Qarabag Media
Haqqımızda Əlaqə

"Heç olmasa xalqın sözünü deyən 5-10 şəxsə parlamentdə yer verilməli idi"


Tarix:24-12-2015, 04:31 Kateqoriya:Manşet / Araşdırma

"Heç olmasa xalqın sözünü deyən 5-10 şəxsə parlamentdə yer verilməli idi"“Cəmiyyətin ən böyük problemi milli iradənin olmamasıdır” Azərbaycan Mərkəzi Bankının verdiyi növbəti devalvasiya qərarı ölkənin sosial-ictimai həyatındakı böhranı daha da dərinləşdirdi. Manatın dollar qarşısında kəskin ucuzlaşması, qeyri-leqal formada ərzağın qiymətini bahalaşdırdı. Lakin budəfəki devalvasiya da müxalifət, ziyalı kəsim və cəmiyyətin səssizliyi ilə müşayiət olunur. Potensial etirazçı kütlədə səssizlik hökm sürür. AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Qəzənfəroğlu hesab edir ki, 15 il ərzində müxalifətin zərərsizləşdirilməsi, nüfuzdan salınması fonunda baş verənlər təbiidir: “Nardaran hadisələrinə, “Günəşli” yatağında baş verən yanğına və manatın iki dəfə kəskin devalvasiyasına münasibətdə müxalifət sakit dayandı. Əgər sivil yolla mübarizə aparan müxalifət ortada yoxdursa, bu zaman dini radikal qüvvələr meydana çıxacaq. Ölkədə xalqın sözünü ifadə edəcək ziyalıların olmaması da bununla bağlıdır. Artıq dövlətin maraqlarını müdafiə edən ziyalılar yoxdur, onlar baş verənlərə səssiz qalıblar. Azərbaycan cəmiyyətinin ən böyük problemi milli iradənin olmamasıdır, bu iradə tamamilə aradan qaldırılıb. Ancaq ayrı-ayrı şəxslərdir ki, onlar da səslərinin sosial media üzərindən çıxarmağa çalışırlar. Bu heç nəyi ifadə etmir. İnsanlar toparlanaraq, sivil qaydada öz haqlarını tələb etməyi bacarmalıdırlar”. Xalqın nə Dağlıq Qarabağ, nə də digər sosial problemlərlə bağlı demokratik və sivil qaydada öz sözünü ifadə edə bilmədiyini vurğulayan F.Qəzənfəroğlu qeyd edib ki, xalqın müxalifət partiyalarına inamı qalmayıb: “Xalqla müxalifətin birliyi aradan qaldırılıb. Sonuncu parlament seçkilərinə demokratik düşərgənin münasibəti də problemlərin daha fundamental olduğunu göstərdi. Heç olmasa, xalqın sözünü ifadə edəcək 5-10 nəfər şəxsə parlamentdə yer verilməliydi. Buna görə də cəmiyyətdə baş verənlərə reaksiya yoxdur. Azərbaycanda demokratik mübarizənin əsası qoyulmasa, vəziyyətdən çıxmaq mümkün olmayacaq”. Passivliyi aradan qaldırmaq üçün nə etmək lazımdır? Faiq Qəzənfəroğlu hesab edir ki, cəmiyyətə öz inamını geri qaytarmaq üçün ziyalılar öz aktivliklərini artırmalıdırlar: “Cəmiyyət, müxalifət və ziyalılarda daha çox özünüqoruma instinkti böyüyüb. Narazı qalan insanların maraqlarını ifadə etmək çətin problemdir. Problemlərin aradan qaldırılması üçün ilk addımı hakimiyyət atmalıdır. Hakimiyyət müxalifətin dirçəlməsinə şərait yaratmalıdır, telekanallarda müxalifət nümayəndələrinin çıxışına imkan verməlidir. Cəmiyyət görməlidir ki, əks düşərgənin fikirlərinə də hörmət edilir. Demokratikləşmə prosesi başladılmalıdır, bunun üçün köklü addımlar atılmalıdır”. Filosof alim hesab edir ki, müxalifətin əsas problemlərindən biri də “ciddi müxalifətin iqtidarla işbirliyində olması” fikridir: “Ciddi müxalifətin iqtidarla işbirliyində olması ilə bağlı insanlar arasında iddialar dolaşır, bu, demokratik düşərgənin dirçəlməsinə imkan vermir. Bu, Sovet dönəmindən qalmış bir təfəkkürdür. Müxalifət yenilənməlidir və bu proses demokratik qaydalarla həyata keçirilməlidir. Müxalifət daxilində baş verənlərin, yenilənmə cəhdlərinin iqtidarın proyekti kimi dəyərləndirilməsi bir çox hallarda buna mane olur. Müxalifətdəki siyasi partiyalar arasında bu kimi problemlər aradan qaldırılmalıdır. “Müxalifətin, ziyalıların iqtidara bağlılıqları var” sindromu sındırılmalıdır. Bu problemlərin həll edilməsində əsas yük ziyalıların üzərinə düşür. Ziyalı xalqa yol göstərən bələdçi olmalıdır, ziyalı yaltaqlıqla, məddahlıqla məşğul olmamalıdır. Eyni adamların fikirlərini cəmiyyətə sırımaq yaxşı hal deyil, obyektiv söz deyən ziyalılara da yol verilməlidir”. Faiq Qəznfəroğlu sonda qeyd edib ki, demokratikləşmə prosesi başlamasa, bu, ölkəni ciddi sınaqlarla üz-üzə qoyacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"