Qarabag Media
Haqqımızda Əlaqə

Uğur zəfərə gedən yoldur


Tarix:28-12-2015, 07:27 Kateqoriya:Manşet / Gündəm

Uğur zəfərə gedən yoldurGoranboy rayonu Xoylu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Mirzəyev doğma obası üçün 3 layihə hazırlayaraq həyata keçirib.

Birinci layihə 9300 km məsafə çərçivəsində nəzərdə tutulan kənd yollarınn qraviləşdirilməsi (qırla örtülməsi), və kənd əhalisinin gediş- gəlişinin asanlaşdırılmasına xidmət edirdi. Xarici təşklatlar olan Azkil (Azərbaycanda İnkişaf Dünya Bankı) və “Ümid” təşkilatının dəstəyi ilə həyata keçirilən ikinci layihə məhz Xoylu uşaq bağçasında istilik sisteminin quraşdırılması və istifadəyə verilməsi oldu. Üçüncü addım kənddə arterzian quyuları hesabına müxtəlif yerlərdə 31 bulağının (kranın) istifadəyə veriməsi oldu. Burada daha çox əziyyət və qüvvət tələb olunurdu; 5 və 16 tonluq çənlərdən ibarət paylanmış 31 bulağın çəkilməsinə xeyli texnoloji və fiziki qüvvə cəlb edilmişdi. Rəşad Mirzəyev Goranboy rayonu Xoylu kəndi ilə bağlı yeni layihələrin artıq 2016-cı ilə təsadüf edəcəyini bildirib. Yeni layihəyə təhsil-tədris proqramları da daxildir.

Xoylu kəndində tikilməsi nəzərdə tutulan müasir tipli məktəbin qurulması üçün ilk addımlar məhz 2016- cı ildə həyata keçiriləcək. Növbəti planda kənd qəbiristanlığının ilə bağlıdır. Rəşad müəllim qeyd etdi ki, Xoylu kəndinin əhalisi 2150 nəfərdən ibarətdir və əhalinin kənd qəbirsitanlığı yetərincə normal şəraitə uyğun olmadığı üçün irəliləyən zamanda növbəti layihə məhz qəbirstanlıqda bağlı görüləcək abadlıq işlərindən ibarət olacaq; kənd qəbirstanlığında gözətçi otağının tikilməsi, ətrafında hasar çəkilməsi, isti, soyuq su ilə təmin olunması, qaz çəkilişi və s. və i.

Rəşad Mirzəyev 8 noyabr 1982-ci ildə Goranboy rayonu Xoylu kəndində dünyaya göz açıb, 1989-cu ildə şəhid Mübaiz Fərmanov adına Xoylu kənd orta məktəbində birinci sinfə getmiş, 2000- ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “yeraltı və yerüstü nəqliyyat istismarı” fakültəsinə daxil olmuşdur. Ali məktəbi müvəffəqiyyətlə başa vuran Rəzad Mirzəyev Beyləqan rayonu Qəhrəmanlı kəndində “N” saylı hərbi hissədə əsgəri borcunu şərəflə başa vurmuşdur.

Hərbi xidməti başa vuran gənc kadr ixtisası üzrə subarterzian idarəsində elektrik montyoru vəzifəsində işə başlamış, qısa zamanda köllektivin dərin hörmətini qazanmışdı.

Xatırladım ki, Xoyluda bir xəstəxana (9 nəfər işçi heyəti ilə), tarixi muzey, mədəniyyət klubu və polis məntəqəsi fəaliyyət göstərir. Rəşad müəllim onu da vurğuladı ki, Xoylu kəndinin 7 şəhidi var və onların xatirəsinə ucaldılmış abidə Xoylu İcra Nümayəndəliyi yerləşdiyi məkandadır. Qəhrəman Yusif Əhmədovun adını daşıyan küçə prospektə qədər uzanır.

Sonda Rəşad Mirzəyev kənddə xarici şirkətlərin köməyi ilə geçəkləşən layihələrdə onun təşəbbüsünü dəstəkləyən və bunun üçün öz köməyini əsirgəməyən dəyərli ziyalı Goranboy rayonunun İcra Başçısı Nizaməddin Quliyevə təşəkkürünü də unutmadı.

Aynur Nurməmmədova










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək