Qarabag Media
Haqqımızda Əlaqə

Zeynəb Xanlarovaya sədrdən xəbərdarlıq: "İclasda iştirak etsin"


Tarix:12-12-2015, 00:01 Kateqoriya:Manşet / Siyasət

Zeynəb Xanlarovaya sədrdən xəbərdarlıq: "İclasda iştirak etsin"R.Hüseynov :"Eyni hal təkrarlansa, parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik”.

Milli Məclisin Mədəniyyət Komitəsinin yeni seçilən sədri Rəfayel Hüseynov komitənin iclasında iştirak etməyən deputatlara xəbərdarlıq edib.

Karabakhmedia.az xəbər verir ki, Trend-in məlumatına görə, komitənin bu gün keçirilən ilk iclasında çıxış edən Rafael Hüseynov bildirib ki, komitənin nizam-intizam qaydalarını pozan deputatlar haqqında ciddi tədbirlər görüləcək.

Komitə iclaslarında bütün üzvlərin iştirakının zəruri olduğunu deyən R.Hüseynov əlavə edib ki, deputatların iclasda iştirak etməməsi nəticəsindı iclasın gedişatı pozulur:

“Bu, tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Komitənin işinin pozulması isə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə xəbərdarlıq edin ki, gələn dəfə eyni hal təkrarlansa, parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik”.

R.Hüseynov qeyd edib ki, komitənin bu gün keçirilən iclasında deputatlardan Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iştirak etmir: “Ülviyyə xanım Naxçıvandan olan rəssam xanımdır. Komitə katibliyi Ü.Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi olduğuna görə iclasa qatıla bilməyəcəyini qeyd edib. İnsanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə gəlməyənlər haqqında ciddi tədbirlər görülsün. Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O mədəniyyətimiz üçün mühüm işlər görüb və çox gərəkli insandır. Zəynəb xanım da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına töhfəsini versin”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi