Qarabag Media
Haqqımızda Əlaqə

İraq Türkiyədən şikayət etdi: BMT-ə


Tarix:13-12-2015, 01:50 Kateqoriya:Manşet / Dünya

İraq Türkiyədən şikayət etdi: BMT-əİraq, BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, Türkiyənin əsgərini Mosuldan çıxarmasını tələb edib.

Karabakhmedia.az Femida.az-a istinadən xəbər verir ki, İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli əl-Hakim tərəfindən BMT TŞ-na təqdim edilən məktubda türk əsgərlərinin İraqda olmasının beynəlxalq hüquq normalarının pozulması olduğu irəli sürülüb.

Bundan başqa TŞ-nın türk əsgərlərinin İraq torpaqlarından çıxması və bir daha İraqın suverenliyini pozacaq addımların atılmaması üçün tədbir görməsi istənilib.

Məktubda problemin diplomatik yollarla və iki ölkə arasında dialoqla həll edilməsi üçün İraqın səy göstərdiyi, ancaq Türkiyənin əsgərlərini çəkməyə qane edilə bilmədiyi iddia olunub.

İraqın, Türkiyənin aqressiv hərəkətini dayandırmaq və özünü müdafiə etmək üçün lazımlı hər cür tədbiri görmək hüququ olduğu vurğulanan məktubda məsələnin qonşuluq əlaqələrini pozmaq və bölgənin sülh və təhlükəsizliyinə zərbə vurmaq riski olduğu yazılıb.

BMT TŞ-nın hazırki rəhbəri, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover isə öz növbəsində jurnalistlərə verdiyi açıqlamada İraqın məktubunu aldıqlarını və tələb edildiyi kimi şura üzvlərinə göndərəcəklərini bildirib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”