Qarabag Media
Haqqımızda Əlaqə

Deputat: “Beynəlxalq Bank və MTN-nin xətti ilə ən azı 10 milyard manat dövriyyədən və ölkədən çıxarılıb"


Tarix:27-12-2015, 03:11 Kateqoriya:Manşet / Siyasət

Deputat: “Beynəlxalq Bank və MTN-nin xətti ilə ən azı 10 milyard manat dövriyyədən və ölkədən çıxarılıb""Təkcə ”Akula Akif"in İspaniyadan Baham adalarına qədər olan villalarını pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək olar"

"Cahangir Hacıyevi himayə edənlər və danışdıranlar var”. Bunu "Yeni Müsavat"a açıqlamasında deputat Zahid Oruc deyib.

Z.Oruc deyib ki, ortada böyük cinayət faktları varsa, onu təhqiq etmək dövlət orqanlarının bir nömrəli vəzifəsidir: " Bu yerdə başqa məmurları, yaxud müxtəlif imtiyazlı iqtisadi dövriyyələrdə yer alanları toxunulmaz şəxs kimi ortaya qoyub onlara nəzərən ədalət mühakiməsindən özünü kənarlaşdırmağa çalışmaq da çıxış yolu deyil. Çünki ”presedent hüququ" bizim qanunvericilik sistemimizdə yoxdur. Ortada olan faktların bir çoxu hər kəsə bəllidir. Beynəlxalq Bankın sistem yaradıcı qurum olaraq sərəncamında olan vəsaitlərin səmərəsiz xərclənməsi inkarolunmazdır. Əslində çoxdan aparılan belə iqtisadi diversiya fəaliyyəti neft bumunun söndüyü və dövlətin digər mənbələrə müraciət etdiyi zaman üzə çıxdı".

Z.Oruc bildirib ki, hazırkı devalvasiyanın böyük faizdə həyata keçirilməsi və manatın dollar qarşısında mövqeyini iki dəfə itirməsi təkcə xarici amillərlə deyil, daxili iqtisadi-maliyyə siyasəti ilə birbaşa bağlıdır: “Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi xətti ilə ən azı 10 milyard manatdan artıq pul kütləsinin dövriyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. Əksər hissəsinin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı iki hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir. Əgər təkcə ”Akula Akif"in seyfindən çıxan onlarla mülkiyyət aktlarını - İspaniyadan Baham adalarına qədər olan villaları pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək mümkün olardı".

Deputat bu məqamda maraqlı təklif də verib: “Elə buradaca xüsusi qeyd etməyə dəyər ki, Respublika Prokurorluğu və məhkəmə orqanları hazırda istintaqı aparılan böyük maliyyə cinayətlərinin və talan edilmiş dövlət vəsaitlərinin geri qaytarılmasını şəffaf qaydada, hamının gözü qarşısında həyat keçirməlidir. Yoxsa, oğurlanmış külli miqdarda vəsaitlərin bir əldən digərinə keçməsi millətə heç bir fayda gətirməyəcək. Cahangir Hacıyevin müdafiəsi üçün mediaya ardıcıl yeridilən məlumatların təhlili göstərir ki, hazırda devalvasiya şoku altında olan cəmiyyətdə özlərinə böyük dayaqlar tapmaq, hakimiyyətiçi qruplaşmaların qurbanı olduqları barədə saxta rəy formalaşdırmaq və özünü təmizə çıxarmaq üçün məxfi bir əməliyyat planı qurulub.

Əgər belə davam etsə, Beynəlxalq Bankın sabiq rəhbəri növbəti ”siyasi məhbus siyahısı"nın başında gedəcək. MTN-in yüksək çinli generalları zərərsizləşdirilsə də, onların bir zaman əhali üzərinə yeriyən media silahları ortada sabotajçı əməllərində qalmaqda davam edir. Sistemli bir şəkildə Maliyyə Nazirliyini hədəfə götürməklə, yaxud hakimiyyətin siyasi rəhbərliyindən aldıqları qərar hesabına yüz milyonlara dair sərəncam verdiklərini adamların gözünə üfürməklə və idarəçiliyin onlara bəlli olan sirlərini cəmiyyətə açacaqları şantajı ilə məhkəmə ətrafında böyük bir təzyiq mexanizmi qurulub. Hətta ideal sayıla biləcək bir ssenaridir.

Yüz milyonları oğurla, sonra onun kiçik bir hissəsini mediadakı və daxili-xarici QHT-lərə xərclə, bununla da istənilən ağır cinayətin altından çıxmağa imkan qazanacaqsan. C.Haciyevin belə ideallaşdırılması və əhaliyə məqsədli şəkildə hazırkı iqtisadi sıxıntıların günahkar ünvanı kimi Maliyyə Nazirliyinin göstərilməsi Fərhad Əliyevin, Əli İnsanovun mələkləşdirilməsi üçün həyata keçirilən təbliğat üsulu ilə eynidir. Sabah yüksək çinli məmurlar haqda kompromat dalğası yenidən tirajlansa (hərçənd Eldar Mahmudovun küfr yuvası söküləndən sonra proses xeyli səngiyib) bunu da əvvəlki xəttin davamı hesab edə bilərsiniz. Kürdəxanı siyasi oyun mərkəzinə çevrilməkdə davam edir. Hər gün yeni-yeni bəyanatlar hakimiyyət sisteminə müqavimətin məhz VİP məhbuslar tərəfindən həbsxanadan veriləcəyini deməyə imkan yaradır.

Dövlət idarəçiliyinin çətinliyi bax bundadır - dünənə qədər xalqın gözündə maliyyə-kredit sistemini çökdürən, iqtisadiyyata zərbə vuranlar, sonra demokratiyanın yol verdiyi hüquqlardan - çamur atmağa, dezinformasiyalar yaymağa, mediada zərərdidə obrazında təqdim olunmağa, nəticədə ictimai rəyi siyasi iqtidarın üstünə qaldırmağa fürsət verir. Mətbuata xərclənən qara pullar isə xalqdan oğurlanmış və məzlumun haqqından mənimsənilmiş milyardların cüzi bir hissədir".

Z.Oruc bir tarixi paralel də aparıb: “Vaxtilə Martin Lüter kilsəni dövlətdən ayırmaq üçün hərəkata başlayanda dini hücrələr müxtəlif haqlar müqabilində, yəni, ödənişlər alıb Allah əvəzinə günahkarları ”bağışlayırdılar"! İndi də media şəbəkəsinin üstündə oturmuş katoliklərimiz çekist adına ləkə olanlara, yaxud talançı bankirlərə “günahsızlıq qəbzi” verməyə başlayıblar. Lakin orta əsrlər Romasında deyildiyi kimi, pulla məhbəsi satın ala bilərsən, lakin bütün xalqdan istədiyin azadlıq hökmünü əldə edə bilməzsən".

Qeyd edək ki, dünən "Report" hazırda həbsdə olan Cahangir Hacıyevin müraciətini yayıb. C. Hacıyev müraciətdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla heç bir əlaqəsi olmadığını, maliyyə sabotajına yol vermədiyini qeyd edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi