Qarabag Media
Haqqımızda Əlaqə

Davudoğludan Putinə sərt cavab: Uşaqdır


Tarix:19-12-2015, 19:22 Kateqoriya:Manşet / Siyasət

Davudoğludan Putinə sərt cavab: UşaqdırTürkiyənin Baş Naziri Əhməd Davudoğlu Rusiya prezidenti prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konransında Türkiyənin ünvanına səsləndirdiyi təhqiramiz sözlərinin cavabını verib.

Karabakhmedia.az-ın məlumatına görə, Ə.Davudoğlu bildirib ki, Putin son vaxtlar uşaq kimi hərəkət edir.

"Bir ay əvvəl Putin belə açıqlamalar verərdi? O, birdən-birə Türkiyənin müsəlman ölkə olduğunu, islamlaşmaya doğru getdiyini, ABŞ ilə yaxın əlaqələ qurduğunu xatırladı. Bir açıqlamanın ciddi qəbul edilməsi üçün açıqlama tsiklik şərtlər xaricində verilməlidir. Putinin son açıqlamalarını ciddi qəbul etmirəm. Bir ay əvvəl dilə gətirilməyən sözlər bu gün deyilirsə, bu, uşaq hərəkətidir, bunu əvvəllər çevrilişçilər edirdi, indi isə Putin edir. İndi Putin Türkiyədə guya müxalifət kəşf edib", deyə baş nazir vurğulayıb.

Əhməd Davudoğlu Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi haqqında səsləndirdiyi fikirləröə də sərt münasibət bildirib.

"O, prezidentimizin ailəsi haqqında iddiaları səsləndirəndə dedim ki, bu, Sovet təxribatıdır. Hazırda Rusiyanın adına danışan Putində Sovet təfəkkürü görürəm. Hərhalda Putin KQB günlərində qalıb. Amma KQB keçmişdə qalıb, o Sovet təxribatı dönəmi artıq bitib. Putinin etdiyi hər açıqlama dünyada təbəssümə səbəb olur. Sarkazm, istehzalı təbəssümlərə. Bu, bizim üçün ciddi qəbul ediləcək çağdaş günün ruhuna uyğun olan açıqlamalar deyil. Sadəcə gülümsəyirəm. Onun dediklərini ciddi qəbul etmək təhiqr olar", deyə Davudoğlu bildirib.

Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında canlı efirdə Türkiyənin və Ərdoğanın ailəsinin ünvanına sərt sözlər söyləmişdi. Su-24 bombardmançı təyyarəsinin vurulmasını şərh edən Putin bildirib ki, ""Təyyarə insidenti" Türkiyə hökumətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin nəticəsi ola bilər.

Bununla kifahətlənməyən Putin Ərdoğanın ailəsinə qarşı da ittihamlar irəli sürüb. O iddia edib ki, Ərdoğanın oğlu İŞİD neftinin ticarəti ilə məşğuldur, qızı isə yaralı İŞİD terrorçularını müalicə etdirir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”