Qarabag Media
Haqqımızda Əlaqə

Amerikalı ravvin erməniləri ifşa etdi


Tarix:3-10-2015, 10:44 Kateqoriya:Manşet / Araşdırma

Amerikalı ravvin erməniləri ifşa etdi İsrailin Birləşmiş Ştatlarda populyar olan “The Times of Israel” qəzetində amerikalı ravvin İzrail Barukun “Nifrəti və tolerantlığın yoxluğunu necə dəf etməli...Mən sionist əclaf deyiləm” sərlövhəli məqaləsi dərc olunub. Müəllif məqalədə erməni oxucularının ittihamlarına cavab verir və erməni hərbçilərinin Azərbaycandakı cinayətlərinin təfsilatını açıqlayır.

İ.Baruk yazır ki, əvvəlki məqaləsində o, özünü “İrak Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın (İŞİD) silahlıları tərəfindən Suriyanın mədəni irsinin amansızcasına məhv edilməsinin, habelə ermənilərin Azərbaycana qarşı törətdikləri “mədəni” və etnik təmizləmənin təfərrüatını təqdim edib. Onun yazdıqları beynəlxalq hüquq müdafiə təşkilatlarının və dünya birliyini təmsil edən təşkilatların, o cümlədən BMT-nin faktlarına əsaslanıb. Məqalə təkcə antisemit şərhlərlə müşayiət olunan şiddətli təhqir atəşinə tutulmayıb, həm də təhdidlərlə qarşılanıb. Ravvin yazır: “Sionist əclaf” sözlərinə rast gəldiyimə görə bu şərhlərin ardını oxumadım”.

Müəllif daha sonra yazır ki, o, bu şərhlərdə təkcə xüsusi maraqları olan, qərəzkar mövqedən çıxış edən və ermənilərin vəhşiliklərindən xəbərsiz olan müəyyən qrupların mütəşəkkil səylərini deyil, həm də qatı antisemitizmin olduğunu gördüm. Bu da öz növbəsində harmoniya, tolerantlıq və ümidin alqışlandığı və aşılandığı Azərbaycan və İsrail kimi ölkələrə yəhudi icmasının dəstəyinin əhəmiyyətini nümayiş etdirən əlavə faktları ortaya qoymağa sövq edir”.

Sonra müəllif 1990-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni işğalçıları tərəfindən qanunsuz işğal olunmasından, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünya birliyi tərəfindən pislənməsinə baxmayaraq, bu işğalın bu günədək davam etməsindən yazır. İ.Baruk erməni işğalçılarının Azərbaycanın dinc sakinlərinə qarşı vəhşiliklərindən də söz açır.

Ravvin Azərbaycanda, xüsusən də, yəhudilərə münasibətdə qədim tolerantlıq ənənələrindən danışır. Bu, Ermənistan kimi ölkələrdə antisemitizmin hökmranlıq etdiyi indiki vaxtda daha aydın görünür. Müəllif vurğulayır ki, Antidiffamasiya Liqasının 2014-cü il üçün məruzəsində Ermənistan ikinci ən qatı antisemit ölkə kimi göstərilib.

Sonda İ.Baruk Ermənistan rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətləri etiraf etməyə çağıraraq yazır: “Azərbaycan tərəqqinin və sülhün bərpasını dayandırmağa çalışan qüvvələrə qarşı mübarizəsində dəstəklənməyə layiqdir”. (Azərtac)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”