Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ mətbəxi: Laçın təamları


Tarix:24-01-2016, 10:02 Baxış Sayı:1296 Kateqoriya:Manşet / Bölgə Özəlliyi

Qarabağ mətbəxi: Laçın təamlarıBölgələrimizin şahı- Qarabağımızın gözəl guşələrindən biri olan Laçın mətbəxindən, Laçının milli yeməklərindən ağızdolusu danışmaq olar. Hər qarışında bərəkət, gözəllik olan bu bölgəmiz öz mədəniyyəti və əsrarəngiz təbiəti ilə hər zaman diqqət mərkəzində olmuşdur. Məhz buna görə də 20 ildən artıqdir ki, düşmənlərimizin əsarəti altındadır. Lakin buna baxmayaraq, biz Qarabağımızın hər bir adət-ənənəsini, milli-mənəvi dəyərlərini qoruyub saxlayırıq. Qarabağımızın milli mətbəxi də bu sıraya aiddir.

Laçın rayonu Kamallı kənd sakinləri 76 yaşlı Sürəyya Həsənova və 75 yaşlı Minayə Nəsibova Laçın mətbəxi haqqında fikirlərini, Laçın mətbəxinin dadlı təamlarının hazırlanma qaydasını “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ilə bölüşdülər.

Sürəyya nənənin Laçın mətbəxi barədə fikirləri olduqca maraqlıdır.
Sürəyya nənə dərindən bir ah çəkərək Laçında keçirdiyi günlərini xatırlayır: “Məlum olduğu kimi, Qarabağımızın gözəl guşələrindən olan Laçın, öz mətbəxi ilə digərlərindən seçilir. Buraya ətdən hazırlanmış növbənöv yeməklər, plovlar, sacüstü lavaşlar da daxildir. Laçın təbiətinin zənginliyi onun mətbəxinə də təsir etmişdir. Dağların, meşələrin çoxluğu burada yaşayan əhaliyə qoyunçuluqla məşğul olmağa imkan vermişdir. Buna görə də burada yeməklərin əksəriyyəti quzu ətindən hazırlanır. Ət müxtəlif şəkildə plovlara və çilovlara qara kimi istifadə olunur”.

Qarabağ mətbəxi: Laçın təamlarıSürəyya nənə həmçinin qeyd etdi ki, Laçın rayonunda xeyir və şər məclislərində çəkisi 200-350 qr-dan böyük olan bir büküm dolma təqdim edilirdi.

Sürəyya nənə əvvəlcə quzu ətindən hazırlanmış “Bozartma” haqqında məlumat verdi: “Təzə quzu ətindən hazırlanmış bu yeməyin hazırlanma qaydası elə də çətin deyil, müəyyən miqdarda quzu ətinin üzərinə iri halda soğan doğranılır, zövqə görə duz, istiot və üzərinə çıxana qədər su əlavə olunur. Sonra isə ağzıbağlı halda yemək suyu dibində qalana qədər öz buğunda bişirilir. “Bozartma” həmçinin zövqə görə qatıqla da yeyilir.

“Hər bir bölgəyə məxsus plov Laçında da özünəməxsus zövqlə hazırlanırdı.Üzərinə zəfəran əlavə olunmuş düyü süfrəyə dadı dillər əzbəri olan aşqara ilə verilirdi. Turşu , şabalıd, kişmiş, albuxara, qarabag metbexiqaysı və xırda doğranılmış quyruq və quzu əti ilə hazırlanmış aşqara xüsusi dadı ilə zövq oxşayır” deyə Sürəyya nənə Laçın plovunun özünəməxsusluğundan danışıb.

Nənəin sözlərinə görə, Laçın kətələrinin özünəməxsus dadı olurdu: “Digər təamlar sırasına nəzər salsaq Laçın dağlarında bitən göyərtilərdən hazırlanmış kətələrə də rast gələ bilərik. Hazırlanma qaydası digər kətələrlə eyni olsa da lakin tərkibindəki göyərtilər qutabayrıca dad verir. Yalnız Laçın dağlarında bitən “Qırppığım” adlanan göyərti bu kətəyə xüsusi dad verir. Bu göyərtinin adına görə də kətə “Qırppığım” kətəsi adlanır”.

Hər bir Azərbaycan yeməyinin əsasını çörək təşkil edir. Laçında çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, lavaş, fətir və s. kimi çörək növləri vardir. Qədim zamanlardan sac üzərində lavaşlar bişirmək nənələrimizin adəti olub. Laçın camaatı bu adəti bu gün də qoruyub saxlayır. Ocaq qalanır və sac üzərində kağız nazikliyində lavaşlar bişirilərdi, bişirilən yuxalar üst-üstə yığılırdı və süfrəyə veriləndə üzərinə su səpirdilər. Lavaşların əsas özəlliyi uzun müddət qalması və tez xarab olmamasındadır.Yuxaya lavassu və qurumuş ət əlavə etdikdə hərrə, xəşil tipdə xörək hazırlana bilərdi.

İlin istənilən fəslində hər bir insana xüsusi zövq verən somavar çayi Laçın mətbəxinin ayrılmaz hissəsidir.

Somavar çayı ilə birlikdə süfrəyə Laçın dağlarından yığılmış meyvələrdən hazırlanmış çeşidbəçeşid mürəbbələr verilərdi. Zoğal, murebbemoruq kimi meyvələrdən hazırlanan mürəbbələr həmçinin qış fəslində müxtəlif növ xəstəliyin qarşısını almaq məqsədi ilə də istifadə olunurdu.

Təbiətin zənginliyi burada arıçılığın inkişafina şərait yaradıb. Min bir dərdin dərmanı hesab olunan bal səhər yeməyində kərə yağı ilə birlikdə süfrəyə verilərdi.
Qarabağ mətbəxi: Laçın təamlarıMinayə nənə də Laçında keçirdiyi günləri ağrı-acı ilə xatırlayaraq zəngin Laçın mətbəxi barədə məlumatlar verib: ““Qovurma” adlanan yemək Laçında daha çox məşhur idi. Həm quzu, həm də mal ətindən hazırlanması mümkün olan bu yemək həmçinin dağ sakinlərinin qış azuqəsi sayılırdı. Yeməklərin çoxunda istifadə olunan quzu quyruğu bu yeməkdə də istifadə olunurdu. Zövqə görə tərəvəzlərdən də istifadə oluna bilərdi. Belə ki, quzu quyruğunda qovrulmuş ət hətta qış fəslinə qədər qalır və öz dadını itirmirdi”.

Balıq buğlaması – Laçın çaylarında üzən qızıl balıqdan, kələm turşusundan, pomidor, bibər, zirə, soğan ,sarımsaq, duz və istiotdan hazırlanır.

Kabab- təzə göyərti, sumax və narşərab və s. ilə təqdim edilir. Kababda istifadə olunan ət doğranılır, basdırma isə bişməzdən əvvəl soğan, sirkə və limon turşusundan saxlanılan ətdir. Kababın digər formasi olan lülə-kabab, qiymələnmış ətdən hazırlanan, şişə keçirilib bişirilən xörəkdir.

Minayə nənə Laçının qədim təamlarından sayılan “Bağırbeyni” bagirbeynihaqqında danışdı: ““Bağırbeyni” adlanan yemək quzu beyni, qaraciyər, qoyun quyruğundan hazırlanırdı. Bağırbeyni tarixi yeməklərdən biridir, çox qədim yeməklərdəndir. Bağırbeyni eyni zamanda dadlı və xeyirlidir”.

Sözsüz ki, Ənənəvi milli mətbəx mədəniyyətimizin tərkib hissəsi olan Qarabağımız və onun ətraf rayonlarının gözəlliyi, özəlliyi haqqında səhifələrlə yazmaq mümkündür. Yazmaqla tükənməz. Bitməz…
(Karabakhinfo.com)

Minayə Nəsibova




loading...




SON XƏBƏRLƏR
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı
Rəşad Sadıqovun təyinatı rəsmiləşdi
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi