Qarabag Media
Haqqımızda Əlaqə

İctimai mənafenin cəmiyyətin və dövlətin inkişafında rolu...


Tarix:14-01-2016, 22:05 Kateqoriya:Manşet / Yazarlar

İctimai mənafenin cəmiyyətin və dövlətin inkişafında rolu...

Taleh ŞAHMƏMMƏDLİ
Hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Bəşəriyyətin inkişafına nəzər salarkən məlum olur ki, hansı cəmiyyətdə ki, ictimai mənafe şəxsi mənafedən öndə olub, o cəmiyyətlər sosial-iqtisadi və siyasi inkişafın dinamikliyinə nail ola biliblər. İstər Antik dövr mədəniyyəti, istər Orta əsrlərdə islam mədəniyyəti sivilizasiyası, istərsə də Yeni dövrdən başlayaraq inkişaf edən Qərb sivilizasiyasının təhlili göstərir ki, cəmiyyətin tərəqqisi yalnız o halda mümkün olur ki, ümuminin mənafeyi xüsusinin mənafeyini, ictimai düşüncə şəxsi düşüncəni üstələyir.

Tarixə nəzər yetirərkən belə bir mülahizəni də qeyd etmək mümükündür ki, ictimai mənafenin cəmiyyətin şüurunda yer almasının və möhkəmlənməsinin başlıca amili ictimai inistitut kimi DÖVLƏTin mövcudluğu, möhkəmliyi və davamlılığıdır. Xalqların tərəqqisi onların dövlətə mənsub olub-olmaması ilə sıx bağlıdır. Hansı xalqlarda şəxsiyyətin, fərdin marağı ümumi xalqın marağından üstün tutulursa, o xalqların inkişaf etməsi, həm də dövlət qurmağa nail olması çətin və bəzən də mümkünsüz olur. Tarixdə bu mülahizəni təsdiq edən kifayət qədər dəlillər olsa da, mövzudan yayınmamaq üçün burada ona toxunmuruq. Lakin yaxın tariximizdən bir nümunə gətirməklə kifayətlənirik.

1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı prosesində Azərbaycan xalqının, yerli əhalinin davranışları bizim cəmiyyətimizdə ictimai mənafenin xeyli zəif olmasının göstəricisi kimi qəbul edilməlidir. İnsanlar şəxsi, ailə təhlükəsizliyini (fərdi maraq, ailə namusu), ümumi xalqın, dövlətin təhlükəsizliyindən və mənafeyindən (dövlətin təhlükəsizliyi və xalqın namusu) üstün tutduqlarına görə, torpaqlarımızı asanlıqla boşaldıldı. Göründüyü kimi Qarabağın işğalının başlıca səblərindən biri də dövlətsizlik, dövlətçilik ənənələrinin və stereotiplərinin zəifliyi idi. Bu stereotipin (özünüqoruma instinkdinin) formalaşmasının başlıca səbəblərindən bir də Azərbaycan xalqının uzun onilliklər boyu müstəqil dövlətçilik ənənələrinin olmaması və beləliklə, dövlətçilik təəssübünün ictimai şüurda yer almaması, bunun əksinə, şəxsi təəssüb, özünüqoruma hissinin güclənməsidir. Bunun nəticəsi olaraq işğal dönəmində insanlar öz ailələrinin təhlükəsizliyini təmin etmək naminə torpaqlarından vaz keçdilər. Bu məsələnin özü geniş elmi sosial-psixoloji araşdırma tələb edən problemdir. Lakin dövlətimizin möhkəmlənməsi və inkişaf etməsi naminə vacib olan problemdir.
Bu gün dünyanın ən güclü dövlətlərinə və inkişaf etmiş cəmiyyətə malik olan Qərb bu problemi hələ XV-XVI əsrlərdən görürdü və həll etməyə çalışırdı. Orta əsrlər mütəfəkkirlərinin ortaya qoyduğu “İctimai müqavilə” nəzəriyyəsi bunun başlanğıcı olaraq Qərbin müasir sivilizasiyasının əsas amillərindən biri kimi qəbul edilməllidir. İnsanın azadlığı, dünyagörüşü, həyat səviyyəsinin yüksəlməsi, qanunların aliliyinin qorunması cəmiyyətdə ictimai mənafenin təmin edilməsini şərtləndirən əsas amillərdəndir.

Təcrübə göstərir ki, ictimai mənafenin qorunmasının təmin edilməsi sadəcə təbliğat və maarifləndirmə, zor tətbiqi vəya inzibatı yol ilə mümkün deyil. Əgər belə olmasaydı yetmiş illik Sovet dövründə müşahidə etdiyimiz dövlət əmlakının kütləvi şəkildə mənimsənilməsi tendensiyası olmazdı. Lakin bir cəhəti də qeyd edək ki, Sovet İttifaqı yaranandan sonrakı bir neçə onillikdə ümumi mənafenin qorunması şəxsi mənafedən üstün tutulmuşdur. Bunun nəticəsində SSRİ II Dünya müharibəsində Almaniyaya qalib gəldi və qismən də olsa möhkəmlənib sosial-iqtisadi inkişafını təmin edə bildi. Lakin təqribən ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq Sovetlər Birliyinin idarəçiliyində şəxsi mənafe amili önə çıxmağa başladı, korrupsiyalaşma meylləri gücləndi. Qanunlarla ictimaiyyətin, xalqın əmlakı hesab edilən təsərrüfatlar əslində sahibsiz idi və vətəndaş tərəfindən qorunmurdu. Beləliklə, cəmiyyətdə şəxsi maraqların təmin edilməsi, yerlibazlıq və qohumbazlıq stereotipləri önə çıxırdı.

Burada bir amili xatırlatmaq zəruridir ki, bəşəriyyətin inkişafının müəyyən mərhələsində şəxsi marağın qorunması təkamülə və inkişafa zəmin yaradırdı (quldarlıq və feodalizm quruluşlarında və kapitalizmin ilkin mərhələsində). Lakin şəxsi maraq müasir cəmiyyətlərin inkişafına mane olan amillərdən birinə çevrilib və bəşəriyyətin gələcək yüksək inkişafı yalnız ümumi mənafenin qorunmasının (insan inkişafı) təmin edilməsindən keçir.

Araşdırmalar göstərir ki, cəmiyyətdə ictimai mənafenin önə çıxmasını təmin etmək bir sıra vərdişlərin və davranışların aşılanması ilə yanaşı, insanların qanunlara və qaydalara ciddi riayət etməsi ilə də sıx bağlıdır. Müstəqilliyinin 25-ci ilinə qədəm qoyan Azərbaycanın hazırkı inkişafını nəzərə alaraq söyləmək olar ki, ölkəmizin gələcəkdə sürətli tərəqqisini təmin etmək üçün yeni idarəetmə və qiymətlədirmə üsullarına ehtiyyac vardır. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, mütərəqqi metodologiyanın tətbiq edilməsi cəmiyyətdə “sıçrayışlı inkişaf”-ı təmin edə bilir. Belə hesab etmək olar ki bu gün Çin Xalq Respublikasının sürətlə inkişafının əsas səbəblərindən biri ictimai mənafenin ciddi şəkildə qorunması ilə bağlıdır.

Müasir dövrümüzdə cəmiyyətin sürətli və hərtərəfli tərəqqisinə doğru müəyənləşdirilən yollarla nail olunması nümunələri mövcuddur. “Sinqapur möcüzəsi” göstərir ki, düzgün metodologiya və idarəetmənin tətbiqi ilə cəmiyyətin və dövlətin “sıçrayışlı inkişaf”ı mümkündür. Sinqapur 1965-ci ildə Malayziyadan ayrılaraq dövlət müstəqilliyini elan edib. Ərazisi 710 kv/km (təqribən Zəngilan rayonunun ərazisi qədər-707 kv/km), əhalisi 5 milyondan artıqdır. Təbii sərvətlərlə zəngin deyil. Sinqapur bu tərəqqiyə yeni texnologiyaların mənimsəməsi və tətbiqi, yeni idarəetmə sistemi ilə nail olmuşdur. Bunun nəticəsində bu kiçik ölkənin ÜDM-i 315 mlrd dollar, adambaşına düşən illik gəliri isə 60 000 dollardan çoxdur.

Ölkənin ilk Baş naziri Li Kuar Yunun apardığı siyasət ilk növbədə korrupsiyanın aradan qaldırılmasına və qanunun aliliyinin təmin edilməsinə yönəlmişdir. Sinqapurda yalnız milli zəmində düşmənçilk, amansız qətl, narkotik alveri, oğurluq və korrupsiyaya görə ölüm hökmü tətbiq edilir.

Göründüyü kimi, cəmiyyətin tərəqqisinə mane olan ən böyük əngəllərdən biri korrupsiyadır və ona qarşı mübarizə amansız olmalıdır. Cəmiyyətdəki mövcud durum göstərir ki, bu sahədə ciddi elmi, sosial-psixoloji araşdırmalara ehtiyac yaranıb. Əlbəttə, təkcə araşdırmalar deyil, onların nəticələrinin öyrənilməsi və idaretmədə tətbiq edilməsi ictimai mənafenin cəmiyyətin şüurunda möhkəmlənməsini təmin edə bilər.

Bu istiqamətdə Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov olduqca əhəmiyyətli araşdırmalar aparmış və elmi əsaslara söykənən konsepsiya irəli sürmüşdür. Professor Ş. Əsgərovun ictimai mənafenin şəxsi mənafeyə nisbətinin yeni meyar kimi təklif edir və bu nisbəti kamillik əmsalı (K) ilə ifadə edir. Cəmiyyətdə baş verən bütün sosial-iqtisadi və siyasi proseslər kamillik əmsalı vasitəsi ilə qiymətləndirilir və bəşəriyyətin gələcək inkişafını proqnozlaşdırmaq üçün yeni orjinal nəticələr əldə edilmişdir. (Ş.Əsgərov, “Kamilləşən Düşüncə” Bakı, 2013)

Prof. Ş.Əsgərovun konsepsiyasına görə, tarix iki dövrə bölünür: birinci dövrdə cəmiyyətdə gedən bütün proseslər şəxsi mənafenin (zorun) təsiri altında baş verir. İkinci dövrdə isə cəmiyyətdə gedən proseslər ictimai mənafenin (ağılın) təsiri altında baş verir və tarix ictimai mənafenin şəxsi mənafeyə nisbətinin artması istiqamətində inkişaf edir.

İnsanların düşüncə tərzinin və dünyagörüşünün, kamillik əmsalının və ictimai mənafenin qorunmasına münasibətinin öyrənilməsini təmin edən metodların həyata keçirilməsini bu işin başlanğıcı hesab etmək olar. Bu sahədə professorun irəli sürdüyü elmi konsepsiya ictmai elmlər sahəsində yeni fikirlər, ideyalar irəli sürməyə, inkişafın zəruri və kafi şərtlərini müəyyənləşdirməyə imkan verir.

Təklif edilən yeni konsepsiya nəinki təkcə elm və təhsil sahəsində biliyin yeni metodla qiymətləndirilməsini təmin edən elmi konsepsiyadır, həm də cəmiyyətin yeni üsullarla idarə edilməsini və “yaxşıların yaxşısı”nı seçməyə imkan verən yeni qeyri-xətti qiymətləndirmə nəzəriyyəsidir. Bu, dəyişən dəyərlərin optimal qiymətləndirilməsidir.

Professor Ş. Əsgərovun yeni elmi nəzəriyyəsi kompleks elmi araşdırmalar tələb edən, yeni elmi istiqamətlərin yaranmasını stimullaşdıran elmi konsepsiyadır.

Aparılan araşdırmaların nəticələri göstərir ki, Azərbaycan cəmiyyətində ictimai mənafenin şəxsi mənafeyə nisbəti arzu olunan səviyyədə deyildir. Burada hələlik detallarına varmadan qeyd edək ki, ictimai mənafenin qorunmasına cəmiyyətin münasibətini dəyişmək üçün ciddi elmi-sosioloji araşdırmalara və həm də onların nəticələrinin tətbiqini təmin etməyə ehtiyac yaranmışdır. Bu sahədə Professor Ş. Əsgərovun təklif etdiyi dəyərlərin yeni qiymətlənndirmə metodologiyası elm və biliyin inkişaf etdirilməsi üsulu ilə kamil düşüncəyə və mütləq biliyə aparan ən optimal konsepsiyadır.

Sonda qeyd edək ki, bəzi sahələrdə baş verən neqativ halların səbəbi kimi fikir adamları (ziyalılar) tez-tez intuitiv olaraq şəxsi mənafenin üstünlüyünü qeyd edirlər. Bu duyuma riyazi don biçmək üçün kamillik əmsalı K böyük əhəmiyyət kəsb edir./moderator.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”