Qarabag Media
Haqqımızda Əlaqə

Əlillər üçün əlavə güzəştlər - QANUN LAYİHƏSİ


Tarix:22-01-2016, 23:34 Kateqoriya:Manşet / Cəmiyyət

Əlillər üçün əlavə güzəştlər - QANUN LAYİHƏSİAzərbaycanda əlillərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi üzrə aparılan siyasət geniş hüquqi bazaya malikdir. Ölkəmizdə bu qəbildən olan şəxslər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit olunmuş bütün hüquq və azadlıqlara malikdirlər. Lakin bu qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər daim aparılır və bu sahədə işlər davam etdirilməlidir. Çünki sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhali ilə onların yaşayışı və əmək fəaliyyətləri ilə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur:

"Bununla bağlı 2016-cı ildə də qanunvericilik prosesi davam edərək ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir. Bundan əlavə, Əmək və sosial siyasət komitəsi tərəfindən yeni "Əlillər və əlillərin reabilitasiyası haqqında" Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Hazırlanacaq qanun layihəsinin əsas mahiyyəti odur ki, ölkədə əlillər və sağlamlıq imkanları məhdud şəxslər üçün güzəştləri artıraq, onlara problem yaradan bütün maneələri aradan götürək, əziyyət verən məsələləri həll edək, sosial şəraitlərini yaxşılaşdıraq".

Qeyd edək ki, 2015-ci ilin məlumatlarına görə, Azərbaycanda əlillərin ümumi sayı 568149 nəfər təşkil edib. Bunlardan 65482 nəfəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, 365750 nəfəri əmək stajı olan əlillər, 136917 nəfəri isə iş stajı olmayan əlillərdir. Ötən ilin məlumatlarına görə, ölkədə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ümumi əhalinin 5,9 faizini təşkil edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB