Qarabag Media
Haqqımızda Əlaqə

Cəhalətdən xəyanətə gedən yol


Tarix:11-12-2015, 10:12 Kateqoriya:Manşet / Yazarlar

Cəhalətdən xəyanətə gedən yol

Elçin MİRZƏBƏYLİ
Nardaran Narda(İ)rana, yaxud Nard İrinə necə çevrildi...

İllərdir ki, paytaxt Bakının bir neçə kilometrliyində, amma gözdən-könüldən, tərəqqidən uzaq, feodal dövrünün qaranlıqlarının hökm sürdüyü, nadanlığın sağlam düşüncəyə hakim kəsildiyi kiçik bir qəsəbədə bir ovuc seçilməmiş, təyin olunmamış (ağ) SAQQAL Azərbaycan dövlətinə, onun qanunlarına, Azərbaycan xalqının cümhuriyyətçilik ideallarına, strateji hədəflərinə meydan oxuyur.

Din adına cinayətin və xəyanətin meydan suladığı bu Cəhalət Vadisində ölkənin düşünən beyinləri ilə bağlı fətvalar verilir, hökmlər kəsilir... Küçə və meydanlar Azərbaycan dövlətinin mövcudluğuna qənim kəsilmiş xarici dairələrin maraqlarının ifadə olunduğu, dəstəkləndiyi, özlərini bizdən saymayanların məkanına çevrilir... Qara bayraqlar və qara kölgələr bu vadinin küçə və meydanlarına intellekt və mədəniyyət işığının bir zərrəsini belə yaxın buraxmaq istəmir... Din və məzhəb pərdəsi arxasında gerçək simasını gozlətmiş CƏHALƏT, CİNAYƏT və XƏYANƏT bütün ali dəyərləri ayaqları altında əzir, tapdalayır... Sivil bir cəmiyyətə, onun əsrlərin sınağından keçərək cilalanmış dəyərlərinə barmaq silkələyir.

“Qum” dənəcikləri...

90-cı illərin əvvəllərinədək “QUM” sözü əksər azərbaycanlılar üçün vahid bir anlam kəsb edirdi: Sadəcə, qum... Tikinti materialı, yaxud Günəş şüası qəbul etmək üçün yataq əvəzi... Qumu sement və su ilə qarışdırıb daşı daş üstə qoyurduq... Xəzərin sahilində qum üzərində yorğunluğumuzu çıxarır, istirahət edir, əylənirdik...

Yay gələndə Xəzərin qumlu sahilləri ilə qol-boyun olan Bakı kəndləri, o cümlədən Nardaran da qonaqlı-qaralı olurdu... O zaman qum başımızı deyil, ayaqlarımızın altını isidirdi...

Müstəqilliyimizin ilk illərindən başlayaraq, ayaqlarımız altında tutmağa alışdığımız qum, bir qrup geri zəkalının, Vətən, Millət və Dövlət təəssübündən qısır simasızların, din və mənəviyyat alverçisinin, əmmaməli və əmmaməsiz tamahkarların xəyanəti və buraxılmış boşluqlar, yol verilmiş yanlışlıqlar səbəbindən başımıza ələnməyə başladı. Cəzasızılıq mühiti hökm sürdükcə, xüsusi təlim keçmiş Qum “dənəcikləri”nin din və Allah adına təhdidləri, feodal təfəküründən qaynaqlanan “hökm” və “fətva”ları davam etdikcə, Bakının digər kəndlərindən heç bir fərqi olmayan Nardaran Narda(İ)rana, yaxud ultraşovinist fars millətçilərinin iddia etdiyi kimi “Northern (İ)ran”a (“Şimali İran”) çevrilməyə başladı... Küçə və meydanlar qaraya büründü, teokratik İran rejiminin şüarları ilə “bəzədildi”. Dövlət qurumlarının fəaliyyəti sabotaj edildi, yerli idarəetmə orqanlarının formalaşdırılmasına imkan verilmədi və burada yaşayan bir qrup azğınlaşmış din alverçisi özünü xüsusi imtiyaz sahibi hesab edərək, xəyanətkar əməllərinin əhatə dairəsini genişləndirməyə, özləri kimiləri himayə etməyə başladılar... Kiçik bir qəsəbənin sakinlərini idarə olunan feodal təfəkkürləri ilə, teokratik rejimlərə xas olan şantaj üsulları ilə daim basqı altında saxlamağa çalışan bu (ağ) SAQQALlar hətta dövlətlə onun vətəndaşları arasında vasitəçilik iddiasına düşəcək qədər həyasızlaşdılar.

Sən niyə susursan?

Əslində buraya qədər sadaladıqlarım Nardaranı bütün ölkənin yoluxdurulmasına hesablanmış Nard İrinə çevirən səbəblərin kiçik bir hissəsini əhatə edir.

Nəinki Nardaranı, bütövlükdə Azərbaycanı feodal dövrünün qaranlıqlarına sürükləmək istəyən Qum “dənəcikləri”nin konstitusion dövlət quruluşumuza, mədəniyyətimizə, milli dəyərlərimizə açıq-aşkar meydan oxumağa cəsarət etmələrinin əsas səbəblərindən biri də cəmiyyətimizin üzdə olan bir çox simalarının açıq və israrlı mövqe nümayiş etdirməkdən çəkinmələridir.

Xaricdən idarə olunduğuna şübhə etmədiyim dini ekstrimistlərin sivil milli və bəşəri dəyərlərimizə qarşı açdıqları savaşın qarşılığında aşırı laqeyidliyin nümayiş etdirilməsi yolverilməzdir! Deyəsən bir çoxları baş verənlərin fərqində deyillər...

Bilirsiniz, bu adamların və onları idarə edənlərin istəyi nədir? Uzağa getmək, heç Azərbaycanın qonşuluğundakı teokratik rejimə nəzər salmaq da lazım deyil... Nardarana baxın, yetər... Təsəvvür edin, geri zəkalılardan, feodal dövrünün ünsürlərindən ibarət, təhsilsiz, elmdən və mədəniyyətdən xəbərsiz, məntiq anlamayan, qondarma ehkamlarla silahlanmış bir qrup şəxs sizin yaşamınızın sərhədlərini cızır və siz onların arzu etdiyi kimi yaşamağa, düşünməyə məhkum edilirsiniz. Azadlığınıza qondarma ehkamlarla, əsassız, sibyektiv mülahizələrlə sərhəd çəkilir. Və bu ehkamlar sizi hər addımda izləyir, “fətva” verir, “hökm” kəsir... Bu qara düşüncəli, qara əxlaqlı adamcığazlar sizə ayaqyoluna necə getməyin şərtlərini belə diqtə edirlər... Mən hələ uçurulan abidələrdən, qadağan edilən mədəniyyət nümunələrindən, sərhəd tanımayan vandalizm aktlarından söz açmıram...

Bax belə... Cəhalətin qarşısında geri çəkilmək gələcəyimizin zülmətə, şərə, qara adamcığazların hikkəsinə, təpəgözlərin ehkamlarına, nağıllara, əfsanələrə qurban verilməsi deməkdir!

Sən işığın, elmin, mədəniyyətin, təhsilin yolundasan! Haq yolundasan! Susma! Cəsarətli ol!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı