Qarabag Media
Haqqımızda Əlaqə

“Mütəllibov Azərbaycanı dağıtdı getdi” - Elçibəyin qardaşı


Tarix:14-12-2015, 00:29 Kateqoriya:Manşet / Siyasət

“Mütəllibov Azərbaycanı dağıtdı getdi” - Elçibəyin qardaşı“Elçibəy haqqında kim nə deyirsə, desin. Əsl həqiqəti Allah bilir ki, kim nə edib. O, özü Azərbaycanı dağıtdı getdi, indi Elçibəy haqqında danışır”.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev eks-prezident Ayaz Mütəllibovun sözlərinə cavab olaraq, bildirib.

Almurad Əliyev deyib ki, A.Mütəllibov Elçibəy haqqında danışmaqla gündəmə gəlmək istədi, lakin bu əks-effekt verdi:

“Elçibəy ona nə edib ki..? Özü aləmi qatdı-qarışdırdı. Elçibəy onu o vaxt çağırdı yanına və dedi ki, gəl bir olaq. Bu, mənim yadımdadır. Ancaq o, qəbul etmədi. İndi o, nə istəyir? Kəlbəcərin işğalı ilə Elçibəyin nə əlaqəsi var? Elçibəyin hər zaman ona münasibəti yaxşı olub. Lakin o, özü heç vaxt barışmadı. O zaman yığıldılar, iclas keçirtdilər, lakin Ayaz Mütəllibov gəlmədi”.

Almurad Əliyevin sözlərinə görə, belə bir insanın Elçibəy haqqında danışması onu narahat etmir:

“Mütəllibov nə deyir, desin. Allah bilir hamısını, kimin kim olduğunu... O, camaatı bir-birinə vuran adamdır. Bu məsələni ortaya atmaqda məqsədi nədir, mən onu bilmirəm. İstəyir ki, yenidən gündəmə gəlsin. Çünki, çoxdan gözdən düşüb, yaddan çıxmış bir adamdır. Allah hökumətin canına dəyməsin, bir az pul veriblər, onunla dolanır. Yeyib-içir, işi-gücü yoxdur. İstəyir ki, nəsə danışsın və gündəmə gəlsin. Elə bilir ki, Elçibəy haqqında danışsa, hörmətə minəcək. Daha bilmir ki, Elçibəydən danışanda hörmətdən düşəcək. Ciddi bir adam qardaşım haqqında o sözü desəydi, xətrimə dəyərdi. Ancaq o adamın sözü məni incitmir, çünki ciddi bir adam deyil. Özü Azərbaycan üçün nə etdi ki..? Ölkəni dağıdıb, getdi”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB