Qarabag Media
Haqqımızda Əlaqə

Hər sadə, mürəkkəb cümləsinin mübtədası Laçın olan Orxan Cəbrayıl


Tarix:24-12-2015, 08:12 Kateqoriya:Manşet / Laçın yurdu

Hər sadə, mürəkkəb cümləsinin mübtədası Laçın olan Orxan Cəbrayıl

Arif MƏMMƏDLİ
Bu gün dəyərli eloğlumuz, peşəkar həkim, “Laçın və laçınlılar” qrupunun yaradıcılarından biri və fəal üzvü, təəssübkeş vətən oğlu Orxan Cəbrayılın doğum günüdür. Hər sadə, mürəkkəb cümləsinin də mübtədası Laçın olan, türklüyü ilə qürur dayan Orxan Cəbrayılın ictimai fəaliyyəti hər birimizin gözü önündədir. Bəlkə də ilk baxışdan çılğın görünən, amma bütün hallarda təmkinini pozmayan gənc dostumuz həmişə vətəndaş mövqeyi ilə seçilib. Cəmiyyətin taleyüklü məsələlərinə münasibət bildirməkdən heç vaxt çəkinməyən Orxan Cəbrayıl bəzən yersiz qınaqlara da tuş gəlib. Nə yaxşı ki, ruhdan düşməyib, haqlını müdafiə etməklə mənəvi rahatlıq tapıb.

Orxan həkimlə şəxsi tanışlığımın tarixi də “Laçin və Laçınlılar” qrupunun yaranma tarixi ilə eyni vaxta düşür. Elə müzakirə mövzusu olan əksər məsələlərdə fikirlərimizin də üst-üstə düşməsi bu tanışlığın dostluğa çevrilməsində böyük rol oynadı. İndi aramızda böyük yaş fərqinin olmasına baxmayaraq istənilən məsələni asanlıqla müzakirə edə bilirik. Bir ortaq cəhətimiz də odur ki, heç zaman şəxsi mənafeni ümumi mənafedən önə çıxarmırıq. Yeri gəlmişkən onu da deyim ki, Orxan Cəbrayıl “Laçın yudu” jurnalının bütün səviyyələrdə ən yorulmaz təbliğatçısı olub. Təəssüflər olsun ki, hətta “axı bu jurnalın çıxmasında sənin nə marağın var?”-deyə soruşanlar da tapılıb.
Nə isə...

İxtisasca həkim olsa da, həm də istedadlı bir yazar kimi tanınan Orxan Cəbrayıl haqqında kifayət qədər xoş söz deyə bilərəm, lakin buna lüzum görmürəm. Çünki Orxan həkimi məndən də yaxşı tanıyanlar var və fərqindəyəm ki, görünən kəndə bələdçi lazım deyil.

Əziz gənc dostum, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə ömür-gün yoldaşınızla, Dənizinizlə, bütün doğmalarınızla, sizi sevənlərlə birgə sağlam, mənalı ömür arzulayıram! Ad günlərini doğma Qarabağımızda, Laçınımızda qeyd eləmək qismətimiz olsun!










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”