Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Alimlər Birliyi təsis olundu


Tarix:26-12-2015, 08:37 Kateqoriya:Manşet / Araşdırma

Azərbaycan Alimlər Birliyi təsis olunduKarabakhmedia.az xəbər verir ki,
Bu gün (25.12.2015) Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alimlər Birliyinin (AAB) Təşəbbüs Qrupunun təsis konfransı keçirilib.


Tədbiri giriş sözü ilə açan AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov bildirdi ki, AAB-nin yaranması tarixi zərurətdən irəli gəldi. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində alim-ziyalı mövqeyinin bərpasına, alimlərin sosial problemlərinin həllinə ciddi ehtiyac var.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə elmlər doktoru Yadigar Türkel isə çıxışında AAB-nin yaranması prosesindən söz açdı.

Daha sonra fəlsəfə doktoru Faiq Qəzənfəroğlu AAB-nin əsas məqsəd və vəzifələri haqqında danışdı. Onun sözlərinə görə, AAB müxtəlif elm sahəsində çalışan alimlərin elmi əsərlərinin və kəşflərinin ictimai müzakirələrini, əlaqələndirilməsini, təbliğini həyata keçirəcək. AAB-nin qarşısında duran vəzifələrdən biri də gənc alimlərin qarşısına çıxan bürokratik əngəllərin, o cümlədən xarici dil üzrə beynəlxalq sertifikat (TOEFL, İELTS) məsələsinin də müsbət şəkildə həlli olacaq. Eyni zamanda AAB-nin saytı fəaliyyət göstərəcək, jurnalı nəşr olunacaq.

F.Qəzənfəroğlu bildirdi ki, AAB cəmiyyətimiz, elmimiz üçün yeni bir nəfəs olacaq. Elmdə yuxarıdan aşağıya olan təzyiq sindromuna son qoyaraq, aşağnın yuxarıya təzyiqinə nail olacaq. Bununla yanaşı, Elm haqqında Qanunun layihəsinin parlamentdə tezliklə qəbul olunmasına çalşacaq.

Daha sonra AAB-nin nizmanaməsi qəbul edilərək, 7 nəfərdən ibarət İşçi Qrupu yaradıldı.

İşçi Qrupuna Yadigar Türkel, Dilavər Əzimli, Paşa Həsənli, Alı Balayev, Əzizağa Ələkbərov, Faiq Qəzənfəroğlu və Tahir Cəbiyev daxil olundular.
Təsis konfransında tanınmış alimlərdən Dilavər Əzimli, Yasamən Qaraqoyunlu, Tahir Cəbiyev, Faiq Qəzənfəroğlu və başqaları da çıxış etdilər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar