Qarabag Media
Haqqımızda Əlaqə

İranlı axund Türkiyə və Azərbaycanı təhdid etdi


Tarix:12-12-2015, 21:55 Kateqoriya:Manşet / Siyasət

İranlı axund Türkiyə və Azərbaycanı təhdid etdiKarabakhmedia.az xəbər verir ki, Dekabrın 10-da Tehranın cümə namazına rəhbərlik edən axund Kazım Sədiqi namaz xütbəsindəki çıxışında Türkiyə və Azərbaycan hökumətlərinə qarşı sərt bəyanatlar səsləndirib.

Axund Sədiqi, Türkiyənin son günlər İraqın şimalına qoşun yeritməsi məsələsinə münasibət bildirərək bunları deyib: “Türkiyə başçıları niyə elə bir iş görməlidir ki, müsəlmanlar onlardan incisin və onların bu günahından keçməsin. Bu məsələdə heç bir məntiq yoxdur. Çünki Türkiyə əhalisi müsəlmandır və onlar öz hökumətlərinin bu hərəkətindən narazı qalarlar. Biz Türkiyənin bu təcavüzünü pisləyir, onun rəsmilərini nəsihət edib deyirik ki, düşməni sevindirən, özünüzü isə zəiflədib təcrid edən bu əməllərimizdən əl çəkin”.

Bakının yaxınlığındakı Nardaran qəsəbəsində baş vermiş son olaylara toxunan axund Sədiqi məsələ ilə bağlı Azərbaycan hökumətinə də xəbərdarlıq edib: “Biz Azərbaycan Respublikası hökumətini nəsihət edir, deyirik ki, sizin əhali İmam Hüseyn aşiqi və dindardır. Bu əhali Ərbəin günündə niyə hökumət məmurlarının hücumuna məruz qoyulub. Bunu bilmək lazımdır ki, kobud rəftar heç vaxt axıra qədər sürməz və sonda əks nəticə verər. Bu isə heç bir ölkə və ya hökumətin xeyrinə deyil”.

Xatırladaq ki, noyabrın 26-sı günorta saat 13.00 radələrində Bakının Nardaran qəsəbəsində qanunsuz yaradılmış “Müsəlman Birliyi Hərəkatı” nın bir sıra üzvləri ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Bir qrup ekstremist dindar, öz qanuni vəzifəsini yerinə yetirən hökumət qüvvələrinə odlu silahlardan atəş açaraq 2 polis əməkdaşını şəhid edib, bir neçəsinə xəsarət yetirib. Atışmada silahlarını yerə qoymaqdan imtina edərək polisə müqavimət göstərən 4 radikal dindar həlak olub və həmin təşkilatın rəhbəri kimi tanınan gənc molla, Taleh Bağırov (Bağırzadə) və ona yaxın bir neçə nəfər həbs edilib.(femida.az)

Karabakhmedia.az










Evez 14 Aralık 2015 21:02
       
Get atdanmaguvun daliyca. Get iranlilara nesihet ver. Bize lazim deyil. Ermeniyle, rusla qardashliq edib muselmanchiliqdan danishirsuz. Xacperest severler. Ne Azerbaycanima, ne de Turkiyeye nesihetin lazim deyil.
SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB