Qarabag Media
Haqqımızda Əlaqə

160-dan çox xarici şirkət Qarabağa investisiya yatırıb


Tarix:8-01-2016, 09:02 Kateqoriya:Manşet / Qarabağ

160-dan çox xarici şirkət Qarabağa investisiya yatırıb

Ermənistan KİV-lərində qondarma rejimin "iqtisadiyyat naziri" Andranik Xaçatryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağa investisiya yatıran şirkətlərin sayının 160-dan çox olduğunu açıqlayıb. Onun sözlərinə görə, əvvəllər xarici investorlar bazara yeni şirkətlərin təsisçiləri qismində daxil olurdularsa, son zamanlar birgə müəssisələrin sayının artırılması tendensiyası müşahidə olunur. Xarici investisiyalar artıq fəaliyyət göstərən yerli firmaların genişləndirilməsi prosesinə cəlb olunur.

Erməni mətbuatının məlumatına görə, orta hesabla cəlb olunan investisiyaların həcmi, ümumi investisiyaların həcminin təxminən 10 faizini təşkil edir.

Ümumi nəzər salsaq, görərik ki, Dağlıq Qarabağda fəaliyyət göstərən əcnəbi firmalar əsasən Çexiya, Kanada, Fransa, Livan və ABŞ şirkətləridir.

Onların sırasında ABŞ-ın “Grant Thornton International”, “Yerkir Tour Corporation”, “Minasian Corporation”, “Artsakh Gorg ltd”, “Stepanakert Bread Factory Corporation”, Böyük Britaniyanın “MİKA” LTD, İranın “Sasun Corporation”, Rusiyanın “Oil Cracking Corporation”, Avstraliyanın “Australia Nairi” LTD kimi şirkətlər var.

Xatırladaq ki, bir neçə gün əvvəl, dekabrın 26-da qanunsuz fəaliiyət göstərən bu kimi şirkətlərdən olan «Beyz Metals» (Base Metals) şirkətinin “Vallex Qrupu” işğal altından olan Ağdərədə filizsaflaşdırma zavodu inşa edib.

Bəzi hallarda xarici şirkətlər, xarici olduqlarını gizlətmək üşün yerli şirkətləri birgə əməkdaşlığa cəlb edir, birgə müəssisə kimi qeydiyyatdan keçirlər.

Qeyd edək ki, beynəlxalq birlik tərəfindən Dağlıq Qaqrabağ Azərbaycanın ərazisi kimi tanınır. Dağlıq Qarabağda fəaliyyət göstərən sözügedən xarici şirkətlər, eləcə də həmin şirkətlərin aid olduğu dövlətlər də bunu belə bilir.

Beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidir.

Buna görə də Azərbaycan beynəlxalq hüququn ona verdiyi səlahiyyətlərdən istifadə edərək, Dağlıq Qarabağda yaradılmış hər hansı hüquqi şəxs və ora səfər edən xarici ölkə vətəndaşları ilə bağlı tələb irəli sürə bilər.

Hüquqşünas Fərhad Mehdiyev bildirdi ki, bu problem diplomatik üsullarla həll olunmalıdır:

“Hər bir dövlət istənilən digər dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bu beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu məqamda Azərbaycan həmin şirkətlərlə bağlı aşağıdakı qərarları qəbul etməlidir:

1. Azərbaycan Respublikası bu şirkətləri müəyyən etməlidir;
2. Həmin şirkətlərin aid olduğu dövlətlərə rəsmi qaydada müraciət edilməlidir;
3. Aidiyyatı dövlətlərdən həmin şirkətlərlə bağlı tədbir görmələri tələb edilməlidir;
4. Əldə etdikləri qazanclara görə Azərbaycan Respublikasına vergi ödəmələri barədə xəbərdarlıq həmin şirkətlərə edilməlidir.


Bir sözlə, problem diplomatik üsullarla həll oluna bilər. Yəni, Azərbaycan bu məsələni həmin şirkətin aid olduğu dövlətlə həll etməlidir. Əgər həmin dövlət Azərbaycanın müraciətini nəzərə almayıb öz şirkəti ilə bağlı qərar qəbul etməzsə, Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətsizlik etmiş olar”.

Ümumiyyətlə, beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi hərbi cinayət kimi tövsif oluna bilər.

Bu arada, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı sorğuya cavab olaraq bildirib ki, “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların da gündəliyinə salınır və müvafiq dövlətlər qarşısında bu məsələ qaldırılır.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə bağlı Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesinlə bağlı cinayət işi başlanıb. Eyni zamanda Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açılıb və zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir./femida.az/

Ceyhun Əhmədli










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı