Qarabag Media
Haqqımızda Əlaqə

Oqtay Əsədov deputata hirsləndi: “Bilin ki, harada çıxış edirsiniz”


Tarix:30-12-2015, 01:03 Kateqoriya:Manşet / Siyasət

Oqtay Əsədov deputata hirsləndi: “Bilin ki, harada çıxış edirsiniz”Milli Məclisin bugünkü iclasında deputat Aytən Mustafayeva təhsil problemlərindən danışıb. Karabakhmedia.az saytı xəbər verir ki, deputatın sözlərinə görə, bəzi kənd yerlərində, o cümlədən Bakının Nardaran qəsəbəsində uşaqlar 10-11 yaşından sonra məktəbə getmirlər.

“Uşaqlarımız təhsildən yayınırlar. Həm də Nardaran hadisələri göstərdi ki, təhsilə ciddi fikir verməmək nələrə gətirib çıxarır. Tək təhsildə yox, uşaqların asudə vaxtında da ciddi problemlər yaşanır.

Onlar avara qalırlar. Azərbaycanda bu qədər idman kompleksləri tikilib. Amma orada uşaqların iştirakı sıfır dərəcəsindədir. Fikir versək, Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boylu olurlar. Amma bizim əsgərliyə gedən gənclərimzə baxsaq, onlar uşaq kimi görünürlər, cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?”.

Millət vəkilinin çıxışı spiker Oqtay Əsədovu özündən çıxarıb.

“Siz elə danışırsınız ki, guya Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxı. edəndə bilin ki, harada çıxış edirsiniz. Eyni zamanda idmançıların boyundan danışdınız. Bizim idmançılarımız mötəbər yarışlarda çıxış edirlər, uğur qazanırlar. Xahiş edirəm ki, çıxışlarınızda belə məsələlərə diqqət edin.”(modern.az)

Aytən ZƏHRA










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"