Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman İsrafil Şahverdiyevin anım tədbiri keçiriləcək


Tarix:14-01-2016, 21:37 Kateqoriya:Manşet / Qəhrəmanlar / Gündəm

Milli Qəhrəman İsrafil Şahverdiyevin anım tədbiri keçiriləcək Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçiriləcək.

Anım tədbirinin II Fəxri Xiyabanda yanvarın 15-də, saat 11:30-da keçirilməsi planlaşdırılır.

Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının birgə təşəbbüsü ilə keçiriləcək.

* * *

İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur 1959-1969cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır.1971-1974 cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Ailəli idi, üç övladı qalıb.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il19 sentiyabrdan 17 noyabra qədər Hocazqayasıvə Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir.

6 yanvar 1994 -cü ildə Füzili rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil puleymyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.

II Fəxri Xiyabanda dəfn edilibdir.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.

Allah rəhmət eləsin

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"