Qarabag Media
Haqqımızda Əlaqə

"Mən Elçibəy haqqında nə demişəm ki?!" - Ayaz Mütəllibov


Tarix:14-12-2015, 21:42 Kateqoriya:Manşet / Siyasət

"Mən Elçibəy haqqında nə demişəm ki?!" - Ayaz MütəllibovAzərbaycanın eks-prezidenti Ayaz Mütəllibov xələfi Elçibəy haqqında səsləndirdiyi fikirlərə görə, günlərdir ki, müzakirə və qınaq obyektidir.

İctimai –siyasi xadimlərdən tutmuş, sosial şəbəkə istifadəçilərinə kimi hər kəs Mütəllibovu Elçibəy haqqında dediklərinə görə, tənqid atəşinə tutub. A.Mütəllibov isə bu tənqidlərə cavab verib.

Karabakhmedia.az xəbər verir ki, sabiq prezident modern.az saytına açıqlama verərək, bu şəkildə etirazlarla qarşılanacağını gözləmədiyini deyib.

“Müsahibə zamanı Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim. Mən Elçibəy haqqında nə demişəm ki?!

Elçibəy haqqında işlətdiyim “primitiv” sözü heç də onu aşağılamaq məqsədi daşımayıb. Həmin ifadədən istifadə etməyimin anlamı o idi ki, yəni, Elçibəy çox sadəlövh adam idi. Cümlədə işlətdiyim “primitiv” ifadəsi belə başa düşülməliydi. O sözü işlətmək istəmirdim.

Təsəvvürümdə sadəlövhlüyünü canlandırıb “primitiv” kimi qələmə verdim.

Elçibəyi təhqir etmək fikim qətiyyən olmayıb. Elçibəy hər zaman sadəlövh olub. Hər kəsə etibar edib”.

Ayaz Mütəllibov həmin müsahibədən sonra mətbuatda haqqında yazılanlara, ona edilən hücumlara da münasibət bildirib.

“Yenə də siyasi mədəniyyətə söykənib bu dərəcədə mənə qarşı əndazəni aşmamalı idilər. Məni Moskvameylli kimi təqdim edirlər. Bəs, onlar nə meyllidirlər?! Belə başa düşürəm ki, indi bunlar haqlı olub, yerdə qalanlar haqsız... Ümumiyyətlə, daha bu mövzuda danışmaq istəmirəm. Çünki danışdıqca, məsələlər bir az da böyüyəcək”.

Karavakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB