Qarabag Media
Haqqımızda Əlaqə

"Atamın uşaqlıq şəkli" - Günay Malikqızı atasından yazdı


Tarix:14-01-2016, 22:45 Kateqoriya:Manşet / Yazarlar

"Atamın uşaqlıq şəkli" - Günay Malikqızı atasından yazdı "Bu mənim atamın şəklidir. Uşaqlıq şəkli."

Keçmiş teleaparıcı Günay Malikqızı mərhum atası Malik Fərrux haqqında öz "Facebook" səhifəsində status yazıb.
Onun yazdığı statusu olduğu kimi təqdim edirik:

"O, Laçında dogulub, böyüyüb. Bakıda vəfat edib, 49 yaşında... Yaxşı insan idi. Nənəm deyir ki, yaxşı da uşaq olub. Onu nədənsə həmişə Laçında xatırlayıram. Mənə tərəf gəlir, gülümsəyir və ətrafında çoxlu yaşıl agac var. Yaşıl agac hər yerdə var deyərsiz yəqin. Amma siz də mənim kimi uşaqlıq xatirələrinizin künc- bucagını süpürləyib o agacı yadınıza salsanız, heç vaxt unutmarsınız! O agac da atam kimi əlçatmazdır! Çox istəyərdim ki, mən atamin yerinə o ağaca sığal çəkim.....Bütün uşaqlar gülümsəyəndə gözəl olur! Atam da bu şəkildə gözəldir, gülümsəyir. Axı o burda bilmirdi ki, cavan qəlbi Vətən həsrətinə dözməyəcək, Laçını görmədən öləcək... Atalar anadan olduqları yerləri görmədən ölməsin... Uşaqlar atalarının qaçdığı yerlərdə gəzə bilsin. Nəvələr doğma yurdlarını valideynlərin söhbətləri ilə xəyal etməsin!"

"Atamın uşaqlıq şəkli" - Günay Malikqızı atasından yazdıQeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, jurnalist Malik Fərrux 2 dekabr 1998-ci ildə vəfat edib.

Göylərə ucalıb yolu dağların,
Yuyunan buludlar saçı olubdur.
Hökmdar dağların, ulu dağların
Qartallar başının tacı olubdur.

Dostunun yolunda düşəndə dara,
Çoxu bu dostluqdan bezər dünyada.
Dağlarda gurlayan ildırımlara
Qartallar dayanıb dözər dünyada.

Bir qartal yaranda göyün qatını,
Gözləri yol çəkər, düşünər dağlar.
Ana təbiətin mükafatımı,
Yığıb qartalları başına dağlar?

Qartal qanad çalıb uçanda qıyla,
Dərələr boğular harayda, səsdə.
Dağın tarixini caynaqlarıyla
Qartallar yazıbdır qayalar üstə!


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”