Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın müstəqilliyinin qarantı türklük ideyasıdır!


Tarix:13-12-2015, 07:50 Kateqoriya:Manşet / Yazarlar

Azərbaycanın müstəqilliyinin qarantı türklük ideyasıdır!

Doç.Dr. Faiq ELƏKBƏROV
20-ci əsrin əvvəllərinədək Osmanlı İmperiyasının tərkibində olan İraq və Suriya 21-ci əsrin başlarından etibarən iç savaşdan qurtula bilmir. Öncə İraq, daha sonra Suriya iç savaşın qurbanına çevrilmişdir ki, bu prosesdə ABŞ, Böyük Britaniya, Rusiya Federasiyası, Almaniya kimi dövlətlərin ayrı-ayrılıqda özəl maraqları mühüm rol oynamışdır.

Şübhəsiz, ABŞ və Böyük Britaniya kimi dövlətlərin İraq və Suriyada iç savaşın çıxmasında maraqları ya bu ölkələrdə özlərinə uyğun hakimiyyətin bəlirlənməsi, ya da bu bölgədə onların maraqların cavab verən yeni dövlətlərin qurulmasıdır. Misirdə, Tunisdə və Liviyada bir qədər uzun çəkən savaşlardan sonra əsasən istədikləri hakimiyyətlərin qurulması istəyinə çatan ABŞ və Böyük Britaniya Suriya və İraqda isə hələlik buna nail ola bilmirlər. Buna səbəb də Misir, Tunis və Liviyadan fərqli olaraq Suriya və İraqda ABŞ, Böyük Britaniya ilə yanaşı İran İslam Cümhuriyətinin və Rusiya Federasiyasının da ciddi təsirinin omasıdır. Bir az dəqiqləşdirsək deyə bilərik ki, İran və Rusiya məzhəbçilik amilindən çıxış edərk İraq və Suriyada daha fəal rol oynamağa çalışır. Maraqlıdır ki, sünni müsəlman dövlətləri (Səudiyyə Ərəbistanı, Türkiyə, Qatar, BƏƏ və b.) daha çox ABŞ, Böyük Britaniyanın təsir dairəsində olduğu halda, ancaq İran, İraq, Suriya, Liviya, Yəmən kimi şiəliyin geniş yayıldığı ölkələrdə vaxtilə SSRİ-nin, indi isə Rusiyanın ciddi təsiri vardır.

Doğrudur, SSRİ dağıldıqdan Rusiya Yaxın və Orta Şərqdə gedən proselərdən bir müddət uzaq qaldı. Amma Rusiya 20 ildən bir qədər çox uzun sürən susqunluğunu Suriyada Bəşərə Əsədin yanında yer almaqla, əvvəlcə sözlü və gizli şəkildə, daha sonra isə əskəri dəstəklə pozdu. Başqa sözlə, əvvəlcə bu bölgədəki ən yaxın müttəfiqi İran İslam Cümhuriyyətinin əliylə İraq və Suriyadaki olaylarda tərəf kimi çıxış edən Rusiya Federasiyası, artıq bir-iki aydır ki, terrorçu İŞİD-i bəhanə edərək Yaxın və Orta Şərqdə birbaşa şəkildə öz varlığnı göstərir.

Rəsmi Moskvanın, rəsmi Tehranın Suriya və İraqda əsas hədəfləri arasında türkmənlərin olması çox düşündürücüdür. Yəni niyə Rusiya Federasiyası və İran Suriyada İŞİD-ə qarşı mübarizə altında türkmənləri hədəf alırlar? Bizcə, türkmənlərin Moskva və Tehranın hədəfi olması İraqdan fərqli olaraq Suriyada daha dəqiq olaraq ortaya çıxdı. Suriyanın Bayırbucaq bölgəsində yaşayan türkmənlərin İran və Rusiya hərbi qüvvələrinin hədəfinə çevrilməsi rəsmi Ankaranın ciddi narahatlığına səbəb oldu. Bu anlamda Türkiyənin dövlət başçısı Tayyib Rəcəb Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Bayırbucaq türkmənləriylə bağlı rahatsızlığını ən ali səviyyədə dilə gətirdi.

Türkiyənin Putinə bunun yolverilməzliyini dilə gətirilməsinə baxmayaraq, Rusiya Bayırbucaq bölgəsində yaşayan Türkmnlərə saldırılarını nəinki azaltdı, tam əksinə bir az da artırdı. Noyabrin sonlarında Türkmənlərə qarşı saldırılarda aktiv iştirak edən Rusiya qırıclarıından birinin Türkiyə f-16-ları tərəfindən düşürülməsi isə bu olayların pik nöqtəsi oldu. Rusiya bu olaydan sonra Türkiyəyə açıq şəkildə düşmənçilik nümayiş etdirməyə başladı. Türkiyə ilə münasibətləri bütün sahələrdə dondurmağa başlayan Rusiya bununla yetinməyərək İran, İraq, Azərbaycan, Ermənistan və digər dövlətləri də rəsmi Ankarya qarşı qoymağa çalışdı.

Əslində, onların arasında Azərbaycan istisna olaraq digər dövlətlərlə Türkiyənin onsuz da ciddi sorunları vardı. Bu anlamda, Rusiya-Türkiyə gərıinliyi davam etdiyi bir vaxtda rəsmi Tehran Türkiyəyə verdiyi təbii qazı ciddi ölçüdə azaltdı, rəsmi Bağdad Türk əsgərinin işğalçı kimi qələmə verməyə cəhd etdi. Şübhəsiz, İran və İraq Türkiyəyə qarşı xoşagəlməz addımlarını Rusiyanın təhrikiylə atdı ki, bu açıq şəkildə özünü büruzə verir. İraqda təlim niyyətiylə görəv yapan Türk əsgərini işğalçı kimi qələmə verən Rusiya liderləri nə olursa-olsun, Türkiyənin bu bölgədəki nüfuzunu kölgə altına almağa çalışırlar. İran, İraq və Suriyada məzhəbçilik siyasətini önə çəkən Rusiya Türkiyəni bir tərəfdən məzhəbçilik, digər tərəfdən isə etnik kimlik üzərindən vurmağa çalışır.

Şübhəsiz, bu anlamda Rusiya-Türkiyə gərginliyi fonunda ən zor durumda qalan dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. Rusiyanın bütün təzyiqlərinə baxmayaraq rəsmi Bakının Türkiyəyə təbii qaz və neft məsələsində yardım edəcəyini açıqlaması, üstəlik Türkiyə mallarının Xəzər dənizi üzərindən Orta Asiyaya ötürülməsinə şərait yaratmasıyla yanaşı, eyni zamanda bəzi xoşagəlməz olaylar da yaşamaqdayıq. Belə ki, Rusiya-Türkiyə gərginliyi davam etdiyi bir dövrdə Azərbaycanda Rusiyayanlıların fəallaşması, özəlliklə Rusiya yanlısı eks-prezident Ayaz Mütəllibovun, deputat Araz Əlizadənin açıqlamaları, bəzi telekanalların canfəşanlığı təsadüfdən çox, SSRİ dönəmindən gələn “zərurət”i ortaya qoyur. Bu “zərurətin” arxasında Rusiya və İran dayandığı üçün Azərbaycan türklüyü (quzeyli-güneyli) Suriya və İraqdakı türklükdən heç də az olmayaraq təhlükə qarşısındadır.

Son illərdə Quzey və Güney Azərbaycanda antitürk düşüncəsinin inkişafı istiqamətində ciddi işlər görən Rusiya və İran, rus hərbi qırıcısının Türkiyə tərəfindən düşürülməsindən sonra başlayan gərginliyin ardından Quzey Azərbaycana da diqqəti artırdılar. Bu anlamda son günlərdə Nardaran hadisələrinin yenidən alovlandırılması fonunda Ayaz Mütəllibovun, Araz Əlizadənin və başqalarının rusyanlı fikirləri, rəsmi Tehranın farslarla ermənilərin bir millət iki dövlət olması açıqlamaları bütün Türklüyün, o cümlədən Azərbaycan türklüyünün vurulmasına yönəlmişdir. A.Mütəllibov, A.Əlizadə və onlar kimi rusyanlıların türklük əleyhinə fikirləri, özəlliklə Azərbaycan xalqının türk deyil, azəri olmasıyla bağlı düşüncələri Azərbaycanı İranla yaxınlaşdırmaq və Türkiyədən uzaqlaşdırmaq niyyəti güdür. Yəni Türkiyənin hətta, müttəfiq olduğu NATO ölkələriylə münasibətdə belə müqayisəyə gəlməz dərəcədə özünə yaxın bildiyi Azərbaycandan əlini üzə bilməsi üçün, Rusiya və İran ortaq maraqları naminə çalışmaqdadır.

Bu anlamda antitürkçülər “azəri”lik məsələsini gündəmə gətirməklə açıq şəkildə Azərbaycanı Türkiyə ilə deyil, İranla bağlamağa çalışırlar. Yəni Azərbaycanın türklüklə, dolayısıyla da Türkiyəylə heç bir bağlılığı yoxdur deyənlər, bunun əvəzində “azəri”liyi irəli sürərək Azərbaycan xalqını İrana bağlamağa çalışanlar açıq-aşkar Rusiyanın siyasəti aparılır. Bu da, o İrandır ki, onların rəhbərləri, ayətullahları da farslarla ermənilərin bir millət iki dövlət olduğunu deyirlər. Əgər farslar və ermənilər də bir millət iki dövlətdirlərsə, o zaman Araz Əlizadələrin məntiqiylə “azəri”lər də yalnız farslarla deyil, ermənilərlə də qohum çıxmış olur. Təbii ki, bu cür antiAzərbaycan, antitürk ideologiya yolverilməzdir!

Bütün bunlar o deməkdir ki, Azərbaycan türklüyü İran və Rusiya müstəmləkəçiliyinə qarşı əsas, yeganə ülküdür. Çünki sinfi kommunuzm kimi, dini məzhəbçilik də Türklüyün, Azərbaycan türklüyünün düşmənidir. Azərbaycanın müstəqilliyinin qarantı da türklük ideyasıdır. Bu anlamda Azərbaycanın hazırda “azərilik”, “şiəçilik” və bu kimi dini məzhəbçi, ya da siyasi ideologiyalarla, təxminən 100 il bundan öncə müəyyənləşdirdiyi türklük, islamlıq və çağdaşlığı özündə əks etdirən Azərbaycan milli ideyasından sapdırılması yolverilməzdir. Türk etnik kimliyimiz və məzhəbçilikdən uzaq olan İslam dini kimliyimiz isə bizləri müstəmləkəçilərin deyil, qardaşlarımızın və soydaşlarımızn yanında yer almasını göstərir. Bu anlamda Azərbaycan türkləri nə olursa olsun Rusiya və İranın deyil, türklüyün və Türkiyənin yanında yer almalıdır. Eyni zamanda Suriya və İraqdakı türkmənlər də bizlərlə eyni soykökü və dini kimliyi daşıdığı üçün, Azərbaycanın tutuduğu türklük, islamlıq və çağdaşlıq yolu dəyişməməlidir.

Azərbaycan türklərinin yolu Oğuz xanın, Dədə Qorqudun, Alp Ər Tonqanın, Füzulinin, Nəsiminin, Böyük Həsənin, Qara Yusifin, Şah İsmayılın, Məhəmməd Əmin Rəsulzadənin yoludur. Azərbaycan türklərinə məzarı Kərbalada olan Füzuli də, Hələbdə olan Nəsimi də eyni dərəcədə əzizidir. Azərbaycan türklərinin Füzulilərin, Nəsimilərinin evladları olan İraq və Suriya türkmənlərinin yanında olması nə qədər təbiidir. İki əsrə yaxın sürən Rusiya müstəmləkəçiliyi Quzey Azərbaycan türklərini yolundan döndərib müstəqilliyini əngəlləyə bilmədiyi kimi, bir əsrə yaxın davam edən İran-Fars şovinizmi də Güney Azərbaycan türklərinin müstəqillik eşqini söndürə bilməyəcəkdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı