Qarabag Media
Haqqımızda Əlaqə

Azıx mağarası - FOTOLAR


Tarix:28-12-2015, 08:52 Kateqoriya:Manşet / Abidələr

Azıx mağarası - FOTOLAR 1992-ci ildən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərinin tarixi, ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qanunsuz arxoloji qazıntılar aparılır, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək Ermənistana aparılır. Yerlərin-yurdların, su hövzələrinin çayların adları və toponimlər dəyişdirilərək erməniləşdirilir. İşğal altındakı bütün ərazilərdə kütləvi şəkildə müxtəlif üsullarla yonulmuş bədii daş nümunələri, eləcədə məhşur erməni terrorçularının adlarını əbədiləşdirən monumental komplekslər quraşdırılır. Azərbaycanlıların qovulduqları kənd, qəsəbə və şəhər xarabalıqlarında erməni kilsələri tikilir, xristianlığaqədər olan dövr və xristianlıq dövrü abidələrinin (Qafqaz Albaniyası dövrü abidələri) adları dəyişdirilərək erməni adları ilə əvəz olunur.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiş və ölkəyə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Ermənilər tərəfindən talanan, məhv edilən belə abidələrdən biri də dünyaşöhrətli Azıx mağarasıdır.
Azıx mağarası 1960-cı ildə yerli əhali tərəfindən qalın kolluqlar içərisində aşkar edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960 - 1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparılşdır.

Kür Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi YUNESKO-nun siyahısına düşüb. Lakin 1992-ci ildən Ermənistan Respublikasının işğalı altına düşən bu abidə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmişdir.

Hələ keçən əsrin ortalarında Azərbaycan alimləri tərəfindən aparılan arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq olunmuşdur.

I-II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları;

III təbəqədə aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları;

IV təbəqədən arxeoloji materiallar qeydə alınmamışdır;

V təbəqədə aparılan arxeoloji qazıntılar zamanı orta aşel;

VI təbəqədən qədim aşel;

VII-X təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı isə Quruçay mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılmışdı.

Bütün dünyanın diqqətini çəkən bu abidəni erməniləşdirmək üçün Ermənistan hökuməti bu abidədə arxeoloji qazıntıların aparılmasına qərar verdi. Əslində bu qərar siyasi xarakter daşıyırdı və dünyanın diqqətini Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq, işğal etdikləri bu ərazilərin ermənilərin olmasını sübut etmək üçün adi bir vasitə idi. Halbuki Azərbaycan arxeoloqlqrı, Azıx paleolit düşərgəsində aşkar etdikləri maddi-mədəniyyət nümunələrini 1981-ci il dekabrın 8-də Fransada Parisin İnsan müzeyində "Avorpanın ilk sakinləri" adlı sərgisində nümayiş etdirmişdilər.

Əslində Ermənistanın, işğal etdiyi Azərbaycan ərazilərində təşkil etdiyi arxeoloji qazıntılar, beynəlxalq hüquqa zidd olduğundan qeyri-qanuni əməl sayılmalıdır. Belə ki, BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqa zidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur.

Hal-hazırda bütün erməni mətbuatı Xocavand rayonunun Salakətin kandı arazisinda, dəniz səviyyəsindan 900 metr yüksaklikda yerləşən Azıx mağarasını erməni abidəsi kimi təbliğ edirlər. Erməni mətbuatı xəbər verir ki, 1999-cu ildən etibarən hər il Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititunun alimləri, bu düşərgədə başladıqları arxeoloji qazıntı işlərinə Böyük Britaniya, İspaniya, Niderland, İslandiya ölkələrinin alimlarini, Dağlıq Qarabağın erməni əhalisini, İrəvan Universitetlərinin tələbələrini də cəlb edirlər.

1992-ci ildə Ermənistan va rus ordu birləşmələri tərəfindən Dağlıq Qarabağın işğalı zamanı Ermənistan ordusu Azıx mağarasından hərbi silah-sursat anbarı kimi istifadə edirdilər. Azərbaycan ərazilərinin işğalını başa çatdıran Ermənistanın Müdafiə Nazirliyi 1999-cu ildə Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititutunun təhriki ilə mağaradan silah-sursatları boşaltdaraq İnsititun istifadəsinə verdilər. Öz növbəsində isə Ermənistanın Etnoqrafiya İnstitutu Azıx mağarasında qazıntı işlərinə başlamağa qəraq verdi.

Ermanilər bu qeyri-qanuni və qeyri-insani əməllərinə Rusiya, fransa və Amerika dövlətlərindən maliyyə dəstəyi ala bildilər. Bununlada Azarbaycanın tarixinə va mədəniyyatinə qarşı başlanan cinayət işi beynəlxalq dəstək qazandı.

Bu supergüclərin dəstəyi nəticəsində 2001-ci ildə Ermənistan Hökuməti Azıx mağarasındakı qazıntı işlərinə xarici ölkə alim və tədqiqatçılarını cəlb edə bildilər. Onlar hətta qazıntı işlərinə rəhbərliyi də xaqici ölkə vətəndaşlarına həvalə edirdilər. Belə ki, Azıx mağarasındakı arxeoloji qazıntı işlərinə birinci mərhələdə rəhbərliyi İspaniya vatandaşları İolant Fernandesə, sonra isə Patris Domintesə tapşırdılar . Sonrakı illərdə isə qazıntı işlərinə rəhbərliyi Britaniya vatandaşı erməni əsilli Tanya Kinq Ovanesyan, Ermanistan tərəfdən isə bu ilərin rəhbəri, Ermanistanın Arxeologiya və Etnoqrafiya İnsitutunun əməkdaşı Levon Episkoposyan təyin edildilər.

Bu kütləvi qazıntı işləri zamanı ermənilər yeddi girişdan ibarət olan bu düşərgənin, girişlərdən beşində qazıntı işləri apararaq, mağaranın içərisini müxtəlif alətlərlə 5-6 metr darinlikdə qazaraq torpaqdan təmizləmiş , tapdıqları heyvan sümüklarini , əmək, məişət və ov alətlarini, məişət əşyalarını və digər əşya va nümunələri Quruçayın sularında yuyaraq, kisələrə doldurub labaratoriya analizlərindən keçirmak üçün Ermanistana oradan da Londona göndərirlər.

Beləliklə qanunsuz olaraq Azərbaycan ərazisində aparılan qazıntılar zamanı əldə edilən tarix və mədəniyyət nümunələri bu yolla ölkadan çıxarılqraq mənimsənilir. Bunun da nəticəsində, Ermənistan tərəfindən Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur. Bunun da məsuliyyəti məhz Ermənistan hökumətinin üzərinə düşür. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, “beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər.”

Beynəlxalq hüquqa görə Ermənistanın Azıx mağarasında apardığı qazıntılar tamamilə qanunsuzdur və hüquqi nəticələr doğurur. Əslində Azərbaycan alimləri Azıx mağarasında qazıntı işlərini tamamilə başa çatdıra bilməsələrdə mühüm nəticələr əldə etmişdilər. Bu düşərgənin tədqiqatı ilə XX əsrin ortalarında M.M.Hüseynov, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, N.Ş.Şirinov, V.V.Veliçko, V.M.Hacıyev, S.D.Əliyev, M.B.Süleymanov və digər alimlər uzun illər məşğul olmuşdular.
Sovet dövründə Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları elmi tədqiqat işlərinə beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymət verilmişdi. Fransa, İtaliya, Almaniya, Rusiya, İspaniya, Gürcüstan və digər ölkələrin alimləri XXI əsrin əvvəllərinə qədər Bakıya gələrək, Azıxdan tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmuş və Azərbaycan alimlərinin tədqiqatlarına yüksək qiymət vermişdilər.

Azıx paleolit düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının tədqiqi hələ keçən əsrdən, beynəlxalq xarakter almışdır. Çünki həmin elmi tapıntılar bəşər sivilizasiyasının inkişaf tarixini öyrənmək üçün böyük elmi əhəmiyyət daşıyır. Məhz bunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan, Gürcüstan və Hollandiya alimləri beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamış və onun elmi tədqiqinə başlamışlar. Son 40 ildə Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsinin maddi mədəniyyət qalıqlarının elmi tədqiqinə həsr olunmuş 10-dan artıq monoqrafiyası və 200-dən çox elmi məqalələri çap etdiriblər.

Bütün bunlardan xəbərdar olan ermənilər mövcud həqiqətləri qulaq ardına vuraraq Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırılması işlərini davam etdirirlər. Mütəmadi olaraq erməni mətbuatında Dağlıq Qarabağın Azıx mağarası haqqında saxta həqiqətə uyğun olmayan məlumatlar yayılır. Erməni alimləri bildirirlər ki, guya Sovetlər dönəmində Azıx mağarasında azərbaycanlı paleontoloqlar qazıntı aparıblar. Dünyada hər kəsə məlumdur ki, arxeoloji düşərgələrdə yalnız arxeoloqlar qazıntı işləri aparır, paleontoloqlar isə yalnız qazıntı zamanı tapılmış maddi-mədəniyyət nümunələrini tədqiq edirlər.

Ermənilər 1968-ci ildə M.Hüseynovun Azıx mağarasında tapdığı çənə sümüyünün yaşını da azaldaraq 50-100 min il olduğunu iddia edirlər. Halbuki onlar bu çənəsümüyünün üzünü belə görməyiblər.

Dünyaya məlumdur ki, Azərbaycan alimləri Azıx mağarasından tapdıqları bu çənə sümüyünün 350-400 min il əvvəllərə aid olduğu elmi əsaslarla sübuta yetirmiş və bu tarix beynəlxalq elmi konfranslarda öz təsdiqini çoxdan tapmışdır...

Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsindən apardıqları uzun müddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunmuşdu. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyata qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürülüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. Hər kəs bilməlidir ki, Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilərlər.

Azıx düşərgəsindən aşkar olunmuş arxeoloji materialların olduqca mühüm elmi əhəmiyyəti vardır. Çünki həmin maddi mədəniyyət nümunələri mağara düşərgəsində qədim insanların ilkin məskunlaşmasından xəbər verir. Qədim Azıx sakinlərinin həyatında Quruçay vadisinin mühüm əhəmiyyəti olmuşdur.
Azıx sakinləri əmək alətləri və məişət əşyaları hazırlamaq üçün Quruçayın çay daşlarından istifadə ediblər. Eyni zamanda onlar Quruçay dərəsində ovçuluqla məşğul olmaqla Azərbaycanda ovçuluq ənənələrinin əsasını qoyublar. Həqiqətəndə Azıx mağarasında aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, paleolit dövründə Quruçay dərəsində və digər yaxın ərazilərdə ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur.

Azıx və qədim insan düşərgəsində aşkar olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki düşərgənin ən aşağı təbəqələrində ancaq hazır əmək alətləri tapılmışdır, istehsal tullantıları isə qeydə alınmamışdır. Deməli Azıx düşərgəsinin qədim sakinləri, düşərgədə yaşamamışdan əvvəl Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz həmin vaxtlar Quruçay dərəsində hazırlamışlar. Ona görə də aşağı təbəqələrin daş məmulatı içərisində istehsal tullantıları qeydə alınmamışdır.

Azıx düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri dünyada yeni bir arxeoloji mədəniyyətin müəyyən olunmasına zəmin yaratdı. Ona görə də mağarada tapılmış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasının özünəməxsus cəhətləri nəzərə alınıb, yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.

Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur. Arxeoloji mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsid hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır.

Azıx haqqında bütün bu dəlillərin olmasına baxmayaraq bəzi erməni alimləri hətta Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd göstərirlər.
Ş.Mkrtçyan 1988-ci ildə Yerevanda çap etdirdiyi "Dağlıq Qarabağın memarlıq və tarixi abidələri" adlı kitabında yazır ki, Azıx düşərgəsində aşel mədəniyyətinə aid erməni qadınlarının heykəli tapılıb, hətta onun paltarı müasir erməni qadınlarının paltarına bənzəyir. Belə gülünc fikir söyləməklə Ş.Mkrtçyan erməni xalqının tarixini aşel dövründə axtarmağa çalışır. Lakin o unudur ki, Azıx paleolit düşərgəsində qadınabənzər heykəlin olması mümkün deyildi, çünki insanların şüuru hələ heykəl yarada biləcək səviyyəyə qədər inkişaf etməmişdi. Məlum olan odur ki, mağarada təbii yolla əmələ gəlmiş stalaqnat dirəklər mövcuddur və həmin dirəklər əhəngli suyun qarışdığından 2 milyon il bundan əvvəl əmələ gəlmişdir.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay arxeoloji mədəniyyət dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx paleolit düşərgəsində qədim aşel dövrü materialları ilə meydana çıxmaqla yanaşı, yerli çay daşı alətləri mədəniyyəti olan Quruçay arxeoloji mədəniyyəti əsası üzərində inkişafa başlamışdır.

Azıx düşərgəsində qədim aşel mədəniyyəti əsasən əl çapacaqları, kobud çapma alətləri və disk şəkilli nüvələrlə xarakterizə olunur. Arxeoloji qazıntılar zamanı qədim aşel təbəqəsindən 2 mindən artıq daş məmulatı və minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır. Daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Daş məmulatının qalan hissəsini istehsal tullantıları, nüvələr və çay daşları təşkil edir. Qədim aşel mədəniyyətinə aid təbəqədən tapılmış əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur.

Azıx düşərgəsinin daş məmulatı ilə yanaşı zəngin fauna qalıqları da tapılmışdır. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasında qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng maralların tutduğu müəyyən edilmişdir.
Qədim aşel təbəqəsindən tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində ibtidai insanların qədim aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.

Azərbaycan alimlərinin apardıqları elmi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən tapılmış Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti və Dmanisi paleolit düşərgəsinin arxeoloji materialları ilə oxşarlıq əlamətləri vardır.
Azıx mağarasından başqa, Azərbaycanın işğal altındakı ərazilərində yerləşən, tunc dövrünə aid olan Tağlar, Qaraköpəktəpə, Meynətəpə və başqa tarixi abidələr də dağıdılaraq yararsız hala salınıb.

Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar düşərgəsi hesab olunur. Düşərgə Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

M.Hüseynov və Ə.Cəfərovun Tağlar mustye düşərgəsində apardıqları arxeoloji qazıntılar zamanı 10 mindən artıq daş məmulatı və 100 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır.

Yaxın Şərq və Qafqaz ərazisində Tağlar düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişafı və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Eyni zamanda Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar respublikamızın ərazisində mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərdi.

Azərbaycanın Ermənistan tərəfindən İşğal Olunmuş Ərazilərindəki tarix və mədəniyyət abidələri, qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar, qəbir daşları, qəbirüstü abidələr, kurqanlar, istehkamlar, qalalar və memarlıq abidələri kimi qruplara bölünür. Bu qruplqar üzrə 894-ü rəsmi Dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum olan 4300 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Burada göstərilən rəqəmləri (yəni Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrini). eyni zamanda Ermənistan Respublikasının rəsmi mənbələri də təsdiq edir. 28.01.2011-ci il tarixdə Ermənistanın “Ради Дома” saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın ИА REGNUM agentliyi Ermənistan rəsmlərinin məlumatlarına əsasən bildirir ki, 2011-ci ildə Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000 min tarix və mədəniyyət abidələri qeydə alınmışdır. Erməni tarixçisi Şahen Mkrtçyanın 1989-cu ildə Moskvada nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri” və 2006-cı ildə İrəvanda təkrar nəşr etdirdiyi eyni adlı kitablarda Qarabağdakı abidələrin adları və mövcud olduqları yerlər dəqiq göstərilmişdir.

Ermənilər, işğal altında saxladıqları ərazilərdə nəinki sənayeni, kənd təsərrüfatını, təbii sərvətləri dağıdıb qarət edib iflic vəziyyətə salıblar, eyni zamanda orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folklorumuzu, toponimlərimizi, mətbəximizi eləcədə tarixi əsərlərimizin yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər. Azərbaycan ərazilərində ermənilər tərəfindən həyata keçirilən bu cinayət əməlləri Beynəlxalq Hüquqda Mədəniyyətin soyqırımı anlamını verir.

Aydındır ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə, işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin ümumi miqdarı ilkin hesablamalara görə 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dolları təşkil edir.

Bu müddəa, eyni zamanda, BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı “Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar” adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin “Vurulmuş zərərin ödənilməsi” adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, və həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.
Belə bir şəraitdə İşğal altındakı ərazilərdəki abidələr üzərində beynəlxalq nəzarətin olması olduqca vacib məsələdir. Münaqişə ərazilərindəki abidələr üzərində müvafiq dövlət qaanunlarına uyğun olaraq təşkil edilən beynəlxalq nəzarət, abidələrin münaqişə zonalarında qorunaraq mühafizə edilməsinə böyük töhfə verər.
10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu imkan verir ki Respublikanın bütün ərazilərində, abidələrin qeydiyyata alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması, istifadə edilməsi, hətta abidələr üzərində beynəlxalq nəzarətin təşkil edilməsi və onlara dəyən zərərlər barədə tədbirlərin görülməsi dövlət orqanları və qeyri hökumət təşkilatları tərəfindən müstəqil və ya mərkəzləşdirilmiş qaydada təşkil edilsin və həyata keçirilsin.

Abidələrin mühafizə edilməsinə nəzarət işləri, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilmişdir. Mədəni irs, nəinki daşınmaz tarix və mədəniyyət abidələrini eyni zamanda, tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Belə hərəkətlər beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında:

- Hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçısı olan bütün dövlətlər özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərin pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.
Bundan başqa Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir.

2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında daha bir sənəd qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib və 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib.

Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.

Sənədin nəticələr hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinq edilməsi məqsədilə YUNESKO texniki missiyalarının göndərilməsinin mümkünlüyü qeyd edilib. Sənəddə, həmçinin YUNESKO-nun baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasında (BA) qəbul ediləcək qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması əksini tapıb.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər yalnız Azərbaycan tarix və mədəniyyət abidələrini əhatə etmir, eyni zamanda böyük insan itkiləri ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradır. Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsi zamanı 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox insan əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq insan qovulmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 20 faizini itirmiş və ölkəyə 400 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Ermənilər tərəfindən oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Azıx mağarası - FOTOLAR

Azıx mağarası - FOTOLAR

Azıx mağarası - FOTOLAR

Azıx mağarası - FOTOLAR

Azıx mağarası - FOTOLAR

Azıx mağarası - FOTOLAR


Faiq İSMAYILOV,
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri.










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"