Qarabag Media
Haqqımızda Əlaqə

Məşhur tarixçi Dilavər Əzimli Fazil Mustafaya dərs keçdi


Tarix:4-10-2015, 03:27 Kateqoriya:Manşet / Gündəm

Fazil Nystafa Məşhur tarixçi, ictimai xadim Dilavər Əzimli Millət Vəkili tərəfindən səsləndirilən haqsız ifadələrə görə sosial şəbəkədə öz fikirlərini bölüşüb. Həmin fikirləri olduğu kimi təqdim edirik:

"Mənim tələbələrimdən olmuş, böyük hörmət bəslədiyim Nazim müəllim indi mənimlə birgə AMEA A.Bakııxanov adına Tarix İnstitutunda mənimlə birgə çalışır. O, bizim mətbuat xidmətinin rəhbəridir. Bu günlərdə Fazil Mustafaya təxminən belə yazıb ki, siz bizim Tarix İnstitununa münasibətdə niyə bu qədər qəzəblisiniz.Fazil bəy cavab verib ki, sizin İnstitutu Dilavər kimi adamlar təmsil edir. Ona görə.... Hətta etikadan kənara çıxıb familyamı da yazmayıb. Təbii ki, bu cür münasibət hər bir insanın səviyyəsini göstərir. Mən onun səviyyəsinə enmək istəmirəm. Buna lüzum da yoxdur. Sadəcə olaraq, o, yenə də Məhəmməd Əmin Rəsulzadəni ortaya atır və yazır ki, tarixə münasibətdə mən ona söykənirəm. Sonra tarixi qeyri elm sayır, üstünlüyü fəlsəfəyə verir. Buna cavab verməmək olmur. Əvvala, bu şəxs özü məni dostluqdan çıxarıb. Buna hətta sevinirəm də.... Amma mən onun adını tutmadığı halda, bu cür səviyyəsizlik etməyə dəyərmi? Həm də "millət vəkili", "hüquqşünas" bir adam..... bir də hərəkatda bir yerdə mübarizə apardığımız bir şəxs....İlk olaraq deyim ki, bu cür insanların Məhəmməd Əmin Rəsulzadə adından danışmağa mənəvi haqları yoxdur. Məhəmməd Əmin Rəsulzadə ən ağır çətinliklər qarşısında belə sınmadı. Fazil bəy, yaxşı xatırlayar ki, onu müdafiə etməyə qoymurdular. Bir dəfə ondan bunun səbəbini soruşdum. Dedi ki, Məmmədəli Hüseynov (Allah rəhmət eləsin) sənədlərimə imza atmır, çünki müxaiifət düşərgəsindəyəm. Çox keçmədi ki, müdafiə etdi, partiya da yaratdı, "millət vəkili" də seçildi. indi də namizəddir və yenə də "təyinatını" alacaqdır. Mən isə həmən adamam. Fazil bəy, mənim həyat tərzim sizin həyat tərzinizdən çox fərqlənir və bunula da fəxr edirəm. Siz tarixçi deyilsiniz. Filosof da deyilsiniz.

Siz hüquqşünassınız və bildiyim qədər əlaçı tələbə idiniz. Elə ona görə də Əbülfəz Elçibəyin prezidentliyi dövründə hüquq müşaviri idiniz. Fəlsəfə İnstitutunun direktoru deyildiniz. Mən isə tarix fakültəsini, aspiranturanı əla qiymətlərlə başa vurdum. Sizdən fərqli olaraq öz sahəmlə məşğulam və hüquqdan danışmıram. Buna görə də tarixə ciddi elm kimi baxmırsınız. Çünki tarixçi deyilsiniz. Tarix ən ciddi elmdir. Tarix həm də nəticədir. Onu siz bilməzsiniz. Bunun üçün gərək tarixin sirlərinə bələd olasan. Qaldı ki, Məhəmməd Əmin Rəsulzadəyə, onu mənim qədər sevə bilməzsiniz. Əzizim Məhəmməd Əmin Rəsulzadə zamanında Azərbaycan tarixi bu səviyyədə deyildi. Onun Babək haqqında fikirləri üç dənə ərəb mənbəsinə əsaslanırdı. Onlardan ikisi Babəkə nifrət ruhunda yazılıbdır. Biri bir qədər loyaldır. O zaman da Məhəmməd Əmin Rəsulzadə bunlardan bəhrələnmişdi. Əzizim tarix ona görə yenidən yazılmır ki, hansısa hadisələr baş verir.

Tarix ona görə yenidən yazılır ki, yeni nəzəriyyələr yaranır. Bu gün biz tariximizi "türkmərkəzçilik" xəttindən öyrənirik. Həmin mənbələrə yenidən baxırıq. Biz Babəki Şah Xətaiyini bu millətin pasportu sayırıq. O zaman Məhəmməd Əmin Rəsulzadə ona təriqətçilik baxımından yanşırdı. Çünki dövrün yazılan tarixi bizim tarix deyildi. Şah Xətayi düzgün təqdim edilmirdi. Bu gün zaman ayrı zamandır. Tarix o zamanların tarixi deyildir. Böyük Məhəmməd Əminin adndan istifadə etməyin. Qaldı ki, mənim necə tarixçi olmağımı yoxlamaq istəyirsinizsə, sizi həftənin tək günləri BDU-nun tarix fakültəsinə dəvət edirəm. Mən tələbələrə "Qədim Şərq tarixi" və "Antik tarix"dən mühazirələr oxuyuram. Başqa bir Universitetdə "Azərbaycan tarixi"ndən mühazirələr oxuyuram. Gəlin siz də iştirak edin və bir şey öyrənin. Məni sizin tarixçi kimi qəbul etməyinizə ehtiyacım yoxdur. Məni dünyanın bir çox ölkələrində qiymətləndirirlər. İngilis, fars, gürcü, rus, alman dillərində məqalələrim çıxıbdır. Dünyanın ən mötəbər tarixçilərinin təmsil olunduğu SİEPO-nun üzvüyəm. "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" beynəlxalq türik qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisiyəm. Məni tarixçi kim tanımaq istəyirsinizə, BDU-ya. AMEA Tarix İnstitutuna gəlin. Orada sizi başa salarlar. . Sonda bir daha sağ olun! Söz deyəndə bir az keçmişi yada salıb, ədəbli olun!"/birlik.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı