Qarabag Media
Haqqımızda Əlaqə

Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO


Tarix:1-01-2016, 10:53 Baxış Sayı:4057 Kateqoriya:Manşet / Araşdırma / Bölgə Özəlliyi

Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTOQarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı" xovlu xalçalarının toxunuşunda işlənən hər bir detal, element, motiv, ornament və ya fiqur ayrı-ayrılıqda mütləq bir rəmzi məna daşıyır. İndiyə qədər çox az tədqiq olunmuş "Qsımuşağı xalçaları"nda toxunmuş zəngin naxışlar bir qəbilənin tarixini, milli kimliyini, mədəniyyətini, inanclarını, mistik təsəvvürlərini müxtəlif damğalar və cizgilərin dili ilə keçmişdən bu günə yetirən bitkin, mənalı bir dekorativ-tətbiqi incəsənət əsəridir.

"Qasımuşağı xalçaları"nda digər motiv və naxışlarla yanaşı qadınların istifadə etdikləri məişət əşyaları da simvollara çevrilərək xalçalara köçürülmüşdür. Öz qızıldan qiymətli barmaqları ilə ilmələrdən xalça toxuyan Təkə-Türkman qadını əlavə etdiyi məişət əşyalarını olduqca möhtəşəm klassik incəsənət əsərinə çevirmişdir. Növbəti yazımda bu növ naxışlardan birinin üzərində Qasımuşağı tayfasının üzvləri və onlarla mənbənin köməyi ilə bir az araşdırma aparmağa çalışdım. Bu yalnız "Qasımuşağı" xalçalarına məxsus hesab edilən "ərsin" (bir çox mənbələrdə və Qasımuşağı obasının xalçaçıları tərəfindən "hərsin") adlandırılan naxış elementidir.

Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO

"Qasımuşağı" xalçalarının orta sahəsində yerləşən əsas medalyonun hər iki başlığına yüksək zövqlə toxunmuş və paylaşmaq, bölüşmək rəmzi olan "ərsin" adlanan bu ornament olduqca gözəl, tərtibata uyğun şəkildə toxunmuşdur. Əsasən göy yerliyi olan "ərsin" adlanan bu ornamentin üzərində işlənmiş naxış olduqca çox maraqlı quruluşa malikdir. Həm etnik, həm də tayfa mənsubiyyətinin göstəricisi olan bu damğa işarəsi müasir dövrümüzə gəlib çatan qədim xalça naxışlarından biridir. Quruluşuna diqqətlə nəzər saldıqda naxış nəfis şəkildə toxunmuş iki elementdən ibarətdir. Bu elementlərdən biri "ərsin"in üzərində ki, naxışın aşağı hissəsində olan əsasən "ay" (bu gün daha çox"aypara" kimi tanıyırıq), bəzən dominantlığı bildirən "yay" (silah), digər mənbələrdə isə "açılmış qartal qanadları" anlamını ifadə edən Tanrı nişanıdır. Əski Şumer simvolizmində isə "gəmi", "qayıq" yozumunu verirdi. Qeyd etmək lazımdır ki, onun yaranışı islamaqədərki dövrlərə təsadüf etmiş, islamın yaranmasından sonra isə islamı bildirmişdir.

"Kitabi-Dədə Qorqud" dastanında Ay xaqan və Ay xan adlarından istifadə edilmişdir. Digər xalqlarda "Ay" qadın kimi təsvir edilsədə türklərə görə "Ay" həm qadın, həm də kişi cinsinə məxsus müqəddəs bir varlıqdır. Qeyd edə ki, Boz oxlardan olan Ay xanın dörd oğlu olmuşdur.

Bu növ damğa elementinə təkcə Qasımuşağı xalçalarında deyil, digər xalçalarda, həmçinin digər xalça məmulatlarında, hətta keçə (qəlib) və zərgərlik məmulatında da tez-tez rast gəlinir. Bir çox türkdilli xalqların bayraqlarında mövcud olmuş və mövcudur. XVI əsr Polşa-Litva tatarlarının döyüş bayrağında, çoxmillətli və çoxdinli Türk dövləti olan Osmanlı dövlətinin təməlini qoymuş Kayı xanlığının, Məmlük sultanlığının, Krım xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin bayraqları üzərində ki, "Aypara" təsvirləri də mahiyyət etibarilə eyni məna anlamındadır.
Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO

Qeyd edim ki, naxışın ikinci hissəsi, "aypara"nın tən ortasından ucalan ikinci bir damğa çox böyük incəliklə nəfis şəkildə ilmələrə köçürülmüşdür. Əbülqazi Bahadur xan Xivəlinin (1605-1663) "Şəcəreyi-Tərakimə" əsərində təsvir edilən Oğuzların Salur boyunun damğası "Qasımuşağı xalçaları"nda olan damğanın təsviri ilə üst-üstə düşür. Xalçanın çeşnisini qədim el sənətinin biliciləri olan Oğuzların Salur boyunun Təkə-Türmənlərindən olan Qasımuşağı tayfasının qadınları hazırladıqları üçün bu damğanın burada işlənməsi heç də təsadüf deyildir.

Bu damğanın ikinci seqmenti olan Salur boyunun damğası "Kitabi-Dədə Qorqud" eposunda uca, hündür və ağac mənasını ifadə edən "Qaba Ağac"ı ("Dirilik ağacı"ı) simvolik səciyyə daşıyır. KDQ-də III, IV, X boylarında adı daha çox işlənən və birbaşa insana həm də kişi cinsinə aid edilən "Qaba Ağac" əksər boyların sonunda "Kölgəlicə Qaba Ağacın kəsilməsin" alqış-duası ilə oğuzlara dirilik dilənmişdir. Semantik mənalarına görə, bu damğanın üç qolu Tenqrinin üç stixiyaya – Suya, Torpağa və Havaya, həmçinin üç məkana – Göyə, Orta Dünyaya və qaranlıq Ruhlar Dünyasına olan hökmü yozumunu bildirir.
Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO

Azərbaycan xalça ornamentlərində islamdan əvvəlki dövrdə, istər də islamdan sonrakı dövrlərdə Göytürk hərfləri ilə damğa təsvirlərinin paralel istifadəsi əski türk əlifbasının aktuallığını qoruyub saxlamışdır. "Qasımuşağı xalçaları"nda olan Salur boyunun damğası Göytürk yazılı abidələrində "iç", "daxil" sözlərini ifadə etmək üçün işlədilmişdir.

Bu növ damğalara türklərin məskunlaşdıqları müxtəlif areallarda Qərbi Azərbaycanın Göyçə qayaüstü təsvirləri, Kosovanın Qora vilayəti, Restelitsa kəndi yaxınlığındakı qayaüstü təsvirləri, Adıgey Respublikasının Maxoşkuşxa məntəqəsindəki çay daşları üzərində qədim türk işarələri içərisində bu növ dirilik ağacı işarələrə rast gəlinir.

Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar ki, xalçadakı "ərsin"in üzərində toxunmuş bu damğa fiquru bütövlükdə obanın, oymağın, boyun, nəslin, tayfanın, ailənin və hər bir fərdin Tanrı mühafizəsində, Dirilik Ağacının nəzarətində olduğu yozumunu anladır. Bu növ damğa motivlərinə bir neçə variantda müxtəlif tarixi mənbələrdə rast gəlinir. Ön və Mərkəzi Asiyada, Şimali Qafqazda, Sibirdə, Krımda və Şərqi Avropada rast gəlinən qədim və orta əsr türk damğaları arasında bu növ damğaların müxtəlif variantlarına təsadüf edilir.

Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO

Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO

Qasımuşağı tikmə və xalçalarında "hərsin" elementi - FOTO


Sultan HÜMBƏTOV




loading...




SON XƏBƏRLƏR
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
Nigeriyada yaşayan azərbaycanlı xanım Afrikanın ən varlı adamına Azərbaycandan danışdı
İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO
Soornbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib
Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”
Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir