Qarabag Media
Haqqımızda Əlaqə

Zahid Oruc: “Qarabağda müharibə başlaya bilər”


Tarix:9-01-2016, 22:47 Kateqoriya:Manşet / Qarabağ

Zahid Oruc: “Qarabağda müharibə başlaya bilər”Qarabağ prosesi tamamilə hərbi qüvvələrin nəzarətinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, 2016-cı il Qarabağ prosesi üçün uğurlu sayıla bilməz:

“Faktiki olaraq Bern görüşü uğursuz oldu. Çünki həmsədrlərin danışıqlar prosesi təşkil etmək niyyəti Azərbaycan prezidenti tərəfindən inandırıcı dəlillərlə müşayiət olunmadı. 2014-cü ildə Kerrinin təşəbbüsü ilə Uelsdə NATO zirvəsi zamanı da iki dövlət rəhbəri görüş üçün dilə tutulmuşdu. Sonrasında belə bir rəy yayıldı ki, Rusiyanın Qarabağ prosesindən kənarlaşdırılması üçün Qərb real planlara malikdir və Fransa Amerika ilə birgə yeni sülh sazişinin imzalanması üçün tərəfləri dialoqa cəlb edəcək. Əslində belə də oldu və oktyabrın 17-də Parisdə görüş keçirildi. Görüş işçi sənədin ortaya çıxması ilə nəticələndi. Həmsədrlərin epizodik səfərlərini nəzərə almasaq, 2015-ci il Qarabağ siyasi danışıqları üçün itirilmiş sayıla bilər”.

Millət vəkili hesab edir ki, Bern danışıqları silahlı savaşın qarşısını kəsməyi qarşısına qoysa da, bu, baş vermədi:

“Bern görüşü yeni bir sənəddən daha çox, artilleriya qüvvələri, tank və daha uzaq məsafəli sistemlərin Qarabağda yerləşməsinin yol aça biləcəyi təhlükələr və müharibəninolmaması üçün tərəflərin inandırılması kimi başa düşülürdü. Azərbaycan tərəfinin məsələ ilə bağlı açıqlaması sübut etdi ki, nə tanklar, nədə toplar bölgədən çıxarılacaq və cəbhə xəttində ATƏT-in Minsk Qrupunun səsindən daha çox intensiv pozulan atəş səsləri gələcək. Yəni artıq Qarabağ prosesi tamamilə hərbi qüvvələrin əlinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər. Bunu cəmiyyətdəki mövqelər, o cümlədən, müdafiə qüvvələrinin hazırlıq səviyyəsi də sübut edir”.

Z. Oruc Minskdə gözlənilən görüşlə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Rusiyanın Qərblə konfrontasiyası qətiyyən azalmayıb. İkincisi, Avropa dairələri Rusiya əleyhinətətbiq olunmuş sanksiyalarının nəticə verdiyini düşünüb, Qafqaza daha böyük bir qüvvə ilə hücum etməkdədirlər. Üçüncüsü, İran iqtisadi və diplomatik revanş götürmək üçün Avropa ilə münasibətlərini bərpa edərək Qafqaza bu və ya digər şəkildə müdaxiləsini həyata keçirməyə çalışacaq. Belə olan təqdirdə Qarabağ nizamlanması sadəcə prezidentlərin danışığı ilə mümkün olacaqmı? Yəni Qarabağ prosesi bilavasitə hərbi qüvvələrin diqtəsi altındadır və ATƏT artıqbuna müdaxilə edə bilmir”.

Deputatın sözlərinə görə, bundan sonra böyük toqquşmaları Qərb diplomatlarının siyasi bəyanatları ilə dayandırmaq mümkün olmayacaq:

“Regional vəziyyətin dəyişməsi fonunda cəbhə xəttində də yeni bir şərait görə biləcəyik. Prezidentlərin danışıqlarının intensivliyi haqqında fikir söyləmək çox çətin olsa da, hər halda,Azərbaycan tərəfi danışıqlara əvvəlkindən daha az maraqlıdır. Çünki sonuncuproses imitasiya xarakteri daşımamalı idi. Qarabağla bağlı vəziyyət hər keçən gün daha geriyə aparılır və biz bu ağırlığı yenidən qaldırmaq məcburiyyətində qalırıq. Ona görə də 2016-cı il Dağlıq Qarabağ üçün uğurlu sayıla bilməz”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı