Qarabag Media
Haqqımızda Əlaqə

Parlamentdə devalvasiya MÜZAKİRƏLƏRİ


Tarix:29-12-2015, 21:53 Kateqoriya:Manşet / Siyasət

Parlamentdə devalvasiya MÜZAKİRƏLƏRİ Milli Məclisin bu gün keçirilən iclasında manatın devalvasiyası barədə müzakirələr başlayıb. Millət vəkilləri müxtəlif təkliflər səsləndirib.

Millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: “Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə, əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu istiqamətdə Prezident İlham Əliyevin hökumətə ciddi tapşırıqları var: “Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.

x x x

Milli Məclisin deputatı Zahid Oruc isə lazımsız dövlət komitə və agentliklərinin ləğv olunmasını təklif edib. O qeyd edib ki, hökumət bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalıdır və lazımsız olanları ləğv etməlidir: “Bu artıq məmur yüküdür”.

Z.Oruc bildirib ki, manata təzyiqin qarşısını almaq üçün inhisarçlığa son qoyulmalı və şəfafflıq daha da artırılmalıdır.(Hafta.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"