Qarabag Media
Haqqımızda Əlaqə

Metrodan istifadə edənlərə bayram sürprizi


Tarix:28-12-2015, 20:15 Kateqoriya:Manşet / Gündəm

Metrodan istifadə edənlərə bayram sürpriziMetronun "Elmlər Akademiyası" stansiyasından istifadə edən sərnişinlərin qarşılaşdığı sıxlıq probleminə, nəhayət, son qoyulur.

Karabakhmedia.az-ın məlumatına görə, metronun bu stansiyasının uzun müddətdir inşasına başlanılan ikinci çıxışı bu gündən istifadəyə veriləcək. 4 yeni giriş-çıxış inşa olunan “Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının artıq istifadəyə tam hazır olduğu bildirilir.

Stansiyanın hər çıxışında müasir eskalatorlar quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələn çıxışlar həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq.
Metronun “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyasının birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasında sərnişin sıxlığının qarşısını almaqdır.

Ümumiyyətlə isə yaşanan tıxac problemini yada salsaq, yerüstü ictimai nəqliyyatla müqayisədə mənzil başına daha tez çatmaq üçün metrodan istifadə edənlərin sayı artmaqdadır. Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-noyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı ilə bağlı açıqlaması da bunu deməyə əsas verir. Belə ki, komitənin məlumatına görə, bu il metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 3,5 faiz artaraq 202 milyon nəfərə çatıb.

Dövlət orqanları, nazirliklər, eləcə də ali təhsil müəssisələrinin yaxınlığında yerləşdiyindən “Elmlər Akademiyası” stansiyasından istifadə edən sərnişinlərin sayı digər bir çox stansiyalarla müqayisədə kifayət qədər çoxdur. Odur ki, il ərzində əsasən iş günlərində stansiyanın giriş-çıxışlarında mütəmadi olaraq sıxlıq yaşanır. Bu baxımdan artıq 4 yeni giriş-çıxışın istifadəyə verilməsi sərnişinlər üçün əlverişli olacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB