Qarabag Media
Haqqımızda Əlaqə

İşsizlərin müavinəti 30-40% artırılacaq


Tarix:24-01-2016, 03:36 Kateqoriya:Manşet / Cəmiyyət

İşsizlərin müavinəti 30-40% artırılacaqİşsizliyə görə müəyyən olunmuş müavinətin məbləği artırılacaq. Yaxın günlərdə Nazirlər Kabineti prezidentin müvafiq sərəncamı ilə bu qanuna dəyişiklik edəcək. Hazırda 55 manat olan məbləğin 30-40% artırılaraq, 71-77 manata çatdırılması nəzərdə tutulub.

Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov açıqlama verib.

Sözügedən müavinət vaxtilə işləyərkən əmək müqaviləsi olan və işlədiyi müddətdə sosial sığorta ödəyən şəxslərə şamil olunur. Bu məsələ dövlətin “Məcburi sosial sığorta haqqında” qanunu ilə tənzimlənir. Qanunda o da qeyd olunub ki, işsiz olma sosial sığorta hallarından biri sayılır. Onun üçün ayrıca sosial sığorta tarifi olmasa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün nəzərdə tutulan vəsait var.
Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Qanuna görə, əgər bütün işsizlərin əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, bu qanunun üzərində bir qədər işlənilməlidir. Əmək müqaviləsi və sosial sığorta ödəyicisi olan şəxslər işini itirdikdən sonra bu müavinətlərdən yararlana bilər. Lakin bəzi məqamlar var ki, onlara xüsusi nəzarət olunmalıdır. Xüsusuilə işəgötürənlər bütün işçilərlə müqavilə imzalamalı, işə götürülənlər isə bu hüquqlarını tələb etməlidirlər. Hazırda qanuna görə, işə götürdüyü şəxslə əmək müqaviləsi bağlamayan hüquqi şəxs 25 min manat cərimə olunur. Əgər onların sayı 10 nəfərdirsə artıq işəgötürənə cinayət işi də açılır.
"Düşünürəm ki, bu sahədə bəzi boşluqlar var, bunlar doldurulmalıdır. Məsələn, bəzi müəssisələr vətəndaşa 1000 manat məvacib verdiyi halda əmək müqaviləsində 200-300 manat göstərilir. Nəticədə həmin şəxs işini itirdikdə müavinəti aldığı 1000 manata görə deyil, müqavilədəki məbləğə görə alır. Və ya işəgötürən işçi ilə müqavilə bağlamır, nəticədə də o sabah işsiz qalanda dövlətdən heç bir müavinət ala bilmir. O ki, qaldı müavinətə, düzdür azdır, amma yenə də bu iqtisadi böhran zamanı vətəndaşın təminati üçün atılmış bir addımdır".
İşsizliyə görə müavinət dünyanın müxtəlif ölkələrində müxtəlif cür ödənilir. Sözsüz ki, məbləğlər bizim ölkə ilə müqayisədə qat-qat yüksəkdir. Məsələn İsveçrədə vətəndaş işsiz kimi qeydiyyata durur. Bütün lazımi prosedurları keçdikdən sonra ona çox böyük məblğdə 6 min franka qədər müavinət verilir. Sözsüz ki, günümüzdə bu çox böyük rəqəmdir.
Azərbaycanda isə ötən il işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat olub. Bu məbləğin az görünməsinə səbəb isə xeyli insanın əvvəlki 12 ay ərzində əmək haqqı almamasıdır. Ona görə də onlara minimum məbləğdə işsizlik müavinəti ayrılıb.

Qeyri rəsmi mənbələrə görə, hazırda ölkədə 150 mindən çox işsiz insan var. Hazırki böhran isə bu rəqəmin daha da artdığını göstərir. Lakin rəsmi mənbələrdə açıqlanır ki işsiz şəxslərin sayı 30-40 mindir. Dövlət Statistika Komitəsinin son açıqlamasına görə hazırda ölkədə işsiz statusu alanların sayı 28.9 mindir,onların 38,6%-i qadınlar təşkil edib.
Bütün hallarda atılan bu addım təqdirəlayiqdir. İşsizlərə hər ay ayrılan müavinət az da olsa onları təmin edər. Buna görə də dövlətin “Məcburi sosial sığorta haqqında” qanunun tələblərinə riayət olunmalıdır. Ən azından ona görə ki, sabah belə hallar olanda həmin insanlar öz iş yerlərini itirməkdən sığortalansınlar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”