərtləndirən məsələlərin sırasına aşağıdakı şərt də daxil edilir:

- Şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə, həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və sənədlərin yaşayış yerində gizlədilməsi.

Polisin qeyd olunan şəkildə yaşayış yerinə daxil olmasın şərtləndirən və hazırda qüvvədə olan digər əsaslar isə aşağıdakılardır:

1) Mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;
2) Cinayət törətmiş, həbsdən və ya cəzaçəkmə müəssisələrindən qaçmış şəxsin həmin mənzildə gizlənilməsi;
3) Cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi;
4) Mənzildə insan meyitinin olması;
5) Mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevarlın 1-də müzakirəyə çıxarılacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”