Qarabag Media
Haqqımızda Əlaqə

Kolumb niyə türklərdən kömək istəmişdi?


Tarix:5-01-2016, 13:08 Kateqoriya:Manşet / Tarix

Kolumb niyə türklərdən kömək istəmişdi?Coğrafiya və xəritə mütəxəssisi, türk dənizçi Piri Rəisin 1513-cü ildə hazırladığı və Afrika, Amerika, həmçinin, Cənub qütbünü göstərən xəritə 1929-cu ildə üzə çıxdığı zaman böyük səs-küyə səbəb olub. Çünki Cənub qütbünün kəşfi xəritənin hazırlanmasından əsrlərlə sonra, 1818-ci ildə həyata keçib.

Karabakhmedia.az xəbər verir ki, Piri Rəisin xəritəsi qitənin buz altında qalmış hissəsini də göstərirdi. Qitə üzərindəki buzlar xəritənin hazırlanmasından 6 min il əvvəl əriyib.

Piri Rəis xəritəsi Amerika qitəsini göstərən ən qədim xəritələrdən biridir. Bu xəritə Avropa və Afrikanın qərb sahillərini və Cənubi Amerikanın şərq sahillərini göstərir. O, Xristofor Kolumba məxsus xəritə də daxil olmaqla, 20 mənbədən faydalanaraq öz xəritəsini hazırlayıb.

Bu xəritə Avropa və müsəlman dənizçilərinin coğrafi biliklərini özündə əks etdirən dəyərli tarixi sənəddir.

Piri Rəis 1528-ci ildə Amerikanı göstərən ikinci bir xəritə hazırlayır. Onun bu xəritəsi 1929-cu ildə Topqapı sarayının muzeyə çevrilməsi zamanı təsadüfən tapılıb. Piri Rəisin xəritəsinin ilk dünya xəritəsi olduğunu Paul Kahl bildirib. Kahl xəritə ilə bağlı araşdırmalarını 1931-ci ildə Şərq Elmləri Konqresinə təqdim edib. Xəritənin üzərindəki qeydləri Həsən Fəhmi latın hərflərinə çevirib.

Kolumb niyə türklərdən kömək istəmişdi?Türk Tarix Qurumu 1937-ci ildə “Piri Rəis xəritəsi” adlı kitabda xəritəni yayımlayıb. Xəritənin itmiş parçalarının axtarışı zamanı Topqapı sarayının müdiri Tahsin Öz tərəfindən dünya xəritəsi adlandırılan başqa bir Piri Rəis xəritəsi tapılıb.

Qeyd edək ki, araşdırmalar Хristоfоr Kоlumbun Amеrikanın varlığını da türk dənizçilərindən öyrəndiyini göstərir. Оsmanlı türklərindən yardım istəyən Kоlumb Piri Rəisin əmisi Kamal Rəisdən müsbət cavab alaraq onun хidmətçisi Rоdriqоnu özünə köməkçi götürüb. Rоdriqо müəyyən səbəblərdən adını dəyişdirmiş türk dənizçisi idi. Kоlumb səyahətə çıхarkən ilk dəfə qurunu görən də Rоdriqо оlub. Хristоfоr Kоlumb isə Hindistana çatdıqlarını güman еdib./Axar.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov