Qarabag Media
Haqqımızda Əlaqə

Milli qəhrəmanlar Muxtar Qasımovun və Eldar Məmmədovun doğum günüdür


Tarix:10-01-2016, 11:42 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli qəhrəmanlar Muxtar Qasımovun və Eldar Məmmədovun doğum günüdürVətən uğrunda şəhid olmaq böyük şərəfdir. Vətənin bir hissəsi olan Qarabağ üçün canını fəda edənlər hər kəsin ucala bilməyəcəyi bir zirvəyə, şəhidlik zirvəsinə ucaldılar. Onlar bu qanlı döyüşlərdə şəhid olmaqla sübut etdilər ki, Vətən uğrunda canını qurban vermək müqəddəs bir əməldir.

Bu gün belə qəhrəman oğullarımızdan ikisinin, Azərbaycanın Milli Qəhrəmanları Muxtar Qasımov və Eldar Məmmədovun doğum günüdür.

Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. Qasımovlar ailəsi 1963-cü ildə doğma ata-baba yurdu olan Ağdam şəhərinə qayıdır. O, 1964-cü ildə atasının işlədiyi 5 saylı orta məktəbə qədəm basır. Sakit, təmkinli xasiyyəti ilə yoldaşlarından seçilən Muxtar 1974-cü ildə təhsili əla qiymətlərlə başa vurur. O, həkimlik peşəsini çox sevirdi. Kamil həkim olmaq üçün bütün fənləri mükəmməl öyrənir. Elə bu arzuyla sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna (red-indiki Azərbaycan Dövlət Tibb Universiteti) verir. Lakin həmin ili məktəbə daxil ola bilməsə də bu uğursuzluq onu əsla ruhdan salmadı. Bir müddət Ağdam Konserv zavodunda, sonra isə Tikinti-quraşdırma idarəsində əmək fəaliyyətinə başladı. Növbəti ildə isə o, Tibb İnistitutunun müalicə-profilatika fakultəsinə daxil olur.

1981-ci ildə Universiteti bitirdikdən sonra Qasımov Muxtar Cahid oğlu təyinatla Dağlıq Qarabağa yolladılar. O, Xankəndindəki Təcili Yardım stansiyasında fəaliyyətə başladı. 1988-ci ildə erməni yaraqlılarının Azərbaycan torpaqlarına hücumu başlayanda o, iş yerini Ağdam şəhər mərkəzi xəstəxanasına dəyişməyə məcbur olur. Bir müddət reanimasiya şöbəsində həkim, sonra isə hərbi xəstəxanada baş ordinator vəzifəsində çalışır. Bu illər ərzində Muxtar Qasımov bacarıqlı və təcrübəli həkim kimi yüzlərlə yaralı əsgərimizin sağalıb yenidən cəbhəyə qayıtmasında əlindən gələni əsirgəmir. Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayır. 1992-ci ilin mart ayında Ağdamda yaradılan hərbi hospitalda işə başlayır. İyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə hərbi həkim kimi öz blik və bacarığını bir daha nümayiş etdirir. Lakin amansız ölüm ömrünü yarıda qırdı. O, 16 iyun 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu.
Ailəli idi.

Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı Şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Məmmədov Eldar Harun oğlu 10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu ilə də o, 1982-85-ci illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur. Sonra hərbi biliyini artırmaq üçün 1985-1989-cu illərdə Riqadakı Qırmızıbayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir.

Gənc leytenant E.Məmmədov, erməni işğalçıları Azərbaycana hücuma başlayanda, raport yazaraq Vətənə qayıdır. O, yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Özünü bacarıqlı və peşəkar zabit kimi göstərdiyinə görə ona baş leytenant rütbəsi verilir. O, 1993-cü ildə Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olur. Ağdərədə mərdliklə vuruşan E.Məmmədov Mehmanə kəndinin müdafiəsi zamanı düşmənə ağır zərbələr vurmuşdur. 1993-cü il fevral ayının 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində də cəsur döyüşçü düşmənə ağır zərbələr endirmişdir. Həmin gün azğınlaşmış erməni quldurları bu yüksəkliyi ələ keçirmək üçün güclü hücuma keçdilər. Eldar yüksək döyüş bacarığı göstərərək, düşmən hücumlarının qarşısını ala bildi. Ancaq çox keçmədi ki, düşmən qüvvə toplayaraq yüksəkliyi almaq üçün yenidən hücuma keçdi. Baş leytenant vəziyyəti düzgün qiymətləndirərək, düşmənin istiqamətini özünə cəlb etdi. Ağır yaralı olmasına baxmayaraq, erməni quldurlarının əsas qüvvələrimizin arxasına keçməsinə imkan vermədi. Bu qeyri-bərabər döyüşdə Eldar Məmmədov əsl igidlik nümunəsi göstərərək, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Bu onun son döyüşü idi. O, son damla qanına qədər vuruşaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ramil CƏBRAYIL










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar