Qarabag Media
Haqqımızda Əlaqə

Dağların Çiçək qızı...


Tarix:1-01-2016, 10:01 Kateqoriya:Manşet / Yazarlar

Dağların Çiçək qızı...O, dağların çiçək qızıdır. Üzündəki təbəssümlə boynubükük bənövşəyə bənzəyir. Gözlərindəki həsrət qəlbinin dərinliyindən, lap dərinliyindən süzülüb gəlir. Cəmiləni tanımaq istəsən, onun yazılarını oxu. Sətirlər, misralar arxasında gizlənən, haray çəkən dərdə bax, Allah!

İçərisində Kəlbəcər boyda, Azərbaycan boyda dərd gəzdirən bu əsmər bənizli qızın qəlbində, ruhunda bir üsyan yatır. Onun Bəhmən Vətənoğlunun vaxtsız vəfatından təsirlənərək yazdığı “Get-gedə azalır kəlbəcərlilər” rədifli qoşmasından bu bənddəki misralara fikir verin:

Sazın kökdən düşüb, sözün havasız,
Giley mənasızdır, dərdin davasız.
Bu necə vətən ki, yurdsuz, yuvasız
Hər yerdə qonaqdır, kəlbəcərlilər


Cəmilənin şeirlərindəki dərdə, kədərə bükülmüş gözəlliyi görəndə tikanlı məftillər arxasından dərdli-dərdli axıb gedən Araz və bir də “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” misraları yadıma düşür.

Cəmilə Çiçək həssas, duyğulu bir yazıçı-publisistdir. Təbiətində utan¬caqlıqla yanaşı bir üsyankarlıq var. Haqsızlığa dözümü yoxdur. Qayğıkeş, mehriban, canıyanandır. Həssaslığı, doğmalığı, kövrəkliyi ana təbiətdən gəlir. Anasının xatirəsini əziz tutaraq onun adını adıyla qoşalaşdırıb: Cəmilə Çiçək. Bu imzada bir ana-bala, vətən doğmalığı, istiliyi var.

Ana dərdi, Vətən dərdi,
Çəkəmməz hər yetən dərdi.
Əlim göylərə minbərdi,
Köksümdə nə ahlar, ana...


Cəmilə Çiçək 2007-ci ildə “Möcüzə yaradan əllər” jurnalının redaktoru, “Milli Zəka” beynəlxalq elmi, ictimai-siyası, hüquqi jurnalının təsisçisi və baş redaktorudur. Onun Kəlbəcərin, Qarabağın ağrı-acılarıyla bağlı və qüdrətli ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından bəhs edən milli-mənafe və dövlətçilik mövqeyində dəyərli kitabları; “Kəlbəcərin saz qalası”, “Arı çiçəyə gəlib...”, “Sən dağlardan ayrılmadın”, “Sazımız ağlayır dağlar başında” elmi-publisistik kitablarını son dövrün hadisəsi də adlandırmaq olar. Tədqiqatçının “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” adlı (beşinci kitabında) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu – peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verlir. Özünün dediyinə görə bu dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür.

Kitablarda ustad aşıq haqda oxucuların bilmədiyi nə qədər maraqlı epizod var. Aşıq Şəmşir yaradıcılığına olduqca həssaslıqla yanaşan Cəmilə Çiçək Kəlbəcər mühitini, Aşıq Şəmşiri yetirən torpağın gözəlliyini kövrək sətirlərlə qələmə almışdır.

Vətəndə, sən! Qərib olan bizik, biz,
Tüstülənib alışmayan közük biz.
Gözləməkdən nuru itən gözük biz,
Qəlbi dağlı bu çağında dağların.


Cəmilə AMEA Folklor İnstitutunun doktorantıdır.
“Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları”,
“Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi”,
“Haqq aşiqliyi”,
“Yeni yaranan məhəbbət dastanları”,
“Obrazlar sistemi”,
“Yeni məhəbbət dastanlarının bəzi poetik üslub xüsusiyyətləri”,
“Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili” və başqa (rus, ingilis, türk dilində) yeni işıq üzü görmüş elmi məqalələrin müəllifİdir.

Cəmilənin fədakarlığını bir də onda görürəm ki, lap cavan yaşlarında dünyadan vaxtsız köçmüş anasından sonra bu yeddi yaşlı körpə qızcığaz özündən balaca bacı-qardaşlarına ana əvəzi olmuş, bir gözü ağlayıb, bir gözü gülmüşdür. Cəmilə bacı-qardaşlarını oxutmuş, onlara arxa, dayaq olmuş, əsl Azərbaycan qızı olduğunu sübut etmişdir. Respublikamızın ən qabaqcıl mətbuat orqanlarında bir-birindən maraqlı yazılarla çıxış edən Cəmilə Çiçəyin imzasını görənlər o yazıları maraqla oxuyurlar.

O hələ tələbəlik dövrünün ilk günündən AYB və AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. “Ədalət”, “Respublika” qəzetlərində çalışan, “525-ci qəzet”, “Kəlbəcər harayı”, “Təhsil” jurnalı, “Ədəbiyyat qəzeti”, “Vətən səsi”, “Kaspi”, “Bütöv Azərbaycan”, “Türküstan” və başqa qəzetlərdə rəngarəng yazılarla çıxış edən gənc yazıçı-publisist Cəmilə Çiçəyin böyük uğurları hələ öndədir.

Onun kövrək şeirləri, üsyankar, yanıqlı, vətən həsrətli publisistik yazıları, elmi məqalələri, bir-birindən gözəl monumental kitabları mənə ümid verir ki, deyim: əzizim Cəmilə, sən doğru yoldasan. Yaz, yarat, oxucularını, səni sevənləri sevindir. Səsin uca zirvələrdən gəlsin. Kəlbəcərin zərif çiçək qızı, sənə o dağların gözəlliyini, təravətini, kövrəkliyini qoruyub saxlamağı arzu edirəm. Qoy sənə yazdığım bu yazı da məndən sənə, o dağlara əmanət olsun.

Şərafət DAĞISTANLI
Nəğməkar şair,
“Qızıl qələm” mükafatı laureatı.










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"