Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilər 3 dövlətə ərazi iddiası edir


Tarix:11-01-2016, 23:37 Kateqoriya:Manşet / Tarix

Ermənilər 3 dövlətə ərazi iddiası edir

Rusiyada ermənilər 16 mart 1921-ci ildə imzalanmış Rusiya-Türkiyə müqaviləsinin denonsasiyası (ləğvi) üçün kampaniya başlayaraq, artıq mindən çox imza toplayıblar. Petisiyanın müəllifi Rostov-Dondan olan erməni Hamlet Qriqoryandır.

“Bu müqavilə daşıdığı siyasi yükə görə sovet dövründə və ondan sonra politoloqlar, tarixçilər tərəfindən ən az müzakirə edilən sənədlərdən biri olub. Halbuki, sənəd erməni və Rusiya maraqlarından baxanda Brest müqaviləsi, Cənubi Kuril adaları məsələsi, emosional yanaşılsa, hətta Alyaska və Krım mövzusu ilə müqayisə oluna bilər”,- deyə petisiyada bildirilir.

Daha sonra qeyd olunur ki, 1921-ci ilin 16 martında Moskvada Rus-Türk müqaviləsi imzalanıb: “Bu müqavilə ilə Ermənistanın 3 vilayəti Türkiyə və Azərbaycanın xeyrinə əlindən alınıb. Həmin ilin payızında Moskva müqaviləsinin əsasında Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında Qars müqaviləsi imzalanır. Bu, Moskva müqaviləsinin qısaldılıb, redaktə olunmuş variantı idi. Müqaviləyə görə, Batum vilayəti Ermənistandan alınaraq, Gürcüstana, Qars, Surmalin və Ararat Türkiyəyə, Naxçıvan isə Azərbaycana verilir. Beləliklə, Ermənistanın hesabına Türkiyə, Azərbaycan və Gürcüstanın ərazisi böyüdülür”.

Tarixi həqiqətlərin təhrifi bununla bitmir. Petisiyada daha sonra qeyd olunur ki, Moskva müqaviləsinin Naxçıvanla bağlı üçüncü maddəsi “Üçüncü tərəfə verilmək hüququ olmadan” sözlərilə bitir və bu zaman “üçüncü tərəf” deyərkən İran nəzərdə tutulur. Lakin Qars müqaviləsində artıq bu ifadə yoxdur.

“1921-ci ilin payızında İran Güney Qafqazda Azərbaycan adlı dövlətin yaranmasından qıcıqlandığını gizlətmirdi. Çünki bu dövlət İranın eyniadlı türkdilli vilayətilə birləşməyə və onu sovet dövlətinin xeyrinə İrandan qoparmağa iddialı idi. İndiyə qədər də İranda bu ölkəni `Azərbaycan` adlandırmaq istəmirlər”,- daha sonra petisiyada qeyd olunub.

Bu petisiya faktik olaraq 3 dövlətə - Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiası irəli sürmək deməkdir. Bəs əslində tarixi həqiqət necədir?

Moskva müqaviləsində (Müqavilənin mətnini, məsələn, BURADAN oxumaq olar) deyilir ki, Türkiyə Batumun və ona yaxın ərazilərin üzərində Gürcüstana süzerenitetini tanıyır (II maddə); Naxçıvana gəlincə, bildirilir ki, orada “Azərbaycanın protektoratlığı altında avtonom ərazi yaradılır, bir şərtlə ki, Azərbaycan bu protektoratlığı üçüncü dövlətə güzəştə getməyəcək” (III maddə).

1921-ci ilin 13 oktyabrında imzalanmış Qars müqaviləsinin isə V maddəsində yazılıb: “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayətində bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır”. 6-cı maddədə Türkiyənin Batum şəhəri və limanı, Batum dairəsinin bir hissəsi üzərindəki suverenliyini Gürcüstana güzəştə getməsi şərti göstərilir.

Amma həmin ərazilərin BU MÜQAVİLƏLƏRƏ qədər Ermənistana məxsus olduğu fikri haradan çıxarıldı?

Tarixçi Vasif Qafarov AzVision.az-a bildirib ki, 1920-ci ilə qədər bu ərazilər Osmanlı imperiyasının tərkibində olub: “Qars 1918-ci ilin Brest-Litovsk müqaviləsinə əsasən Türkiyəyə verilib. 1918-ci ilin oktyabrında imzalanan Mudros sazişinə görə, türk qoşunları bölgədən çıxarılıb. Əvəzində Qars, Ərdahan, Batum ərazilərində Araz-Türk Respublikası yaradılıb. Naxçıvan da bu respublikanın tərkibinə daxil olunub. Yəni, bu ərazilər müqavilədən əvvəl və müqavilə dövründə Ermənistana məxsus olmayıb. Ümumiyyətlə Ermənistan yarandığı gündən bəri Qars, Ərdahan, Batum, Naxçıvan bu ölkənin tərkibində olmayıb. Bu ölkənin tərkibində olmayan bir ərazinin necə ondan alıb başqa dövlətə verə bilərlər? Bu, ermənilərin boş iddialarıdır ki, həmin ərazilər Ermənistanın olub. Əslində həmin ərazilər Ermənistanın iddia etdiyi ərazilərdir, tərkibində olan yox”.

Bəs ümumiyyətlə, petisiya yolu ilə hansısa müqavilənin ləğvini tələb etmək nə deməkdir? Hüquqi cəhətdən belə bir şey mümkün ola bilərmi?
Beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mirzəyev saytımıza açıqlamasında vurğulayıb ki, bunlar ermənilərin boş iddialardır: “Bu müqaviləni denonsasiya etmək mümkün deyil. Beynəlxalq müqavilələrin bağlanması haqqında Vyana Konvensiyası var. Orada qeyd olunur ki, fundamental şərtlər dəyişsə belə, ərazi və sərhədlər haqqında müqavilələr öz qüvvəsini itirməməlidir. Müqavilə o zaman ləğv oluna bilər ki, onu imzalayan tərəflər ləğvinə razılıq versinlər. Aydındır ki, Türkiyə bu müqavilənin ləğvinə heç bir zaman razılıq verməyəcək. Ona görə, mümkün olan bir hal deyil”.

Tariyel Həsənov
Elvin Abdulqədirov










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”