Qarabag Media
Haqqımızda Əlaqə

Yollardakı süni təpələr sökülür


Tarix:23-01-2016, 20:14 Kateqoriya:Manşet / Cəmiyyət

Yollardakı süni təpələr sökülür“Azəryolservis” ASC yolların genişləndirilməsi məqsədi ilə yol kənarında olan bəzi süni təpələri sökür.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, paytaxtın Səbayel rayonu “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər aparılıb.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində 400 metr uzunluğunda müasir tipli yol ötürücülərin inşası aparılıb.

Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yol genişləndirilərək 15 metrə çatdırılıb. Ümumiyyətlə sözü gedən ərazidə aparılmış kompleks tədbirlərdən sonra yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan tıxacın xeyli azalmasına gətirib çıxarıb. Hazırda da sözügedən yolun genişləndirilməsi istiqamətində addımlar atılır. Bu məqsədlə bəzi hissələrdə yol kənarında olan süni təpələr sökülür, nəticədə yolun hərəkət hissəsi xeyli genişlənir.

Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq “Azəryolservis” ASC tərəfindən yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənir. Qeyd edək ki, beton arakəsmələr dəmir tirlərdən daha təhlükəsizdir. Çünki betonun aşağısında xüsusi təkərqaytaran hissə-deflektor mövcuddur. Yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında baş verir. Nəticədə nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Sulutəpə dairə”sindən “Hökməli dairə”si və Müşviqabad qəsəbəsinə qədər olan hissəsində yol kənarları abadlaşdırılır, piyada səkiləri tikilir.

Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədi ilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3-5 metr təşkil edir.

Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”ndə yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri də aparılıib. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənib. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə bilirlər. Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcında olan və yolun ümumi görünüşünə xələl gətirən beton tökmə hissələr də sökülərək əvəzinə beton arakəsmələr düzülür.

Bütün bu işlər paytaxt Bakıya bütün istiqamətlərdən giriş-çıxışların daha rahat olmasına, nəqliyyat sıxlığının aradan qaldırılmasına hesablanıb. Birinci etapda bu istiqamətdə atılmış addımlar artıq öz müsbət nəticəsini verib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”