Qarabag Media
Haqqımızda Əlaqə

Cahangir Hacıyevi himayə edənlər kimlərdir?


Tarix:29-12-2015, 11:28 Kateqoriya:Manşet / Gündəm

Cahangir Hacıyevi himayə edənlər kimlərdir?Deputat Zahid Orucun “Yeni Müsavat” qəzetinə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı açıqladığı ilginc faktlar ictimaiyyətdə geniş müzakirəyə səbəb oldu.

Z.Oruc bildirib ki, Cahangir Hacıyevi himayə edənlər, danışdıranlar var və Kürdəxanı siyasi oyun mərkəzinə çevrilməkdə davam edir. O həmçinin təklif irəli sürərək bildirib ki, Respublika Prokurorluğu və məhkəmə orqanları hazırda istintaqı aparılan böyük maliyyə cinayətlərinin və talan edilmiş dövlət vəsaitlərinin geri qaytarılmasını şəffaf qaydada, hamının gözü qarşısında həyat keçirməlidir.

Məsələ ilə bağlı musavat.com-a deputat Fazil Mustafa da öz münasibətini bildirib. O söyləyib ki, hər şeyi məhkəmə prosesi ortaya çıxaracaq: “Məhkəmə proseslərinin isə açıq şəkildə keçirilməsi yaxşı olar. Cəmiyyət nə baş verdiyini daha dəqiq formada öyrənər. Ümumiyyətlə, məhkəmə prosesləri açıq keçirilir. Hər bir vətəndaşın informasiya almaq hüququ təmin edilməlidir. Bununla bağlı informasiya almaq haqqında qanun da qəbul etmişik. İnternet vasitəsi ilə hər bir vətəndaş məhkəmə prosesini izləyə bilər. Bununla da vətəndaşlar qəbul edilən qərarın nə dərəcədə obyektiv olub-olmamasına əmin olarlar”.

F.Mustafa qeyd edib ki, dövlətin kifayət qədər nüfuzlu bir bankının rəhbərliyində olmuş şəxsin müstəqil düşüncəyə sahib adam olması şübhə doğurmamalıdır: “Hesab edirəm ki, məhkəmə prosesi çox şeyə aydınlıq gətirəcək. İndidən kimin nə gühanının olduğunu söyləməkdə çətindir. Ciddi araşdırmalardan sonra məsələyə münasibət bildirmək olar”.

Z.Orucun fikirlərinə, musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli də öz münasibətini bildirib. O söyləyib ki, “MTN işi”, xüsusilə də Beynəlxalq Bankda olan dələduzluq olayları ilin ən dəhşətli hadisələrindən biridir: “Bu məsələ kiminsə cibindən beş manat çıxarmağa bənzəmir. Bu, Azərbaycan xalqının cibindən milyardlarla pulun oğurlanması hadisəsidir. Xalq bilməlidir ki, onun pullarını oğurlayan şəxslər üçün istintaq tədbirləri necə aparılır və bütün gizlinlər nə dərəcədə açılır. Hesab edirəm ki, cəmiyyətimizdə hər kəs bu məsələ ətrafında düşünür ki, həmin şəxslər öz cəzalarını necə alacaqlar. Son günlər isə vəziyyət daha kritikdir. İnsanlar düşünürlər ki, devalvasiya hadisəsi də məhz bu cür xalqın pulunu talayan şəxslərin hesabına baş verib. Bu nöqteyi-nəzərdən, Zahid Orucun fikirləri ilə tam razıyam. Sağolsun ki, məsələlərin üzərinə bu cür prinsipiallıqla gedir”.

Cahangir Hacıyevi himayə edənlər barəsində isə Q.Hüseynli aşağıdakıları söyləyib: “Cahangir Hacıyevin müdafiəsinə can atanlar var. Eləcə də “MTN işi” ilə bağlı loyal mövqe tutmağa çalışanlar da yox deyil. Hakimiyyətin içərisində “MTN işi” ilə əlaqədar fərqli mövqe tutanların olmasını məsələnin içərisinə çox daxil olmadan, kənardan da müşahidə etmək mümkündür. Çünki hələ də Eldar Mahmudov azadlıqdadır və bu proseslə bağlı cəmiyyətə heç bir əsaslı bilgi verilmir. Budan başqa hələ də dövlətin mühüm dayağı olan təhlükəsizlik orqanının fəaliyyətinin əvvəlki səviyyəyə çatdırmaq üçün aparılan işlər lazımı həddə çatmayıb. Bu baxımdan dövlətçiliyimizə və xalqımızın maddi rifahına güclü zərbə vuran adamların hər biri ciddi məsuliyyətə cəlb edilməlidir. Bu məsələ həssaslıqla araşdırılmalı, oğurlanan pulların hamısı geri qaytarılmalıdır”.

Q.Hüseynli bildirib ki, hadisənin mərkəzi obyekti kimi Kürdəxanı İstintaq Təcridxanasını qəbul etmir: “Hakimiyyət kuluarlarında bu cür hadisələr baş verə bilər. Bunun əks-sədası isə Kürdəxanıya çata bilər. Bu baxımdan sırf obyekt kimi Kürdəxanını götürmürəm. Daha çox hakimiyyət kuluarlarını nəzərə alsaq, bu daha dürüst obyekt olardı”.

Əli Rais










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB