Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri


Tarix:3-10-2015, 08:39 Kateqoriya:Manşet / Tarix

Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri Qədim Alban dövlətinin tarixi ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən – Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edir. Bu torpaqlar isə ən çox müasir Azərbaycanın ərazisini əhatə edir. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Makedoniyalı İsgəndərin sağlığı dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir.

Alban dövləti, eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Azərbaycanın indiki Qəbələ, sonra isə Bərdə şəhərləri olub. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olublar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də, subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də, erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar.


Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti, mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub. Sonralar əhalisinin bir hissəsi islam dinini qəbul etsə də bu amil, alban-xristian ideologiyasının və onların milli-mədəni dəyərlərinin ləğv edilərək sıradan çıxmasına səbəb olmamış, əksinə islamçılıq Azərbaycanda alban tarix və mədəniyyət abidələrinin, eləcə də tayfa ənənələrinin qorunub saxlanması və mühafizə edilməsi üçün hər bir müsəlmanın üzərinə ciddi məsuliyyət və öhdəlik qoymuşdur. Azərbaycanlıların əcdadlarından biri olan albanlar, eyni bir ərazidə formalaşmış və özlərinə məxsus zəngin və təkrarolunmaz mədəniyyət qurublar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyin sədri Faiq İsmayılov bildirib ki, məhz bu baxımdan Azərbaycanın qədim və orta əsrlər tarixinin və mədəniyyətinin tədqiq edilməsində, öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir. Bəlkə də bu səbəbdən görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”. Albanlar hal-hazırda Azərbaycanda yaşayan udinlərin, avarların, xınalıqlıların, və digər tayfaların əcdadları idi.

Alban tarixçisi Moisey Kalankatlının “Alban tarixi” əsərində Albaniyanın şimal – qərbində bir əyalət Xeni adlandırılır. Azərbaycanın Quba rayonunda yerləşən Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir, lakin xınalıqlıların ulu əcdadları V əsrə aid bir mənbədə albanlarda bir tayfanın adı kimi qeyd etdiyi qat tayfasıdır, xınalıqlılar özlərinə indi də kət deyirlər. Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlamışdır. Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı. Hamıya məlumdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Çünki albanlar 313-cü ildə xristianlığı qəbul edəndən 270 il sonra bu dini ermənilər qəbul edib. Bu, akademik Ziya Bünyadovun araşdırmalarında da öz əksini tapır. O, dəlillərlə sübut edir ki, ermənilər həqiqətən 583-cü ildə Qriqorinin başçılığı altında xristianlığı qəbul ediblər. Ermənilər apostol deyillər. Alban dövrü abidələrinin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatıb. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Azərbaycanın Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatıb. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. Albaniya çarı III Vaçaqanın ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aluen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almışdır. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilib. VII əsrin ortalarına yaxın ölkədə 30-dan artıq monastr olub. Azərbaycanın Qax rayonunun Qum kəndindəki xristian məbədi memarlıq-konstruktiv həllinə görə mütəxəssislərin diqqətini cəlb edən sənət əsəridir. Ləkit kəndində yerləşən məbəddə arxaik inşaat üslubu ilə tikilmişdir. Bu məbədlərin hər ikisinin V-VI əsrlərə aid olması ehtimal edilir. Məşhur Avey məbədi Azərbaycanın Qazax rayonunun ərazisində yüksək Avey dağının zirvəsində yerləşir. Ondan bir qədər aşağıda yerləşən Şişqaya məbədi və digər süni mağara məbədlər kompleksi tədqiqatçı alimlər C.Rüstəmov və F.Muradovanın fikrincə, antik dövrə və xristianlığın yayılmağa başladığı ilk əsrlərə aid alban məbədləridir. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində də Alban memarlığınının IV- XVI əsrlərə aid nümunələri bizim dövrə qədər gəlib çatıb. Buna misal olaraq Azərbaycanın Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı, Azərbaycanın Qubadlı rayonundakı Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi, Azərbaycanın Xocalı rayonunda Xansıx və Xacmac məbədləri, Azərbaycanın Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd, Qərbi Azərbaycanda Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Azərbaycanın Ağdərə rayonundakı müqəddəs Yelisey monastr kompleksidir. Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı, Qoşavəng məbədi, Dədəvəng məbədləri Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələridir. Azərbaycanın Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Uzun illə Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl Alban abidələrinin sayı 25 idi və ermənilər işğaldan sonra onların üzərindəki yazıları və tarixləri dəyişiblər. Bu kilsələrin üzərindəki albanlara məxsus xaç da dəyişdirilib, erməni kilsəsindəki xaç formasına salınıb. Abidələrin mühafizə edilməsinə nəzarət işləri, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin və beynəlxalq hüququn yaratdığı şərait çərçivəsində, beynəlxalq qurumların gündəlik vəzifələrinə çevrilib. Bu cür qanunsuz hərəkətlər beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir./KarabakhİNFO.com/

Fuad Hüseynzadə










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı