Qarabag Media
Haqqımızda Əlaqə

"Onlar məni öldürmək üçün cəngəlliyin dərinliyinə apardılar" - FOTO


Tarix:9-01-2016, 23:05 Kateqoriya:Manşet / Hadisə

"Onlar məni öldürmək üçün cəngəlliyin dərinliyinə apardılar" - FOTOAzərbaycanlı velosipedçi, "Azadlıq üçün pedalla" devizi altında dünya turuna çıxmış Yaşar Xudiyev Afrika turu zamanı Cənubi Sudanda vəhşicəsinə döyülüb.

Karabakhmedia.az lent.az-a istinadən bildirir ki, dekabrın 28-də Cənubi Sudandan Keniyaya keçmək istəyən velospiedçi sərhədə 50 kilometr qalmış naməlum şəxslərin hücumuna məruz qalıb. Həmyerlimiz baş verənləri belə xatırlayır:

"Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar, ölümcül döydülər və başıma ən azı on daş zərbəsi vurdular. Başımı qan içində görüb öldüyümü sandılar... Bir gün sonra növbəti gün səhər yarı huşsuz, ac və başı qanlı yabanı giləmeyvələrdən yeyərək, çirkli sudan içərək sağ qaldım. Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı. Mənim qəhrəmanlarım, 2 gənc həkim köməkçiləri Simon və Felix o dəqiqə cərrahiyyə otağına apardılar.

Yaralarımı yudular, başıma 10 tikiş qoydular. O vaxtdan bəri hospitaldayam. Həmin gündən Güney Sudan dövlətinin, özəlliklə Kapoeta qəsəbəsinin sakinləri qayğımı çəkirlər. İnsanlar pul gətirirlər. Məktəbli qızlar belə bir hadisənin baş verdiyini eşidəndə mənə toyuq ətiylə kartof qızartması, makaronla ət gətirirdilər. Həkimlərim Simon və Feliks mənim otağımda yatırdılar və yaxşıca qayğıma qalırdılar. Məni küçədə görəndə kədərimi ağrılarımı paylaşırdılar, sanki, onların başına gəlib. Mən necə sevməyim Afrikanı, hə?"

Yaşar Xudiyev bildirib ki, baş vermiş hadisə nəticəsində sol qolu qırılıb, bel sümüyündə çatlar əmələ gəlib, sağ qulağı isə yaxşı eşitmir. Ancaq bununla yanaşı səyyah özünü yaxşı hiss edir

"Gəzirəm, gülürəm danışıram. Hər şey yaxşı olacaq. Ancaq təəssüf hissiylə deyirəm ki, dostlar, velogəzintim sona çatdı. İndi sənədsiz, kağızssız əvvəlkindən daha azadam".

Karabakhmedia.az












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ