Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi


Tarix:6-01-2016, 23:58 Kateqoriya:Manşet / Tarix

Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi1978-ci il iyunun 30-da respublikanın bütün qəzetlərində dərc edilən bir məlumat bütün ölkədə heyrətlə qarşılanmışdı. «Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general – leytenant Arif Nəzər oğlu Heydərov xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur!» Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Sonda cinayətkar özünə də atəş açaraq hadisə yerində keçinmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd.

İstintaqın gedişində məlum olub ki, Şuşa həbsxanasının zabiti Ziya Muradovun şəxsi evi olmadığından ailəsi ilə qala bilməyib. İş yerini dəyişmək istəməsi ilə bağlı dəfələrlə verdiyi ərizələr cavabsız qalıb. İki dəfə nazirin qəbulunda olub. Nazirin çıxardığı qərarların heç biri icra edilməyib. Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı:

«Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş. Məmmədquluyevə, kadrlar üzrə inspektor F. Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir».

ON BIR İL SONRA

«Kommunist» qəzetinin 1989-cu il fevral sayında on bir il əvvəl baş vermiş cinayətin görünməyən tərəflərinə aydınlıq gətirilib. Qəzet iddia edir ki, əslində əsl cinayəti güllə açan deyil, Ziya Muradovu süründürməçiliklə cana yığanlar törədib. Lakin ortada məhz vəzifə mənafeləri olduğundan cinayət işi ədalətli araşdırılmayıb. Məqalədən sitat:

«Hadisələrin bu cür inkişafı nazir müavininin havadarlarının uzaqgörənliklə hazırladıqları planları – ilk növbədə onu yaxın gələcəkdə daha yaxşı vəzifəyə irəli çəkmək planlarını poza bilərdi. Buna isə yol vermək olmazdı. Söz-söhbətin yatması, emosiyaların soyuması üçün vaxtı uzatmaq lazım idi. Belə də etdilər. Doğrudur, cinayət işi 1979-cu ilin iyununda təzədən prokurorluğa qaytarıldı. Lakin çox keçmədi ki, işi Moskva tələb etdi və noyabrın axırlarında qatil Z. Muradov öldüyünə görə xətm olundu».

Qəzetdə həmçinin bildirilir ki, cinayətkarın ölümlə hədələdiyi Ş. Məmmədquluyev qətldən bir il sonra 1979-cu ilin mayında «yaşının çox olması», şöbənin inspektoru mayor F. Əfəndiyev isə həmin ilin yanvarında «xəstəliyinə» görə azad edilmişdir.

Məqalədə qətlin arxasında nazirlikdəki rüşvətxorluq, yerlibazlığın dayandığı göstərilir.

1985-Cİ İL PLENUMU

Arif Heydərovun öldürüldüyü tarix durğunluq dövrünə düşürdü. Qəzet yazır ki, Sovet İKP MK – nın 1985-ci il aprel plenumunu «susdurulanlar» qədər alqışlayan və gözləyən yox idi.

«Azərbaycan KP MK-nın keçən ilin axırlarında keçirilmiş plenumu hüquq mühafizə orqanlarının həmin illərdəki fəaliyyətini, xüsusilə də kadrların seçilməsində və yerləşdirilməsində yol verilmiş ciddi pozuntuları bolşevik pozuntuları ilə qiymətləndirdi».

O cümlədən məqalədə hadisədən bir il sonra yəni 1979-cu ilin may ayında keçirilmiş Azərbaycan SSR Daxili İşlər Nazirliyi rəhbər işçilərinin respublika müşavirəsi belə xatırlanır:

«Sovet İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H. Əliyev həmin müşavirədə böyük nitq söylədi: «Kadr işini, nazirliyin bütün fəaliyyətini daha da təkmilləşdirmək üçün görülməli olan başlıca iş partiya, dövlət intizamını və əsgəri intizamı daim möhkəmləndirməkdən ibarətdir: gerçəkliyə bəzək-düzək vurulmasına, əsl vəziyyəti ört-basdır etmək meyllərinə qarşı hər vasitə ilə mübarizə aparmaq, sovet milisi əməkdaşı kimi yüksək adı ləkələyən faktların və hərəkətlərin kökünü qətiyyətlə kəsmək lazımdır».

Müəllifin yuxarıda yazılanlara münasibətini belə bildirib:

«Kəskin deyilmişdir?! «Toxunulmaz zümrənin» siyasətindən xəbəri olmayanlar o vaxt sadəlövhlüklə elə düşünürdülər ki, bu iradlar ən çox nazirliyin kadrlarla məşğul olmuş vəzifəli şəxslərinə, birinci növbədə isə nazir müavininə aiddir və... Axı müşavirədə çıxış edənlərin əksəriyyəti də daxili işlər orqanlarının fəaliyyətinin günün tələblərinə cavab vermədiyindən danışmış və göstərmişdi ki, bu kadrlar idarəsinin yarıtmaz işinin nəticəsidir...

Amma kadrlar üzrə müavinə nəinki «gözün üstə qaşın var» dedilər, əksinə, daha yüksək vəzifəyə - Azərbaycan KP MK inzibati orqanlar şöbəsinin müdirliyinə irəli çəkdilər».

Məqalənin müəllifi «Kommunist» qəzetinin müxbiri Rüsvat Bayramov idi.

«Kommunist», 1989 fevral.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı