Qarabag Media
Haqqımızda Əlaqə

Ermənistanda ara qarışdı, xəsarət alanlar var


Tarix:30-12-2015, 00:50 Kateqoriya:Manşet / Dünya

 Ermənistanda ara qarışdı, xəsarət alanlar varErmənistanda etiraz aksiyası keçirilib. Yaralılar var.

Karabakhmedia.az-ın məlumatına görə, Ermənistanın Azadlıq meydanında "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Nəticədə bir nəfər bıçaqlanıb. Onu dərhal xəstəxanaya aparıblar.

"Ayağa qalx, Ermənistan" oturaq aksiya təşəbbüsü qrupunun üzvü Qarik Eqiazaryan bu barədə mətbuata məlumat verib. Onun sözlərinə əsasən, etirazçılarla polislər arasında olan anlaşılmazlıq "Yeni Ermənistan" plakatı üstündə olub.

Spendiaryan adına Milli akademik opera və balet teatrının əməkdaşları aksiya iştirakçılarına 4 saat ərzində teatrın binasında olan "Yeni Ermənistan" plakatını çıxarmağı tapşırıblar. Əvvəlcə piket iştirakçıları buna razılıq versələr də, sonradan yenidən binaya plakatı asmaq istəyiblər. Lakin bu dəfə onlara polis icazə verməyib və iki tərəf arasında qarşıdurma yaşanıb.
"Hadisə nəticəsində mənim babam da boyun nahiyəsindən xəsarət alıb. Ona tibbi yardım göstərdim və o, evə getdi", - deyə iştirakçı Qarik Eqiazaryan danışıb.

Qarikin sözlərinə görə, onlar plakatı müvəqqəti çıxarmışdılar, daha sonra teatrın əməkdaşları binanın tarixi-mədəniyyət abidəsi olduğunu əsas gətirərək plakatı taxmağa icazə verməyiblər.

"Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin tərəfdarları tələb edirlər ki, Ermənistanda keçirilmiş seçkilərin nəticələrinin düzgün olmadığı elan olunsun.

Ermənistanda parlament seçkiləri bu ayın 7-də baş tutub. Məlumata görə, seçkilərdə seçicilərin 62,33%-i iştirak edib.
Nəticələrə görə, Ermənistan vətəndaşları prezidentli respublika idarəetmə formasından imtina edərək parlament idarə üsuluna keçib. İslahatda nəzərdə tutulur ki, prezidenti parlamentdə seçəcəklər və onun səlahiyyət müddəti beş ildən yeddi ilədək olacaq, lakin dövlət başçısı postunu tutan şəxs yalnız bir dəfə seçilə bilər.

Bu seçkilərdən sonra Ermənistanda dəfələrlə etiraz aksiyaları keçirilib.



Karabakhmedia.az










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA