Qarabag Media
Haqqımızda Əlaqə

İrəvan xanlığının işğalından 188 il keçir


Tarix:2-10-2015, 10:31 Kateqoriya:Manşet / Tarix

İrəvan xanlığının işğalından 188 il keçirErmənilərin Qərbi Azərbaycan ərazisində görünmələri 1441-ci ildə erməni katolikosluğunun Kilikiya ərazisindən Qərbi Azərbaycan ərazisinə, Qaraqoyunlu dövlətinin torpaqlarına - Üçkilsəyə köçürülməsindən sonra başlamışdır.

Ermənilərin İrəvan xanlığı ərazisindəki Azərbaycan torpaqlarını, mülklərini hansı yolla ələ almaları Mateadaranda qorunan 1687-ci il tarixli sənəddə açıq şəkildə göstərilir: "biz (ermənilər nəzərdə tutulur) bu xanlığın ərazisindəki torpaqları ya satın alır, ya işğal edir, ya da sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud zorla ələ keçiririk".

Hüseynəli xanın hakimiyyəti dövründə (1762-1783) İrəvan xanlığının sərhədləri daha da genişlənərək Şorayel bölgəsinə qədər uzanmışdı. İrəvan şəhəri şimaldan Qırxbulaq, qərbdən və cənubdan Zəngibasar mahalları, şərq tərəfdən isə onu Qərbibasar (Körpübasar) mahalından ayıran Oxçubert dağının daşlı pillələri ilə həmsərhəd idi.

Rusiya çarizminin İrəvan xanlığını zəbt etməsi dövründə yalnız İrəvan şəhərində 8 məscid var idi. 1804-cü ilin mayında rus ordusu general Pavel Sisiyanovun başçılığı ilə İrəvan xanlığının ərazisinə hərəkət etdi. Burada ruslar 12 top, 3572 piyada, 3 eskadron, 300 kazak və knyaz Orbelinin başçılığı ilə 200 nəfər gürcü knyazı və əyanlarından ibarət qüvvə cəmləşdirdilər.

1804-cü il iyulun 24-də rus qoşunları İrəvana hücuma keçdilər. İrəvan qala qarnizonu 60 top və 7000 əsgərə malik qüvvə ilə rus döyüşçülərinə qarşı kəskin mübarizəyə qalxdı. Mənbələrin yazdığına görə, İrəvan qalasının birinci mühasirəsi vaxtı ruslar 2000-ə yaxın döyüşçü itirdilər.

Tarixi mənbələrdə İrəvan xanlığına rusların ikinci yürüşünün qraf Qudoviçin başçılığı ilə 1808-ci il oktyabrın 30-da olduğu qeyd olunur. İrəvan xanı Hüseynqulu xan rus ordusuna qarşı Gərniçay sahilində gedən döyüşdə məğlub oldu. Qudoviçin qoşunları oktyabrın 3-də Zəngi çayını keçərək İrəvan xanlığını mühasirəyə aldı və şəhərin komendantı Həsən xan Qacardan təslim olmağı tələb etdi. 1808-ci il noyabrın 17-də İrəvan qalasına rusların hücumu zamanı döyüşçülərin sayı 3000 nəfərə yaxın idi. Döyüşdə ruslar 1000 nəfərə yaxın itki verib döyüşü dayandırmağa məcbur oldular. Mənbələrin məlumatından aydın olur ki, rus qoşunundan 17 zabit, 269 əsgər öldürülmüş və 829 əsgər yaralanmışdı. 1808-ci il noyabrın 30-da Qudoviçin komandanlığı altında ruslar Tiflisə qayıtmağa məcbur oldular.

1809-cu ilin fevralında Qudoviç erməni mənşəli Tormosovla əvəz olundu. Tormosovun 17 noyabr 1808-ci ildə İrəvan xanlığını almaq cəhdi də baş tutmadı.
Rus çarına sadiq qalan general İ.Paskeviç Qafqazda yerləşən rus ordularının baş komandanı vəzifəsinə təyin edildi.
İrəvan qalasının üçüncü mühasirəsi zamanı əhali 1827-ci il aprelin 27-dən iyunun 23-nə qədər təslim olmadı, mübarizəni davam etdirdi.
Üçkilsədə yığılan rus qoşunları 1827-ci il oktyabrın 29-da Sərdarabad qalasını tutmağa və ələ keçirməyə çalışdılar.

İrəvan xanlığının müdafiəsini Hüseynqulu xan və qardaşı Həsən xan öz qüvvələri ilə təşkil etmişdilər. Xanlığın qala hissəsi 1827-ci il sentyabrın 15-dən topa tutuldu. Sentyabrın 20-də rus qoşunları qalaya girə bilməsələr də, hərbi sursat və ərzaq, 13 top, 14000 çetvert buğda ilə dolu anbar, pambıq parça ələ keçirdilər. "İrəvan xanlığı" (Bakı, 2010) kitabında Paskeviçin törətdiyi azğınlıqlar, dağıntılar, şəhərin divarlarının dağıntıları ətraflı şəkildə verilmişdir.
Rus qoşunlarının komandiri Paskeviç 1827-ci il sentyabrın 21-də artilleriya birləşmələrini Üçkilsəyə tərəf yönəltdi. Qalanın müdafiəsinə xanın qardaşı Həsən xan Qacar başçılıq edirdi.

İrəvanın rus orduları tərəfindən yenidən mühasirəsi 24 sentyabr 1827-ci ildə başladı. 3 gün ərzində qala artilleriya atəşinə tutuldu, qala bürcləri dağıldı. Ordu generalı Paskeviçin əmri ilə İrəvan qalasına 40 top 1000-dən artıq mərmi yağdırdı.

Qalada olan ermənilərin satqınlıq edərək düşmənlə əlaqəyə girmələri vəziyyəti daha da çətinləşdirdi. Erməni çavuşları generalla əlaqəyə girərək qalada yerləşən müdafiəçilərin mövqeyini, sayını, topların və hərbi sursatın yerini onlara bildirdilər.
Qalada xanın təcrübəli topçuları olmadığından atılan mərmilər başqa əraziyə düşürdü. Bəzi topların arxasında ermənilər durduğundan onlar topları rus qoşunlarına doğru deyil, boş ərazilərə tuşlayırdılar.

Qaladan kənarda olan ermənilər də qalanın tutulması üçün ruslara kömək edirdilər.
Erməni satqınları oktyabrın 1-də yenə də işğalçı rus qoşunu ilə əlaqə yaradaraq qiyama qalxdılar. Onlar Həsən xandan tələb edirdilər ki, qalanı ruslara təslim etsin. Xanlığın şimal qapılarını erməni satqınları rus ordularının üzünə açdılar. Darvazalar açıldı və rus qoşunları qalaya soxuldular. Həsən xan etibar etdiyi adamları ilə məsciddə müdafiə olunurdu. 6 günlük mühasirədən sonra qalanın divarları dağıdıldı və 6 qvardiya alayı şəhərə daxil oldu. Həsən xan Qacarla bərabər qalanın komendantı Sübhanqulu xan, Təbrizli Əlimərdan xan, xüsusi tabor komandiri Qasım xan və başqaları tutuldu. 1828-ci il martın 1-də çar I Nikolayın xüsusi fərmanı ilə rus işğalçıları qədim Azərbaycan torpağı olan İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayəti" adlı qondarma qurum yaratdılar. Beləliklə, sonralar bu torpaqlarda erməni dövlətinin, eləcə də Cənubi Qafqaz bölgəsində yeni münaqişə ocağının yaradılmasının əsası qoyuldu.

Ruslar İrəvan qalası darvazasının açarlarını, qala divarlarından ələ keçirilmiş dörd bayrağı şəhərin böyük küçələrində nümayiş etdirdilər. İrəvan qalasının ələ keçirilməsi xəbərini eşidən çar I Nikolay Riqadan tələsik Peterburqa döndü. Noyabrın 8-də qalanın işğalı münasibətilə bütün ailə üzvləri ilə birlikdə Qış sarayı kilsəsində dua oxuma mərasimi keçirildi.

Erməni satqınlığı, xəyanəti nəticəsində ordu generalı Paskeviç qraf titulu aldı. Paskeviçin əmri ilə 1827-ci il oktyabrın 2-də İrəvan qalasının ruslar tərəfindən işğal olunması ilə əlaqədar rus qoşunlarının "qələbə" paradı keçirildi. Parad keçirilən zaman İrəvanın qala divarlarının böyük bir hissəsi tarixin ədalətsizliyinə tab gətirməyərək uçdu və onun dağıntıları altında çoxlu sayda işğalçı rus döyüşçüsü qalıb məhv oldu.
Beləliklə, çox keçmədən Şimali Azərbaycan torpaqları çar Rusiyasının, Cənubi Azərbaycan torpaqları isə İranının əsarəti altına düşdü.

Firudin CÜMŞÜDLÜ,
tarix üzrə fəlsəfə doktoru










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı