Qarabag Media
Haqqımızda Əlaqə

Vallah, bu kişi öpüşünün heç dadı - tamı da olmur


Tarix:9-01-2016, 12:23 Kateqoriya:Manşet / Yazarlar

Vallah, bu kişi öpüşünün heç dadı - tamı da olmurBu gün Cavid parkında beş kişi ilə öpüşmüşəm. Heç ürəyimcə olmayıb. Vallah, bu kişi öpüşünün heç dadı - tamı da olmur. Yenə qadınla lap elə bacı - qardaş kimi öpüşəndə onun təravətini hiss edirsən, ətrinin qoxusunu duyursan. Amma bu kişi öpüşü...Özü də heç bir kişi özünü kənara çəkməsin, hamı öpüşür.

Biz də bu cəmiyyətin içindəyik, hamını gürürük, ətrafımızda baş verən hadisələri müşahidə edirik. Milli Məclisdə iş günü öpüşməklə başlayır, deputatlar paltolarını asılqana verirlər, sonra da saxta təbəssümlə biri - birilərini öpürlər. İcra hakimiyyətlərində, nazirliklərdə bir qədər fərqlidir, məmurlar adi işçilərin özlərini öpmələrini məqbul saymırlar. Yox, bu təşkilatlarda öpüşmək qadağan deyil, adi işçilər biri - birini, hətta müavinləri, şöbə müdirlərini öpə bilərlər, amma rəhbər özünü onlara tay eləmək istəmir. Elə ki, nazirlərin, icra başçılarının yanına bir deputat, bir tanınmış iş adamı, bir general, lap elə xalq şairi, xalq yazıçısı gəldi, əvvəlcə, marçamarç, sonra çay dəstgahı...

Mən köhnə kişilərdənəm, cavanlığım qədim Şamaxıda keçib. O vaxtkı Şamaxı şairlərindən Qürbət Əzizlə, Fikrət Sadıqla, Güləli Rəsulla, Etibar Etibarlı ilə, Tahir Taisoğlu ilə, Oqtay Şamillə, Nadir Mərzəngəli ilə, Tahir Ələkbərli ilə, Əmir Rüstəmoğlu ilə...hər gün görüşürdük və... heç vaxt öpüşmürdük. Rəsul Rza, Qabil, Musa Yaqub, Tofiq Bayram, Məsud Əlioğlu, Abbas Zamanov, Səyavuş Sərxanlı tez - tez Şamaxıya gəlir, bizimlə görüşür və...heç zaman öpüşmürdülər. İndi Yazıçılar Birliyinin qarşısında dayanıb müşahidə aparın, görəcəksiniz ki, cavanlı - qocalı bütün kişi yazıçılar bir - birilə öpüşür...

Bazarda da belədir, dükanda da belədir. Toyda da belədir, yasda da belədir...
Yenə bizdə yaxşıdır, Türkiyədə bir kişi qarşısına çıxan o biri kişinin həm bu üzündən öpür, həm də o biri üzündən. Məni narahat edən başqa məsələdir, yəqin sosial şəbəkələrdə İrandakı ayətullaların ağız - ağıza öpüşdüyünü çox görmüsünüz. Vay o gündən ki, kişi öpüşünün bu növü də Azərbaycanda dəb düşə...

Məzahir Süleymanzadə,
tanınmış jurnalist










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO